7. Nağıldaxili əvəzetmə. Bundan sonra hədiyyə verənin evini müşahidə edərək biz aşağıdakı formaları tapa bilərik:
1) saray;
2) alovlu çayda dağ.
Bu hadisələr nə reduksiya, nə amplifikasiya və s. təşkil etmir. Bu, ümumiyyətlə, dəyişikliklər deyil, əvəzetmələrdir. Hər halda bu formalar, kənardan götürülməmişlər: onlar nağılın öz ehtiyatlarından götürülmüşdür. Materialın formasının yer dəyişməsi ilə, bir yerdən başqa yerə keçirilməsi baş verir. Sarayda (adətən qızıl) bir qayda olaraq şahzadə yaşayır. Bu ev hədiyyə verənə aid edilir. Nağılda belə yerdəyişmələr çox böyük rol oynayır. Hər element ona məxsus formaya malikdir. Ancaq bu forma hər zaman həmin elementə ciddi şəkildə təhkim edilməmişdir (məsələn, şahzadə, adətən tələb olunan personajdır, o, hədiyyə verən, köməkçi və s. rolunu oynaya bilər). Bir nağıl obrazı başqasını sıxışdırıb çıxardır. Belə ki, Küpəgirən qarının qızı şahzadə rolunu oynaya bilər. Buna uyğun olaraq Küpəgirən qarının özü artıq komada deyil, sarayda – şahzadəyə məxsus evdə yaşayır.
Bura mis, gümüş və qızıl sarayları aiddir. Bu saraylarda yaşayan qızlar eyni zamanda həm hədiyyə verən, həm də şahzadədirlər. Bu saraylar qızıl sarayın üç qat artırılması kimi yarana bilirdi. Onlar, məsələn, qızıl, gümüş, dəmir əsrləri və s. haqqındakı təsəvvürlərə görə, tam müstəqil surətdə, heç bir münasibətlər olmadan yarana bilərdi.
Bu qayda alovlu çayda dağ, hədiyyə verənə aid edilmiş ilanın evindən başqa bir şey deyildir.
Bu yerdəyişmələr transformasiyaların yaradılmasında böyük rol oynayır. Bütün transformasiyaların əksəriyyəti nağıldaxili əvəzetmələr və ya yerdəyişmələrdir.
Dostları ilə paylaş: |