Azərbaycan şifahi xalq ədəbiyyatına


ЯЗЫКОВЫЕ ИСКУССТВО АШУГ ГУСЕИНА БОЗАЛАГАНЛЫ



Yüklə 1,03 Mb.
səhifə41/92
tarix01.01.2022
ölçüsü1,03 Mb.
#104117
1   ...   37   38   39   40   41   42   43   44   ...   92
ЯЗЫКОВЫЕ ИСКУССТВО АШУГ ГУСЕИНА БОЗАЛАГАНЛЫ

Резюме

Одним из выдающих членов Азербайджанского ашугского искусство является Ашуг Гусеин Бозалганлы. Он был народным деятелем, который знал глубоко наш язык, был хорошо знаком с народным бытом и этно­графией.

В статье исследуется стиховой язык ашуга, акцентируется на раз­нообразие смаелов. Здес выделена фразеологические выражения, послови­цы, употребляемые художественные средства для описания образност.

Ключевые слова: Ашуг Гусеин, ашугская литература, ашугская окружающая среда, язык, описание, метафора.

Azərbaycan aşıq sənətinin tarixi demək olar ki, xalqımızın tarixi qədər qə­dimdir. Bu sənət dilimizi, mədəniyyətimizi, mənəviyyatımızı, məişətimizi qoru­yub saxlayaraq, təbliğ edərək zamanla özündən sonrakı nəslə ötürmüşdür. Aşıq məktəblərinin küll halında və bu məktəblərin nümayəndələrinin yaradıcılığının ayrıca olaraq araşdırılması ümumilikdə Azərbaycan elmi və mədəniyyəti sahə­sində olduqca əhəmiyyətlidir. Bu baxımdan Gəncəbasar aşıq mühiti zənginliyi, özünəməxsus ənənələri ilə seçilir. "Biz – tədqiqatçılar aşıq musiqisini aşıq şei­rindən, aşıq şeirini ifaçılıq prosesindən ayrı götürsək də, götürməsək də, ənənə ənənə olaraq qalır. Hər ustadın fəaliyyəti sayəsində yeni-yeni havalar, yeni-yeni dastanlar, yeni-yeni şeir janrları ilə zənginləşən ənənədə əsl mahiyyət dəyişmir. "Aşıq" adı daşıyan sənətkar nə boyda istedad sahibi olur-olsun, ənənəyə tabedir: sözü qələmdən çox sazla yaradır, sözü xalqa kitab-dəftərdən çox canlı ifaçılıqla çatdırır" (4, 9). Əlbəttə ki, sənətkarın dünyagörüşünün mükəmməl olaraq yetiş­məsində mühit də əsas amil hesab edilir. Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri də Gəncəbasar aşıq mühitinin yetirməsi Aşıq Hüseyn Bozalqanlı olmuşdur. O, dilimizi dərindən bilən, xalqımızın məişətinə, etnoqra­fiyasına yaxından bələd olan el sənətkarı olmuşdur. Aşıq Hüseyn haqqında Vəli Xuluflu, Hümmət Əlizadə ilkin məlumatlar vermiş, Paşa Əfəndiyev, Məhərrəm Qasımlı təhlillər aparmış, Səyyarə Qasımova dissertasiya işi müdafiə edərək mo­noqrafiya çap etdirmişdir. Bütün bunlarla yanaşı, bədii təsvir və ifadə vasi­tələrindən xüsusi bacarıq və məharətlə istifadə edən aşığın yaradıcılığında araş­dırılmalı istiqamətlərdən biri – dil sənətkarlığı da maraq doğurur. Aşıq Hüseyn sözdən xüsusi ustalıqla istifadə etməsinə görə fərqlənir. Odur ki, ustad aşığın şeirlərinin təsir gücünü, emosionallığını artıran məcazlardan geniş istifadə etdiyi göz önündədir.




Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin