Burda şair öz vətəninin firdovsdən-behiştdən daha “əla” olduğunu göstərir.
Sən bu Nisiminin dilini anla, bil sözün
Kim var bu dildən özgə birim bir lisanımız
Dahi Azərbaycan şairin Nizami Gəncəvi (Nizami əbu Məhəmməd Nizaməddin İlyas ibn Yusif ibn Müəyyəd Gəncəvi) təkcə ədəbiyyatımızın deyil, eləcə də elmimizin bir sıra sahələri üçün çox maraqlı və zəngin irs qoyub getmişdir. Vaxtilə dahi şairin farsca yazmasından dolayı onu fars hesab edirdilər. İndi isə onun əsərlərindəki çoxlu faktlardan çıxış edərək şairin türk-azərbaycanlı olmasına heçkəs şubhə etmir. Bundan, əlavə şairin əsərlərindəki türk-Azərbaycan atalar sözləri və zərbül-məsəllərin işlədilməsi ounun türk oğlu olub , bu dili hədsiz sevdiyinə inkaredilməz dəlildir. Onun ana dilinə sonsuz məhəbbəti , bu dilin nüfuzunu kiçicik şəkildə aşağı salma təşəbbüsü şairi qəzəbləndirmişdi . Məsələn, Şirvanşah Əbülmüzəffər Əxistanın şairə “Leyli və Məcnun ” – u başqa dildə yad etməsini götürək. Şirvanşahlar özlərini İran-fars taxt səltənətinin nümayəndələri hesab etdikləri üçün Azərbaycan xalqına həqarətlə baxır və onun dilini də sevmirdilər. Bu səbəbdən də Nizamiyə Şərqin bu böyük məhəbbət dastanını ərəb və fars dili ilə zinətləndirməyi xahiş edir.