Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ baki döVLƏt rabiTƏ VƏ NƏQLİyyat kolleci



Yüklə 0,71 Mb.
səhifə23/52
tarix10.01.2022
ölçüsü0,71 Mb.
#108301
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   52
Diaqnostika prosesi
Avtomobiln texniki vəziyyətinin təyin olunma prosesinə diaqnostika prosesi deyilir.

Diaqnostika prosesinin mahiyyəti müxtəlif miqyasda sistemin struktur para- metrlərini təyin edən, diaqnostik əlamətləri qiymətləndirən diaqnostik parametrlərin qəbul edilməsindən və ölçməsindən, bu parametrlərin normativ qiymətləri ilə müqayisə edilməsi nəticəsində obyektin texniki vəziyyəti haqqında mühakimə yürütməkdən ibarətdir.

Diaqnostika prosesinin sxemi şəkil 6 – da verilir. Diaqnostikası aparılan obyektin (avtomobilin) elementlərinin struktur parametrləri ( vericilər vasitəsilə (mexaniki, elektriki, istilik və s.) gücləndiriciyə və oradan transformasiya edilmiş formada müxtəlif əməlləri yerinə yetirən analizatora verilir. Nəhayət ölçü qurğusunda (əqrəb, indikator, diaqram tipli) diaqnostik parametrlər ( ölçülür və obyektin texniki vəziyətinə diaqnoz qoyulur.

Sadə avtomobil elementləri bir əsas əlamətə görə, mürəkkəb mexanizmlər isə bir neçə əlamətə görə diaqnostika edilir. Diaqnostika prosesi nəticəsində alınmış nəticələri tam analiz etdikdən sonra obyektin texniki vəziyyəti haqda mühakimə yürüdülür. Məsələyə məntiqi tərəfdən yanaşdıqda nəzərdə tutulur ki, hər bir struktur parametri özünün buraxıla bilən maksimum qiymətinə çatdıqda eyni zamanda uyğun olaraq bir neçə diaqnostik parametr əmələ gətirə bilər. Bu halda ola bilər ki, müxtəlif nasazlıqlar eyni bir diaqnostik parametr yaratsın. Məsələn, Məsələn, karbüratorda baş jiklyorun yeyilməsi yanacaq sərfini artırmaqla bərabər, işçi qarışığın keyfiyyətini və tərkibini, həmçinin işlənmiş qazların tərkibində SO qazının miqdarını dəyişdirir. Bunun kimi digər diaqnostik parametrlər də yeyilmə nəticəsində dəyişirlər.




İşləmə şəraiti




Dianostika obyekti




Güc və sürət

İstilik rejimi










Obyektin elementləri



X1 X2 X3


Verici

Verici

Verici



Gücləndirici qurğu







A n a l z a t o r

(disifrovka, paylama, analiz)







Ölçü qurğusu







Diaqnoz

Şəkil 6. Diaqnostika prosesinin sxemi

Bu vaxt ola bilər ki, nasazlıqlar sistemin işinə xələl gətirməsinlər, yəni onun işləməsinə mane olmasınlar. Belə hallarda kompleks diaqnostik parametrlərdən istifadə olunur. Belə məsələlərin həlli üçün baş vermiş nasazlıqların (struktur parametrin buraxıla bilən qiymətinə qədər dəyişməsi) və onların əmələ gətirdikləri diaqnostik parametrlərin kəmiyyət xarakteristikaları məlum olmalıdır.

Deyilənləri aydın başa düşmək üçün sadə bir misala baxaq.

Tutaq ki, sistemdə dörd tipik nasazlıq əmələ gələ bilər.

Bunlar və ilə göstərilir. Bu nasazlıqlar müvafiq olaraq dörd diaqnostik parametr və ) doğururlar. Nasazlıqlar və diaqnostik parametrlər arasındakı qarşılıqlı əlaqə diaqnostik matrisa (şəkil 7) şəklində göstərilir. Horizontal xanalarda yazılmış vahidlər texniki vəziyyəti yoxlanılan sistemdə nasazlıqların baş verməsi şərtində müvafiq diaqnostik parametrlərin mövcud olmasını (yaranmasını) göstərilir. Belə diaqnostik matrisalar sistemin elemntləri, onun struktur və diaqnostik parametrləri arasındakı əlaqələr ətraflı öyrənildikdən sonra tərtib edilir.




Diaqnostik parametrlər

Nasazlıqlar

















1

1

0



0

1

0

1



0

0

1

0



1

0

0

1



1

Şəkil 7. Diaqnostik matrisin sxemi


Sxemdən görünür ki, diaqnostik parametrinin yaranması və nasazlıqlarının, nin mövcud olması və -ün, -ün əmələ gəlməsi

və - ün, -ün törənməsi və - ün mümkünlüyünü göstərir. Göstərilən sadə sxemi analiz etsək görərik ki, və diaqnostik parametrlərinin yaranması sistemdə , və - ün törənməsi və -ün əmələ gəlməsi və -ün yaranması isə nasazlıqlarının olmasına dəlalət edir.

Real şəraitdə qarşıya çıxan belə məsələlərin həlli çox çətin olduğu üçün və mürəkkəb olduğu üçün diaqnostik əlamətləri qəbul edən, müxtəlif vericiləri olan məntiqi (avtomatik təsir edən) qurğulardan istifadə edirlər. Bu halda mexanizmin qeyri - müəyyənliyini azaldan məlumatlar ardıcıl olaraq (fasiləsiz) maşına verilir və proses obyektin qeyri - müəyyənliyi minimuma düşənədək davam etdirilir. Son nəticədə indikator mexanizmin əsas nasazlığını qeydə alır. Diaqnostika prosesi texniki qulluqda görülən nəzarət işlərinin təkmilləşdirilmiş formasıdır.

Diaqnostika prosesi avtonəqliyyat müəssisəsində yerinə yetirilən nəzarət işlərindən iki cəhətə görə fərqlənir. Birincisi odur ki, avtomobilin, onun hər hansı aqreqatının texniki vəziyyəti yüksək dəqiqliklə və inamla təyin edilir. İkincisi isə hərəkət tərkibinin səmərəlilik göstəriciləri (gücü, yanacaq qənaətcilliyi, aqreqatların əsas parametrləri və s.) bilavasitə ölçülə bilir.

Diaqnostika prosesində avtomobilin aqreqat və mexanizmlərində gizli imtinalar və nasazlıqlar, onların aradan qaldırılması üçün zəruri olan cari təmirin iş həcmi müəyyən edilir. Digər tərəfdən, diaqnostika prosesi avtomobilin imtinasızlıq və səmərəlilik göstəricilərinin kəmiyyətcə qiymətləndirilməsinə imkan verir.





Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin