Azərbaycan respublikasi təHSİl naziRLİYİ odlar yurdu universiteti


Mövzu № 7. Sabit elektrik cərəyanı. Dövrə hissəsi üçün Om qanunu. Tam dövrə üçün Om qanunu. İfratkeçiricilik. Coul-Lens qanunu



Yüklə 0,52 Mb.
səhifə6/10
tarix14.11.2022
ölçüsü0,52 Mb.
#119452
1   2   3   4   5   6   7   8   9   10
Fizika Əliquliyeva X .Fənn proqramı

Mövzu № 7. Sabit elektrik cərəyanı. Dövrə hissəsi üçün Om qanunu. Tam dövrə üçün Om qanunu. İfratkeçiricilik. Coul-Lens qanunu.
Mövzunun qısa məzmunu
Naqil, dielektrik və ya izolyator anlayışları elektrik cərəyanı haqqında heç bir məlumat olmadığı bir dövrdə mey­dana çıxmışdır. Elektriklə bağlı ilk təcrübələr (XVIII əs­rin əvvəlləri) göstərdi ki, bir qrup maddələr sürtünmə nəti­cəsində elektriklənir və bu halı uzun müddət saxlaya bilir. Elektrik yükü yarandığı yerdə də qalır, başqa cisimlərə ötü­rülmür. Belə cisimlər izolyator və ya dielektrik adlanır. Baş­qa qrup cisimlərdə isə sürtünmə nəticəsində yaranan elektrik yükü bir yerdə qalmır, bütün cisim boyunca paylanır və onunla bağlı başqa cisimlərə ötürülür. Belə cisimlər naqil adlanır. Elek­tronların müəyyən istiqamətdə daşınması üçün onları bu is­tiqamətə yönəldən qüvvə lazımdır. Bu qüvvəni mənbənin elek­trik hərəkət qüvvəsi və ya elektrik sahəsi yaradır. Elektrik yüklərinin müəyyən, üstün istiqamətdə axını cərəyan adlanır. Cərəyanda iştirak edən yüklü hissəciklərə yükdaşıyıcılar de­yilir.
Mövzu № 8. Elektronların metaldan çıxış işi. Termoelektron emissiyası. Kontakt potensiallar fərqi. Termoelektrik effektlər. Müxtəlif mühitlərdə (qazlarda, elektrolitlərdə, yarımkeçiricilərdə) elektrik cərəyanı.
Mövzunun qısa məzmunu.
Me­ta­lın müsbət yüklənmiş səthi ilə elektron buludu ikiqat elek­trik təbəqəsi əmələ gətirir. Bu ikiqat təbəqə kondensatora ek­vivalentdir. Onun qatları arasındakı potesiallar fərqini ilə işarə edək. Metalın səthində ikiqat elektrik təbəqəsi ya­ranandan sonra daxildən xaricə çıxmaq istəyən elektron əvvəl müsbət, sonra isə mənfi yüklərin sahəsini dəf etməlidir. Bu zaman sahə qüvvələrinə qarşı işi görülməlidir. Bu iş elektronun metaldan çıxış işi adlanır. Ədədi qiyməti kiçik olduğu üçün çıxış işi elektron voltlarla (eV) ölçülür. 1eV elektronun 1V potensiallar fərqini keçdikdə qazandığı enerjiyə bərabərdir. 1eV=1,610-19 KlV=1,610-19 C.
Toxunma yerlərinin temperaturlarının müxtəlif olma­sı nəticəsində iki müxtəlif metalın əmələ gətirdiyi qapalı dövrədə e.h.q.-si yaranması hadisəsi termoelektrik effekti ad­lanır. Bu hadisəni Zeebek kəşf etdiyindən ona Zeebek effekti də deyilir.1834-cü ildə Peltye müəyyən etmişdir ki, iki müxtəlif metalın lehimlənməsindən ibarət dövrədən cərəyan keçərkən Coul-Lens istiliyindən əlavə lehim nöqtələrinin birində istilik ayrılır, o birində istilik udulur. Bu hadisə Peltye effekti adlanır.1856-cı ildə Tomson müəyyən etmişdir ki, qeyri-bərabər qızdırılmış eyni bir metaldan da cərəyan keçdikdə cərəyanın istiqamətindən asılı olaraq bu metalda Coul-Lens istiliyin­dən əlavə ya istilik ayrılır, ya da istilik udulur. Bu hadisə Tomson effekti adlanır.


Mövzu № 9. Maqnit sahəsinin əsas xarakteristikaları. Bio-Savar-Laplas qanunu və onun tətbiqləri. Amper qanunu. Lorens qüvvəsi. Cərəyanlı naqilin maqnit sahəsində hərəkəti zamanı görülən iş. Maqnit seli. Elektromaqnit induksiya qanunu. Öz-özünə induksiya hadisəsi. Maqnit sahəsinin enerjisi. Sönən və sönməyən elektromaqnit rəqsləri. Elektromaqnit dalğaları.



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin