Azərbaycan respulikasi



Yüklə 0,86 Mb.
səhifə26/30
tarix11.01.2022
ölçüsü0,86 Mb.
#110718
1   ...   22   23   24   25   26   27   28   29   30
Mentor (n)-advisor, coach, consultant, edicator, guide, guru, instructor, teacher, trainer, tutor, advisor, counselor;

Coach (n)- instructor, private instructor, tutor;

Tutor (n)-coach, educator, guardian, instructor, lecturer, private instructor, tutorial;

Advisor (n)-a facilitator is a person or organization that helps another person or organization to do or achieve a partucular thing.

Azərbaycan dili pedaqogikası terminologiyası mövqeyindən məsələyə yanaşsaq, sinonim cərgənin ilk variantı belə olar: müəllim, tərbiyəçi, usta, məşqçi, təlimatçı, bələdçi, mentor, tütor, advizor, fasilitator.

İngilis dilində olduğu kimi, Azərbaycan dilinin sinonim lüğətlərində də bu terminlərin sinonim sıraları verilir.

Sinonim cərgələri bir-biri ilə müqayisə etdikdə bütün cərgələrdə eyni sözlər qeydə alınmır. Terminlərin və leksik vahidlərin izahlarında da fərqlər vardır. Pedaqogika terminologiyası araşdırıldığına görə dominant termin “müəllim” olacaqdır. Müəllim Azərbaycan dilində ümumişlək sözdür. Bu söz dilin etiket sistemində də işlənir. Hörmət mənasınla müraciət zamanı addan sonra “müəllim” sözü artırılır. Izahlı lüğətdə müəllim sözü belə izah olunur.

Ingilis və rus dillərində coach, mentor, advisor, facilitator, tutor terminlərin işlənmə tezliyi “pedaqogika” sahəsi üzrə müəyyənləşdirilmişdir [129; 159; 160; 161].

Инэилисдили

Тезлик

Рус дили

Тезлик

Жоажщ

2280

Ментор

59

Ментор

1769

Тьютор

9

Адвисор

770

Кауч

7

Фажилитор

547

Фасилитатр

1

Тутор

433

Едвайзер

0

Cədvəldən göründüyü kimi, ingilis dilində coach, rus dilində isə mentor pedaqogika terminologiyasında “müəllim” ümumi mənası ətrafında yerləşən terminlər arasında ən yüksək tezliklə işlənir.

Azərbaycan dilində milli korpus yaradılmamışdır. Ona görə də, bu terminlərin Azərbaycan dilində işlənmə tezliklərini müəyyənləşdirmək olmur.

Qeyd olunan sözləri “Google” sisteimndə axtarmaq mümkündür. Sinonimləri üç dilə aid mənbələrdə axtarsaq, aşağıdakı nəticələri alarıq.




İngilis dilli mənbələrdə

Рус dilli mənbələrdə

Azərbaycan dilli mənbələrdə

ментор

3.390000

коуч

1410000

ментор

842000

тутор

2.300000

ментор

631.000

тутор

7440

жоажщ

2.200000

тутот

546000

коуç

136

адвисор

1.650000

эдвайзер

38000

Адвизор/edvayzer

2

фасилитатор

1.520000

фасилитатор

414000

фасилитатор

13000

Şəbəkə təhlili göstərir ki, ingilis dilində mentor daha yüksək tezliklidir. İkinci yerdə tutor, üçüncü yerdə isə coach termini durur. Terminlərin işlənmə tezliyində isə bu sıra coach, mentor, advisor olur. Tutor terminini işlənmə tezliyi ingilis dilində ən aşağı olduğu halda “Google” axtarış sistemində onun qeydə alınması tezliyi çox yüksəkdir. Təbii ki, terminoloji tezliklə, sözün internet saytlarında qeydə alınma tezlikləri fərqli hadisələrdir. Çünki bu terminlər ümumişlək söz və başqa sahə termini kimi də internet şəbəkələrində yer ala bilər. Bununla belə, coach və mentor sözlərinin şəbəkədə işlənməsinin bu qədər fərqli nəticə verməsi maraq doğurur. Çünki Azərbaycan dilində “məşqçi” mənasını verən “coach” ingilis dilinin idman terminologiyasına daxildir. Bundan başqa söz internetdə yerləşdirilmiş idmana aid materiallarda çox istifadə edilir.

Təbii ki, terminlərin sahəyə aid materiallar üzrə işlənmə tezlikləri daha böyük maraq doğura bilərdi. Lakin sahə ədəbiyyatları üzrə belə statistik tədqiqatlar hələ ki, kifayət qədər deyildir.

Ümumi məna üzrə sinonim cərgə əmələ gətirən funksional ixtisaslaşmış anlayışları bildirən pedaqoji terminlərin izahını nəzərdən keçirək.



Coach sözü orta əsrlər fransız dilindən olan coche, alman “kotsche” -kareta sözündən alınmışdır. 1830-cu ildə Oksford Universitetində tələbə slenqində tələbəni imtahandan keçirən hami mənasında işlənmişdir. 1861-ci ildə əvvəlcə idmanda, sonralar başqa sahələrdə “təlimatçı” mənalarında istifadə edilmişdir. Müasir dildə beynəlxalq miqyasda coach (kouç) müəyyən məqsədə nail olmağa yardım göstərən, hazırlayan mütəxəssisi bildirir. Kauç hamilik etdiyi şəxslə ümumi vəziyyəti təhlil edir, məqsədi müəyyənləşdirir, seçir, bu məqsədə çatmaq yolunu təyin edir, mümkün riskləri hesablayır, hazırlıq planı tərtib edir, mövcud ehtiyatları qiymətləndirir. Kauçun köməyi ilə zəruri informasiyanı əldə edən, müəyyən bacarıqlara sahib olan şəxs kouç olmadan da məqsədə nail ola bilər və ya bu istiqamətdə fəaliyyətini davam etdirə bilər.

Kouçinq maksimal effektiv nəticə almaq məqsədilə iştirakçıların birgə və fərdi yaradıcılıq potensialının inkişafı prosesi sistemidir [153]. Kouçinqin yaradıcısı V.Timoti olmuşdur. Sonralar V.Timotinin ideyalarını C.Uitmor biznes və menecementin tədrisinə tətbiq etmişdir [152]. Youçinq üç əsas məqsədə çatmaq yolu sayılmışdır: 1)şirkət işçilərinə müstəqil öyrənmək və düşünməyi öyrənməyə kömək etmək; 2)menecerlər kouç olmaqda kömək etmək; 3)rəhbərlərə “öyrədən təşkilatlar” yaratmaqda kömək etmək. Kouçun yaxşı işinin əsas göstəriciləri hazır məsləhət və həllərin yoxluğu, müştəri ilə tərəfdaşlıq qarşılıqlı əlaqələri, müştərini fəaliyyəti müstəqil seçməyə və təminatlı nəticələr əldə etməyə ruhlandırmaqdır. Bu zaman kouçun müştərinin fəaliyyət göstərdiyi sahənin mütəxəssisi olması zəruri deyildir [146].

Beləliklə, müasir şərhə görə kouç fasiləsiz peşə təhsil sisteminə yaxındır. Azərbaycan tədris sahəsində kouçinq idarə və müəssisələr səviyyəsində həyata keçirilir. Kouçinq üzrə ilk təhsil proqramı 1998-ci ildə çap olunmuşdur. Kouçinqin peşə xidməti kimi ən yüksək inkişaf dövrü 2006-2007-ci illərə təsadüf etmişdir. Bir çox şirkətlərdə kouçinq öyrədici proqramlarla paralel tətbiq edilir. Bu dövrdə kouçinq-xidmət almaqda daha çox maraqlı olan müştərilər qrupu müəyyənləşdirilir. Bunlar ilk növbədə, korporativ kompaniyalar olur. Belə kompaniyalar xarici müştərək şirkətlərlə işgüzar əlaqələrə malikdir. Beləliklə, kouçinq əməkdaşların daxili potensialını aşkara çıxarmaq və fəallaşdırmaq təhsili və ya təlimi funksiyasını yerinə yetirir.

Mentor latın “mentos” “məqsəd, niyyət, ruh” anlamında olan sözdən alınmışdır; Mon-i-tor-öyrədən, yol göstərən; Mentor- rəhbər, müəllim, hami, tərbiyəçi [155].

Mentorluq müəyyən sahədə heç bir təcrübəsi olmayan şəxslə həmin sahədə təcrübəli şəxs arasındakı münasibətləri əhatə edir. Bu münasibətlər təcrübənin öyrədilməsini nəzərdə tutur.

Mentor təhsil sistemində təcrübəli öyrədənlə tələbə arasında uzunmüddətli qarşılıqlı münasibətlər yaranır. Nəticədə öyrənənin peşə, təhsil və şəxsi keyfiyyətləri inkişaf etdirilir. Mentorla öyrənən arasındakı münasibətlər xarakterinə görə fərqli formalarda olur. Mentor müəllim funksiyasını yerinə yetirir, mentor təhsillə təcrübəni əlaqələndirir, alınan billiklərin praktik tətbiqinə çalışır. Mentor təhsilin qiymətləndirilməsində iştirak edir, peşə mədəniyyətinin xüsusiyyətlərini başa düşməyə kömək edir. O, menecer funksiyasını öz üzərinə götürür və peşə əlaqələrinin qurulmasında yardımçı götürür və peşə əlaqələrinin qurulmasında yardımçı olur. Peşə təhsili üçün imkan yaradır [106; 154].

Yuxarıda qeyd olunan cəhətlər mentorla kouç arasındakı fərqlərin əsas dairəsini aydınlaşdırır. Bu, iki anlayışın üst-üstə düşmədiyini təsdiq edir.



Tütor latın dilindən olan tutorem sözündəndir. Mənası hami, qəyyum deməkdir. Bu termin məşğələlərdə yuxarı səviyyədə olan öyrənənin aşağı səviyyəli öyrənəni hamiliyə götürməsini ifadə edir. 1580-cı ilə aid mənbələrdə qeydə olanur. XIV əsrdə əvvəl Oksford , sonralar Kembric Universitetlərində tətbiq olunmuşdur. XVII əsrdən tütorun fəaliyyət dairəsi genişlənmişdir. Tütor hansı mühazirə və praktik məşğələlərdə iştirak etməklə bağlı məsləhətlər verir, tədris planını qurmağa kömək edir. XVIII-XX əsrlərdə Ingiltərə universitetlərində bu tipli təhsilvermə geniş yayılmışdı. Tütor tarixən mövcud olmuş pedaqoji mövqe hesab olunur. Tütorluq fərdi təhsil proqramlarının işlənib hazırlanmasında əhəmiyyətli rol oynamışdır. Son illərdə tütorluq Rusiyada orta məktəblərdə tətbiqini tapmışdır [145].

Edvayzer (advisor) fransız “avisen” (düşünmək) sözündəndir. Məsləhət vermək mənasında XIV əsrdən işlənmişdir. Edvayzer müəyyən ixtisas üzrə oxuyan tələbənin akademik məsləhətçisi funksiyasını yerinə yetirmişdir. O, fərdi tədris planının formalaşdırılmasına və təhsil proqramlarının mənimsənilməsinə, tədrisin təşkili üçün zəruri olan materialların hazırlanmasına kömək göstərir. Müasir təhsil sistemində edvayzerin üç əsas funksiyası fərqləndirilir: 1)tələbələrin təhsildə fərdi inkişafı; 2)təhsil proqramları komponentlərini hazırlamağa kömək göstərmək; 3)konkret universitetin tələbə mədəniyyətinin qorunmasında iştirak etmək [157; 158].

Müasir biznes layihələrin reallaşdırılmasına edvayzerlər məsləhətçi kimi dəvət olunurlar. Onlar tez-tez təkrarlanan situasiyalarda meydana çıxan problemlərin həll yollarının öyrətməyə çalışırlar. Anlayış qeyri-formal peşə təhsili sisteminə aiddir” [120].

Fasilitator latın facilis- “yüngül, rahat” sözündəndir. Uğurlu qrup ünsiyyəti yaradan mütəxəssisdir.

Fasilitasiya funksiyası fasiləsiz təhsilin müxtəlif modellərində tətbiqini tapır. Məsələn, Qazaxıstan milli tibb universitetində fasilitatorlar gələcək həkimlərin peşə fəaliyyətini dərk edilən şəkildə “mənimsəmək, peşə şüurunu inkişaf etdirmək” işini həyata keçirən müəllimlərə deyilir [126, s.18].

Fasilitotorluq hər bir ixtisaslı məşqçinin təcrübəsinin bir komponentini təşkil edir. Bu termin daha çox off-line qruplarla iş aparmaq mənasında istifadə edilir.

Fasilitator terminini “moderator” termini ilə çox vaxt qarışıq salınır. Təbii ki, bunlar fərqli anlayışları ifadə edən terminlərdin. Mederator qəbul edilmiş norma və qaydalara əməl olunmasına nəzarət edir, fasilitator isə qrup üzvlərinə məsələnin həllində kömək edir. Moderator həll olunan məsələ ilə formalaşan mövqeyin uyğunluğuna əhəmiyyət vermir, fasilitator qrupun iş səviyyəsinin effektivliyinə çalışır [117].

Kouç və fasilitator terminlərindən birincisi psixologiya, biznes və təhsildə, ikincisi biznes və təhsildə istifadə olunur. Mentor, tütor və edvayzer isə bilavasitə təhsil sahəsinə aid terminlərdir. Kouç və fasilitator qruplarla işləyir, mentor, mütor və edvayzer isə fərdi iş aparır. Mentorun məqsədi fərdin şəxsi keyfiyyətlərini inkişaf etdirmək, kouçun məqsədi konkret vəzifəni həyata keçirmək, tütorun məqsədi fərdi təhsil istiqamətini seçməyə kömək göstərmək, edvayzerin məqsədi ixtisas işinin yazılmasını reallaşdırmaq, fasilitatorun məqsədi qrup qarşısında qoyulmuş vəzifələri uğurla yerinə yetirməyə nail olmaqdır. Qeyd edilən anlayışların planlaşdırma, davametmə, tətbiq, funksiya, münasibət, təsir mənbəyi və s. baxımından da fərqli cəhətləri vardır. Bütün bunlar onu göstərir ki, bəzən “müəllim”, “tərbiyəçi”, “təlimatçı” kimi terminlərin sinonimi kimi istifadə olunan kouç, mentor, tütor, edvayzer, fasilitator, moderator pedaqogikada fərqli anlayışları bildirən alınma terminlərdir.

Bir sıra terminləri tam funksional ayırma pedaqogika terminologiyasında müəyyən çətinliklər törədir. Təhsil sisteminin obyektiv reallıqları bir-biri ilə sıx vəhdətdə olur, qarışıb bir-birinə keçir.

Onu da qeyd edək ki, ayrı-ayrı ölkələrdə təhsil və təlim sistemləri tam üst-üstə düşmür. Nəticədə bəzi pedaqogika terminləri bir ölkədə işlənirsə, digərində sahə terminologiyasında yer almır. Məsələn, fasilitator termini Fransada ümumiyyətlə istifadə edilmir. Alınma terminlərin bir-biri ilə təyin olunması da düzgün deyildir. Məsələn. “tyutor tələbənin fərdi təhsil istiqamətini seçməyə kömək edən fasilitatordur” [156].

Rusiyada “orta məktəb-ali məktəb” keçidinə uyğunlaşmağa kömək edən adapter adlanan vəzifə vardır. Qazaxıstan menecement və iqtisadiyyat institutlarında tutor əvəzinə edvayzer işi təşkil olunur. Azərbaycan ali məktəblərində hələ sovet dövründə təyin edilmiş “kurator” funksiyası həyata keçirilir.

Azərbaycan dilli internet səhifələrində kouç üzrə axtarışda cəmi 136 nəticə üzə çıxır. Həmin istinalar üzrə təhlil göstərir ki, Azərbaycan dilində bu terminin də ifadə etdiyi əsas anlayış tam açıqlanmır, onun definisiyası verilmir. Nümunələrdə kouç terminindən başqa kouçinq, kouçinq sistemi terminləri də istifadə olunur.

Peşəkar Inkişaf Proqramı (Biznes-kouçinq) şirkətin aparıcı əməkdaşlarına öz peşəkar məqsədlərinə nail olmalarına yardım etmək məqsədi ilə onlarla fərdi iş vasitəsilə şirkətlərin gəlirliliklərinin və məhsuldarlıqlarının artırılması sahəsində ixtisaslaşmışdır. … Peşəkar Inkişaf Proqramı idarəetmə sahəsində 15 ildən arıq təcrübəyə malik sertifikatlaşdrılmış kouç tərəfindən aparılır” [61].

Kouç termini ilə müqayisədə tyutor daha çox işlənir. Bu termin Azərbaycandilli internet mənbələrdə 7440 dəfə qeydə alınmışdır. Termin akademik məsləhətçi və Baloniya prosesinin tələblərinə cavab verən təhsilə keçid üzrə dekan köməkçisi kimi izah edilmişdir. Mənbəyə görə tyutor tədrisə aid materialları elektron formada tələb etməli, saxlamalı və yaymalı, mütəmadi olaraq əsasnamələrin, tələbələrin hüquq və vəzifələrinin müzakirəsinə həsr olunmuş görüşlər keçirməli, tələbələrin individual tədris planlarını həyata keçirməlidir. Kredit sistemi ilə təhsil alan tələbələrə köməklik göstərmək məqsədi ilə ali təhsil müəssisələrində akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil olunur. Tyutor öz işini bir qayda olaraq bir istiqamət (ixtisas) çərçivəsində həyata keçirir və tələbələrə birinci kursdan buraxılışadək xidmət göstərir. Tyutorların funksional vəzifələrinə tələbələrin akademik maraqlarını qorumaq və müdafiə etmək, tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim etmək, tələbələrin fərdi və işçi planlarının tərtibi üçün onlara qrup və fərdi məsləhətlər vermək aid edilir [80].

Azərbaycan dili pedaqogika terminologiyasında alınma sözlərin şəkilçi qəbul etməsi ilə yaranan terminlər olduğu kimi, alınma şəkilçilərlə yaranan terminlər də vardır. Bəzi terminlər paralel işlənir. Məsələn, eksperimentator, eksperimentçi, direktorat -direktorluq, rektorat -rektorluq. Alınma şəkilçilər, bir qaylda olaraq, alınma terminlərlə bir yerdə işlənir. Bu da ğhəmin terminlərin hazır şəkildə, yəni alınma şəkilçi ilə bir dilə keçməsi səbəbindən də irəli gələ bilər. Məsələn, illüstrativ, illüstrasiya, impuls, impulsiv, impulsivlik, intuisiya, intuitiv, intuitivizm; humanist, humanizm, humanistləşdirmə və s.

Avropa mənşəli alınmalarda bu dillərə məxsus prefiks və suffikslər də işlənir. Ona görə də alınma Avropa mənşəli pedaqogika terminlərinin bir qismi morfoloji üsulla düzəlmiş terminlərdir. Qeyd olunduğu kimi, bu terminlər mənbə dildə termin kimi formalaşdıqda müvafiq şəkilçiləri qəbul etmiş və sonralar hazır termin kimi başqa dillərə keçmişdir. Bununla belə qeyd edilən tipli terminləri təhlilə cəlb etmək, onların tərkibindəki komponentləri aydınlaşdırmaq əhəmiyyətlidir. Obyekt dildə morfoloji üsulla yaranan terminlərdə aşağıdakı şəkilçilər daha çox qyedə alınır.

1. -izm şəkilçisinin iştirakı ilə düzələn pedaqogika terminlər daha çox ictimai-siyasi terminologi sistemdən alınmış pedaqogika terminlərididir. Məsələn, totalitarizm (zorakılıq), vandalizm (vəhşilik), nasionalizm (millətçilik), liberalizm (siyasi cərəyan), unionizm (birləşməyə, ittifaqa can atmaq).

2. Avropa mənşəli sözlərin kökünə -iya şəkilçisinin artırılması yolu ilə: Azərb:-depressiya, strategiya (müəyyən məqsədə çatmaq üçün seçilmiş yol), demokratiya

3. Avropa mənşəli söz köklərinə -ist morfeminin artırılması yolu ilə: modernist, avanturist, maksimalist,

4. -siya şəkilçisinin iştirakı ilə; deklomasiya (şeri bədii qriaət formasında söyləmək), deklorasiya (elan etmək), depressiya

5. rus və Avropa mənşəli söz köklərinə -ik şəkilçisinin artırılması yolu ilə: informatik, analitik, etik, titanik, diplomatik.

6. -oji şəkilçisinin artırılması ilə pedaqoji, psixoloji, monoloji yanaşma, dialoji soruşma

7. rus və Avropa mənşəli söz köklərinə -al şəkilçisinin artırılması yolu ilə:vizual, intellektual, terminal.

8. rus və Avropa mənşəli söz köklərinə -er//-or morfeminin artırılması yolu ilə düzələnlər mentor, tyutor, fasilitator, missyoner, starter.

Pedaqoji termin yaradıcılığı yalnız məhsuldar şəkilçilər hesabına getmir. Dildə az sayda termin yaradın şəkilçilər də ola bilər. “Bir dildən başqa dilə gətirilmiş yad ünsür (söz, morfem, sintaktik konstruksiya alınmadır” [150, s.63]. Dildə belə ünsürlərə yeni söz və ya terminin tərkibində rast gəlinə bilər. Elə alınma ünsürlər vardır ki, onlar obyekt dilin termin yaradıcılığında da istifadə edilir. Doğrudur, alınma qrammatik vasitələr, şəkilçilər daha çox, yaxud əksər hallarda alınan terminlə bir yerdə dilə daxil olur. Lakin bəzi vahidlər həm çox sözün tərkibində olmaqla, həm də dildə yeni söz, eləcə də termin yaratmaqda iştirak etməklə terminyaratma vasitəsinə çevrilir. Bu ünsür dilin qrammatik sistemindəki affiksal morfemlərdən bəzən seçilir. Ona görə də onlara termin-elementi də deyilir.

Pedaqogika terminlərinin müəyyən qismi termin-elementləri ilə formalaşır. Pedaqogika terminologiyasında aşağıdakı termin-elementlər qeydə alınır:

Makro- makromühit, makroanalitik; mikro- mikromühit, mikrofilm, mikroanalitik; audio- audiovasitə, audiodərs, audiotəlim, audio-material, audio-vizual material; tele- telekonfrans, teledərs, telefilm; dia- diafilm, diapozitiv; fono- fonokabinet; avia- aviadərnək; avto- avtodərnək, avtoreferat, avtoqələm və s.



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin