1.2. Xarici valyuta ilə əks etdirilən balans maddələrinin təsnifatı
Dəyəri xarici valyuta ilə ifadə olunan balans maddələrinin, daha doğrusu, aktivlərin və öhdəliklərin, həmçinin cə kapitalın maddələrinin təsnifatında başlıca məqsəd həmin maddələr barəsində olan informasiyanın tərkibi və quruluşunun nizama salınmış sistemini yaratmaqdır. Məsələ bundadır ki, balans maddələrinin hamısı eyni mübadilə məzənnəsi ilə yenidən hesablanmır. Onların məzmunundan, tərkibindən, təyinatından, müddətlərindən asılı olaraq müxtəlif mübadilə məzənnələrinin tətbiqi nəzərdə tutulmuşdur. Bundan əlavə aktivlərin və öhdəliklərin qalıqlarının yenidən hesablanması zamanı tətbiq edilən mübadilə məzənnəsi cari valyuta əməliyyatları zamanı tətbiq olunan mübadilə məzənnələri arasında fərq vardır. Bu və ya digər valyuta məzənnəsinin (son valyuta məzənnəsi, cari valyuta məzənnəsi) tətbiqi müəssisənin istər maliyyə nəticələrinə, istərsə də maliyyə vəziyyətinə birbaşa təsir edir. Məsələn, cari valyuta əməliyyatları zamanı tətbiq olunan cari valyuta məzənnələri Mənfəət və zərərlər haqqında (maliyyə nəticələri üzrə) hesabatda, balans maddələrinin milli valyutaya çevrilməsi zamanı tətbiq olunan son valyuta məzənnələri isə Balans hesabatında (Maliyyə vəziyyəti haqqında hesabatda) dəyişikliklərə səbəb olur.
Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin bütövlükdə təsnifatı, onların balansındakı bölgüsünə əsaslanır. Həmin bölgü isə məlum olduğu kimi, aktivlərin və öhdəliklərin müddətinə görə aparılır: uzunmüddətli aktivlər və öhdəliklər, qısamüddətli aktivlər və öhdəliklər. Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin təsnifatı aşağıdakı cədvəldə verilir (cədvəl 1.2.1).
Cədvəl 1.2.1
Dostları ilə paylaş: |