Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda KƏRİmov taleh neman oğlunun «Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin uçotu və hesabatı



Yüklə 0,7 Mb.
səhifə12/59
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106151
1   ...   8   9   10   11   12   13   14   15   ...   59
Xarici valyuta – müvafiq xarici dövlətin və ya dövlətlər qrupunun ərazi­sində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində olan pul nişanları; xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma vahidlərində hesablarda olan vəsaitlər.

Qanun valyuta sərvətlərinə xarici valyutada ifadə edilmiş ödəniş sənəd­lərini, fond qiymətli kağızlarını, qiymətli metalları, qiymətli daşları aid edir. Təbiidir ki, xarici valyuta sərvətlərinin tərkib hissəsini təşkil edir.

«Valyuta tənzimi haqqında» Qanuna əsasən valyuta əməliyyatları aşağıdakı əməliyyatlar hesab olunur:


  • valyuta sərvətlərinə mülkiyyət hüquqlarının və digər hüquqların keç­məsi ilə əlaqədar əməliyyatlar, o cümlədən ödəniş vasitəsi kimi xarici valyutadan və xarici valyuta ödəmiş sənədlərindən istifadə edilməsi;

  • valyuta sərvətlərinin AR ərazisinə gətirilməsi, göndərilməsi, eləcə də AD-dən çıxarılması və göndərilməsi;

  • beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi.

Qanunda xarici valyuta ilə və xarici valyutada qiymətli kağızlarla əməliyyatlar cari və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına bölünür.

«Valyuta tənzimi haqqında» Qanuna əsasən valyuta əməliyyatlarını AR-in Mərkəzi Bankının lisenziyasını almış banklar və digər kredit təşkilatları – müvəkkil banklar – həyata keçirir.

Ancaq sözügedən Qanun valyuta əməliyyatlarının baş verməsi nəticəsində yaranan mübadilə məzənnələrinin necə tənzimlənməli olduğunu göstərmir. Həmin məsələlər MHBS 21 və MMUS 22-də öz əksini tapır.

Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin uçotunun aparılması və milli valyuta ilə yenidən hesablanaraq maliyyə hesabatında əks etdirilməsinin mühüm şərtlərindən biri, onların metodoloji-praktiki baxımdan düzgün təsnifləşdirilməsidir. Odur ki, dissertasiya işinin növbəti paraqrafında aktivlərin və öhdəliklərin balansda əks etdirilən maddələrinin təsnifatını nəzərdən keçirək.



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin