Susdu,nəfəsini
bir anlıq dərdi [124, 25].
Ağzına su alıb sən niyə susdun
Səndən ev dərdinə qalan olarmı?
Qız yenə dinmədi, sakitcə durdu,
Baxırdı hər ötən nadan harına [124, 132].
Varam alnı açıq, varam üzü ağ [123, 104]
Vicdan üfüqümüz safdır, təmizdir [123, 101].
Mən gedirəm, qoşalaşır kölgəmiz
Gecə keçir, yuxu qaçır, yatmıram [123, 81].
Nümunələrdəki danışmaq-söyləmək-dinmək sinonimik cərgəsi söz açmaq-dilə gəlmək; susmaq-dinməmək-sakit durmaq sinonim cərgəsi nəfəsini bir anlıq dərmək-ağzına su almaq; təmiz-saf-ülvi sinonimik cərgəsi alnı açıq-üzü ağ və s. kimi frazeoloji birləşmələr hesabına zənginləşmişdir.
Frazeoloji birləşmələrə xas olan fıkrin yığcamlığı, obrazlılığı, ifadəliliyi, ekspressivliyi onlardan istər sadə danışıq dilində, istərsə də bədii dildə istifadə olunmasına ehtiyac duyur. Bu cəhətdən fikrin daha təsirli, emosional, qüvvətli ifadə olunması üçün sinonim cərgədə dominant sözü çox vaxt onun sinonimik frazeoloji ekvivalenti ilə əvəz edirlər. Məsələn,ağlamaq sözünün yerinə bədii ədəbiyyatda,əsasən,frazeoloji qarşılığı olan sinonimlərindən istifadə olunur. Bunu Nəbi Xəzri yaradıcılığından gətirdiyimiz nümunələrdən aydın görə bilərik:
Qəmləndim, sevindim, ağladım, güldüm
Süzüldü göz yaşım yanaqlarıma [124, 193].
Bir ümman yaş tökdü dostlar, qohumlar
Eynəkdən, güzgüdən, pəncərələrdən [123, 166].
Baxışında kədər,
Gözlərində nəm [124, 173]
Burda həyat ilə, ölüm üzləşib
Axıb göz yaşı tək şeh kainatdan [123, 178].
3.Sinonim cərgələri zənginləşdirən mənbələrdən biri də evfemizmlərdir. «Evfemizm» - pis, xoşagəlməz sözlərin yaxşı, xoşagələn sözlərlə verilməsi deməkdir. Kobud sözlər əvəzinə yumşaq ifadələr işlətmək evfemizmin əsas ruhunu təşkil edir. Deməli,söz vasitəsilə edilən təsir, bu təsir nəticəsində yaranan reaksiya,həyəcan daha qüvvətlidir. Məhz belə hallarda, həyəcanı, yaranan mənfi reaksiyanı kənar etmək və ya zəiflətmək üçün evfemizmlərdən istifadə olunur. Xoşagəlməz məzmunu yumşaq şəkildə başqasına çatdırmaq üçün evfemizmlər ən yaxşı vasitədir» [76,216-217]. Elə buna görə də evfemizmlərə xas olan zəriflik,ən kobud ifadəni yumşaltmaq,insanın əhval-ruhiyyəsinə mənfi təsir bağışlayan sözləri daha münasib tərzdə deyilmə xüsusiyyəti onları sinonimik cərgənin ifadəli vasitəsinə çevirir.
Yaşlaşdın, yenə də sən coşdun-daşdın,
Ahıllaşdın, qəlbən azca yaşlaşdın,
Qocaldm yer oldun, asiman oldun [124, 44].
O, bir də qalxmadı, əbədi yatdı [124, 38].
Məni kəndimdəki
ata evindən,
Özünüz aparın axır mənzilə [124, 115].
Vay o gündən - ömrün axır anında,
Gözünüzü qapayan da olmadı! [123, 76]
Qara tellərini
Erkən ağ hördün [124, 174].
Bu nümunələrdən aydın görürük ki, qocalmaq-yaşlaşmaq, ahıllaşmaq, tellərini ağ hörmək, ömrün axır anı; ölmək-əbədi yatmaq; qəbiristan-axır mənzil və s. sinonim cərgələri məhz evfemizmlər hesabına artmışdır.
4.Sinonim cərgələrin zənginləşməsində canlı danışıq dili sözlərinin də rolu vardır. Çünki sinonim cərgədə işlənən sözlərin hamısı dildə eyni dərəcədə işlənmə imkanına malik deyil. Belə ki, bu sinonim sözlərin bəziləri yalnız ədəbi dildə işlənsə də, bəziləri isə həm də canlı danışıq dilində işlənir. Bütün bunları nəzərə alıb deyə bilərik ki, bir çox sənətkarlar kimi N.Xəzri də öz yaradıcılığında nə qədər bədiiliyə,poetikliyə üstünlük versə də,bir o qədər də canlı,sadə xalq danışıq dilinin gözəlliyini qoruyub saxlamışdır.
Çökdü qəlbə kədər, qəm,
Soyuq yellər əsəndə [123, 210]
Kədərli, qüssəli bu səhər çağı,
Yaxşı ki, qapını sən açdın mənim! [124, 193]
Eşqin gecələri kədərli, məhzun [124, 53]
Yoxsullara dərsə durar,
Dostları ilə paylaş: |