Azərbaycan şifahi xalq ədəbiyyatına


— 6. İntensivləşdirmə və zəiflətmə



Yüklə 1,12 Mb.
səhifə10/105
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104266
1   ...   6   7   8   9   10   11   12   13   ...   105
5 — 6. İntensivləşdirmə və zəiflətmə. Transformasiyaların bu növləri yal­nız nağıl personajlarının hərəkətlərinə məxsusdur. Eyni hərəkətlər intensivliyin müx­təlif dərəcələrində icra edilə bilər. İntensivləşdirməyə qəhrəmanın gön­də­ril­mə­sinin onun qo­vul­masına çevrilməsi nümunə ola bilər. Göndərmə nağılın daimi elementlərindən biridir; bu element keçidin bütün dərəcələrini izləməyin müm­kün olduğu müxtəlif formaların miqdarında təqdim edilmişdir. Göndərmə müx­­təlif formalarda verilmiş ola bilər. Tez-tez bu xahiş bu və ya digər təəccüblü şeyi və s. əldə et­mək üçün yola düşməkdir. Bəzən bu tapşırıqdır ("mənə xid­mə­ti qul­luq göstərin"). Çox vaxt həmçinin bu hökm halında təh­didlərlə və icra ha­lın­da vədlərlə müşayiət edilən əmrdir. Sonra bu an maskalanmış sürgün formasında ve­­rilmiş ola bilər: qəddar bacı qardaşından canını qurtarmaq üçün onu heyvan sü­­dü arxasınca göndərir; sahib guya muzduru meşəyə itmiş inəyin arxasınca gön­­dərir; ögey ana od üçün ögey qızı Küpəgirən qarının yanına göndərir. Nə­ha­yət, biz artıq birbaşa sürgünü də müşahidə edirik. Bu hər biri daha bir sıra va­ri­a­si­ya­lar və keçid formalarına imkan verən əsas mərhə­lələrdir; onlar qovulmuşlar haq­­qında nağılların öyrənilməsi vaxtı xüsusilə əhəmiyyətlidir. Təhdid və vədlə mü­­şayiət edilən əmri göndərmənin əsas forması hesab etmək olar. Əgər vəd dü­şü­rsə, onda belə reduksiyaya eyni zamanda intensivləşdirmə kimi də baxıla bilər — təhdidlə göndərmə qalır. Təhdidin düşməsi bu formanın yumşalması və zəif­lə­mə­sini yaradır. Sonrakı zəifləmə ümumilikdə göndərmənin endirilməsindən iba­rətdir. Oğul gedəndə valideynlərindən ona xeyir-dua verməyi xahiş edir.

Transformasiyaların baxılmış altı növü bünövrənin əsaslı də­yişiklikləri kimi izah edilə bilər. Bununla yanaşı həm də transfor­masiyaların iki böyük qru­pu­na rast gəlinir. Bu əvəzet­mə­lər və assimilyasiyalardır. Onun kimi, başqaları da mən­şəyinə görə nəzərdən keçirilə bilər.




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin