Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,12 Mb.
səhifə9/105
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104266
1   ...   5   6   7   8   9   10   11   12   ...   105
2. Amplifikasiya zidd hadisəni təşkil edir. Burada zəmin genişləndirilmiş, de­tallar əlavə edilmişdir. Bu formanı amplifi­sirovalı forma hesab etmək olar:

meşədə toyuq ayaqlarında, fəsəlilərlə dayaq vurulmuş və piroqlarla örtülmüş koma.

Əksərən amplifikasiya reduksiyayla müşayiət olunur. Bir əlamətlər atılır, baş­qaları əlavə edilir. Amplifikasiyaları onların mənşəyinin əlamətinə görə də­rə­cə­lərə bölmək olar (necə ki, bu aşağıda əvəzetmələr üzərində edilmişdir). Bir am­plifikasiya məişətdən gəlir, digəri nağıl qaydasının açılmış detalını təşkil edir. Son hadisəni biz burda da müşahidə edirik. Hədiyyə verə­nin öyrənilməsi onda düş­mənlik və qonaqpərvərlik keyfiy­yət­lərinin birləşdirilməsini göstərir. İvan adət­ən hədiyyə verənin qonağı olur. Bu qonaqlığın formaları çox müxtəlifdir ("İçirtdi, yedizdirdi". İvan komaya sözlərlə müraciət edir: "Biz sənə girək, çö­rək-duz yeyək". Qəhrəman komada örtülmüş masanı görür; bütün yeməklərin da­dına baxır və ya doyunca yeyir; özü hədiyyə verənin həyətində öküz, toyuq və s. kəsir). Hədiyyə verənin bu keyfiyyəti onun evində də ifadə edilir. “Hensel und Gretel” adlı alman nağılında bu forma bütün nağılın uşaq xarakterinə uyğun ola­raq, bir qədər başqa cür istifadə edilmişdir.



3. Korlama. İndi sehrli nağıl ümumiyyətlə, tənəzzül etdiyinə görə, kor­la­ma­ya kifayət qədər sıx-sıx rast gəlinir. Belə korlanmış formalar bəzən yayılır və kök salır. Koma haqqında, onun öz oxu ətrafında daimi fırlanması barəsindəki tə­səvvürləri korlama hesab etmək olar. Hərəkətə görə komanın təsiri tamamilə xü­susi mənaya malikdir: bu gözətçi alaqapısıdır; burada qəhrəman sınağa məruz qa­lır, o sehrli vasitəni almağa layiqdirmi ya yox? Koma İvana öz bağlı tərəfi ilə yö­nəldilmişdir. Bu səbəbdən ko­ma bəzən "pəncərələrsiz, qapılarsız koma" ad­la­nır. Açıq tərəfi ilə komanın qapısı İvandan əks tərəfə yönəldilmişdir. Elə görü­nür ki, komanın ətrafında dövrə vurmaq və qapıdan girmək çox asan­dır. Amma İvan bunu bacarmır və nağılda bunu heç vaxt et­mir. Bunun yerinə o ovsun söy­lə­yir: "Arxan meşəyə qabağın mə­nə dur", "Anan qoyduğu kimi dur" və baş­qa­la­rı. Mətndə adə­tən bunun ardınca gəlir: "Koma çevrildi". Bu "çevrilmə" "fırlanır" şək­­linə düşmüşdür, "nə vaxt lazımdır çevrilir” ifadəsi sadəcə məna­sını itirmiş, amma bəzi xarakterik aydınlığını itirməmiş "çevri­lir" şəklinə düşür.

4. Müraciət. Tez-tez əsas forma özünün əks formasına çevrilir. Məsələn, qa­dın obrazları kişi obrazları ilə əvəz olunur və əksinə. Bu hadisə daxmacıqlara da aid edilə bilər. Bağlanmış, əlçatmaz komanın yerinə biz bəzən qapıları tay­ba­tay açılmış koma müşahidə edirik.


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin