Azərbaycan respublikasi təHSİl naziRLİYİ odlar yurdu universiteti



Yüklə 0,52 Mb.
səhifə2/10
tarix14.11.2022
ölçüsü0,52 Mb.
#119452
1   2   3   4   5   6   7   8   9   10
Fizika Əliquliyeva X .Fənn proqramı

Fənnin məqsədi
Ümumi Fizikanın qanunauyğunluqlarını tələbələrə aşılamaqdır. Tədris boyunca tələbələri əyani vəsaitlərlə tanış etmək. Fiziki hadisələr, onların mexanizmləri, qanunauyğunluqlarını öyrətmək, tətbiq olunma imkanlarını müəyyən etməkdir.
Fənnin vəzifələri
1. Bizi əhatə edən dünyanın, materiyanın quruluş və xassələrini, onların qarşılıqlı təsirlərini və hərəkətlərini öyrənməklə fiziki nəzəriyyələr yaratmaq və bu nəzəriyyələrin köməyi ilə təbiət hadisələrinin dəqiq izahını vermək, texniki tərəqqidə dönüş yaratmaq, texnikanın inkişafına təkan vermək və s. ibarətdir.
2. Gələcək mütəxxəssislərə “Ümumi fizika” kursunun öyrənilməsi üçün zəruri olan nəzəri və təcrübi bilikləri verməkdir

Fənni mənimsəyən tələbənin yiyələndiyi peşə kompetensiyaları:
- Müxtəlif mənbələrdə (tədris mətnləri, arayış və populyar elmi nəşrlər, kompüter məlumat bazaları, internet resusları) təbiət elmi məzmunlu məlumatların təkmil axtarışından istifadəsinə müstəqil təşəbbüs göstərməli;
- Maddi və virtual modellərdən istifadə etməklə elektron məlumatların təqdim edilməsinin müxtəlif formalarını-şifahi, düstur, qrafik struktur diaqramlarını mükəmməl öyrənməli;
- Məsələlərinin həlli üçün modelləri və sixemləri yaradır, səbəb və nəticə əlaqələrini qurur, fiziki anlayışları ümumiləşdirir, laboratoriya işlərinin praktik yerinə yetirən zaman tədqiqat zamanı müəyyən edilmiş fiziki hadisələri, prosesləri optika qanunları əsasında izah etməyi bacarmalıdı.
FİZİKA fənni üzrə MÖVZU-TƏQVİM PLANI







Mövzunun adı

Mövzunun tədrisinə ayrılmış saat

Mühazirə

Seminar

Təcrübə

Kollokvium

1

Düzxətli və əyrixətli hərəkətdə sürət və təcil. Nyuton qanunları. Hərəkət miqdarı (impuls), onun saxlanma qanunu. Ümumdünya cazibə qanunu. Mexaniki iş. Güc. Kinetik və potensial enerji. Enerjinin saxlanması və çevrilməsi qanunu

4

2

2

-

-

2

Ətalət momenti. Qüvvə momenti. Hərəkət miqdarı (impuls) momenti. Fırlanma hərəkəti dinamikasının əsas tənliyi. Fırlanan cismin kinetik enerjisi. Kəsilməzlik tənliyi. Bernulli tənliyi.

4

2

2

-

-

3

Harmonik rəqslərin kinematikası. Harmonik rəqsin enerjisi. Sönən və məcburi rəqslər. Rezonans. Dalğaların yayılması. Dalğa tənliyi. Səs dalğaları.

4

2

2

-

-

4

Sərbəst yolun orta uzunluğu. Qazlarda köçürmə hadisələri: diffuziya, istilikkeçirmə, daxili sürtünmə. Real qazlar. Real qazın hal tənliyi. Real qazın daxili enerjisi. Coul-Tomson effekti.

11

2

2

7

-

5

Mayelərin xassələri. Səthi gərilmə. Buxarlanma. Kondensasiya və qaynama. Mayenin əyri səth altındaki təzyiqi. Maye ilə bərk cisim sərhəddində baş verən hadisələr. Kapilyarlıq. Bərk cisimlər. Kristal və amorf cisimlər. Ərimə və bərkimə.

4

2

2

-

-




Kollokvium 1

2

-

-

-

2

6

Elektrik yüklərinin qarşılıqlı təsiri. Elektrik sahəsi. Elektrik sahəsinin potensialı və intensivliyi. İnduksiya seli. Qauss teoremi. Elektrik tutumu. Kondensatorlar. Elektrik sahəsinin enerjisi..

4

2

2

-

-

7

Sabit elektrik cərəyanı. Dövrə hissəsi üçün Om qanunu. Tam dövrə üçün Om qanunu. İfratkeçiricilik. Coul-Lens qanunu.



4

2

2

-

-

8

Elektronların metaldan çıxış işi. Termoelektron emissiyası. Kontakt potensiallar fərqi. Termoelektrik effektlər. Müxtəlif mühitlərdə (qazlarda, elektrolitlərdə, yarımkeçiricilərdə) elektrik cərəyanı

4

2

2

-

-

9

Maqnit sahəsinin əsas xarakteristikaları. Bio-Savar-Laplas qanunu və onun tətbiqləri. Amper qanunu. Lorens qüvvəsi. Cərəyanlı naqilin maqnit sahəsində hərəkəti zamanı görülən iş. Maqnit seli. Elektromaqnit induksiya qanunu. Öz-özünə induksiya hadisəsi. Maqnit sahəsinin enerjisi. Sönən və sönməyən elektromaqnit rəqsləri. Elektromaqnit dalğaları.

4

2

2

-

-

10

İşıq seli. Əsas fotometrik kəmiyyətlər. Optikanın əsas qanunları. Tam daxili qayıtma. Linzalarda xəyalların qurulması. İşığın interferensiyası. İnterferometrlər.

4

2

2

-

-




Kollokvium 2

2

-

-

-

2

11

İşığın difraksiyası. Hüygens – Frenel prinsipi. Frenel zonaları. Bir yarıqdan difraksiya. Difraksiya qəfəsi. Rentgen şüalarının difraksiyası. Təbii və polyarlaşmış işıq. Polyarlaşma müstəvisinin fırlanması. İşığın dispersiyası.

4

2

2

-

-

12

İstilik şüalanması. Kirxhof qanunu. Stefan-Bolsman düsturu. Vinin yerdəyişmə qanunu. Reley-Cins düsturu. Plank düsturu. Fotoeffekt. Fotoeffekt üçün Eynşteyn düsturu. Fotoelementlər və onların tətbiqi.

4

2

2

-

-

13

Atomun Tomson və Rezerford modelləri. Hidrogen atomunun spektrində qanunauyğunluqlar. Bor postulatları. Frank və Hers təcrübəsi. Cisimlərin dalğa xassəsi. De–Broyl fərziyyəsi. Qeyri-müəyyənlik prinsipi.

4

2

2

-

-

14

Şredinger tənliyi. Kvant ədədləri. Elektronların atomun enerji səviyyələri üzrə paylanması. Pauli prinsipi. Elementlərin dövri sistemi

4

2

2

-

-

15

Atom nüvəsinin quruluşu. Nüvənin rabitə enerjisi. Nüvə qüvvələri. Atom nüvəsinin modelləri. Radioaktivlik. Radioaktiv parçalanma qanunları. α, β, γ, parçalanma. Nüvə reaksiyaları

4

2

2

-

-




Kollokvium 3

2

-

-

-

2

Saatların ümumi sayı 66


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin