Azərbaycan rеspublikasi təHSİl naziRLİYİ



Yüklə 0,79 Mb.
səhifə33/43
tarix09.05.2022
ölçüsü0,79 Mb.
#115668
1   ...   29   30   31   32   33   34   35   36   ...   43
AZ rbaycan rеspublikasi t HS l naziRL Y

Metonimiya. Bədii dildə tez-tez rast gəlinən və danışığı, mə­­­­­­nanı qüvvətləndirən, şirinləşdirən məcaz növlərindən biri də metonimiyadır.Yunanca metonomadro sözündən olan me­­­­­­tonimiya «ad dəyişmə» mənasını bildirir. Metaforada bir-bi­ri­nə bənzədilən hadisələr arasında bilavasitə real əlaqə olmadığı hal­da, metonimiyada bu bənzətmə bir-biri ilə əlaqə­dar olan ha­­­disələr əsasında qurulur. Metonimik məcazda nə­in­­ki əşya, hət­ta anlayış da bütövlükdə dəyişir. «Metonimiya oxşar əş­ya­la­rın və onların əlamətlərinin qarışdırılması nəticə­sində əmələ gəl­miş, bir-biri ilə bu və ya digər xarici, yaxud daxili əlaqədə olan, bir-birindən fərqli əşyaların yaxınlaşması nəticəsində dü­zə­lir. Metonimiyada məqsəd əşyaya, hadisəyə, hərəkətə ifa­də­li­lik verməkdir. Metonimiyanın bu növündə sub­­­­yekt buraxılır, onun yerinə obyekt işlənir» [6,134].

İdiomların əksəriyyəti, atalar sözləri və xalq məsəl­lə­ri­nin bir qismi metonimik səciyyə daşıyır. Burada ifadə olunan fi­kir,anlayış əslində olduğu kimi deyil,əvəz edilmiş, bədii don geydirilmiş şəkildədir.

Metonimik frazeoloji vahidlərdə poetik müqayisə ele­ment­­­­­­­­lərinə də rast gəlmək olur. «Metonimiya da metafora ki­mi cürbəcür hadisələr, əşyalar arasın­dakı əlaqəni obrazlı şə­kil­də müqayisə edən insan təfəkkürünün məhsuludur» [88, 66]. Bir qədər örtülü şəkildə olsa da bənzətmə, təcəssüm və s. özü­nü göstərir. Bu da məcaz növlərinin bir-birinə göstərdiyi qarşılıqlı təsirlə bağlıdır.

Klassik və müasir ədəbiyyatımızın elə bir janrı yoxdur ki, orada metonimik frazeoloji vahidlərdən istifadə olun­ma­sın. O cümlədən N. Xəzrinin şeirlərində metoni­mi­ya­nın gözəl nü­­­munələrinə rast gəlinir:


Zəriflik sükutla danışan gözəl

Qışqıran sevgilər məyər sevgimi? [123, 32]

Pambıqla baş kəsənlərə rəhmət deyək?

O körpüdən qəhrəmanlıq keçsin gərək! [123, 33]

Əlində ölümün sındı qanadı [123, 79].

Arzular baharda, ömür qışdadır



Quru haray çəkər, yaş tökülərsə [123, 23].

Odlu köynək geyib eşq atəşindən [123, 29].

Lakin onu bir an görməyəndə mən,



Sönüb gözlərimdə qaralır cahan [123, 13].

Sənin yadındamı, mən ki, bir zaman,



Vermişdim sevgimi sənə ərməğan [123, 14].

Üzeyirin üzündən sis-duman keçir [123, 111].

Adını qəlbimin sahillərinə



yazaram dəniz kimi [123, 50].

O, min-min ürəyə körpülər atdı [123, 64].



Qara ürəklərdən qorxun, durnalar! [123, 109]

Dağların zirvəsi ağa bürünür [123, 88].

Çəkin Qarabağdan qara əlləri! [123, 89].


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin