Mövzunun qısa məzmunu: Mayelər bir çox cəhətlərinə görə qazlara və bəzi cəhətlərinə görə bərk cisimlərə yaxındır. Mayelər də qazlar kimi olduqları qabın formasını alır, bərk cisimlər kimi az sıxılırlar. Van–der–Vaals nəzəriyyəsindən bizə məlumdur ki, böhran halında maye və qaz fazaları biri–birinə keçir.Maddənin maye halı üçün axıcılıq, sıxılmamazlıq və sərbəst səthə malik olma xarakterikdir.Vahid zamanda mayenin sərbəst səthini tərk edən atom və molekulların sayı, həmin vaxtda mayenin sərbəst səthinə qayıdan atom və molekulların sayına bərabər olar. Bu hala dinamik tarazlıq halı deyilir.Dinamik tarazıq olduqda buxar doymuş, dinamik tarazlıq olmadıqda isə buxar doymamış olur. Buxardan mayeyə keçən molekulların sayı əks istiqamətdə keçən molekulların sayından çox olduqda buxar ifrat doymuş buxar adlanır.Maddənin bərk haldan maye hala keçməsi prosesinə ərimə deyilir. Ərimə prosesi baş verdikdə maddənin temperaturu sabit qalır və bu temperatur ərimə temperaturu adlanır.
Mövzu № 6. Elektrik yüklərinin qarşılıqlı təsiri. Elektrik sahəsi. Elektrik sahəsinin potensialı və intensivliyi. İnduksiya seli. Qauss teoremi. Elektrik tutumu. Kondensatorlar. Elektrik sahəsinin enerjisi. Mövzunun qısa məzmunu. Elektrik yükünün başlıca, fundamental xassəsi onun iki formada mövcud olmasıdır. Şərti olaraq onları müsbət və mənfi yüklər adlandırırlar. Təcrübədən məlumdur ki, eyni adlı yüklər bir-birini itələyir, əks işarəli yüklər isə biri-birini cəzb edirlər. Əks işarəli yüklərin mövcud olmasının səbəbi məlum olmasa da, bir şey aydındır ki, Kainat müsbət və mənfi elektirik yüklərinin tarazlığı sayəsində mövcuddur. Elektrik yükünün ikinci fundamental xassəsi onun kvantlanması və ya diskret quruluşa malik olmasıdır. Məlum olduğu kimi atom müsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarətdir.Sükunətdə olan yüklərin yaratdığı sahə elektrostatik sahə adlanır. Elektrik sahəsi sonsuzluğa kimi davam edir. Elektrik sahəsi obyektiv reallıq olub, materiyanın xüsusi növüdür. Elektrik yüklərinin qarşılıqlı təsiri onların yaratdıqları sahə vasitəsilə verilir. Elektrik sahəsi bu sahəyə gətirilmiş yükə təsir etməklə özünü büruzə verir.