Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,12 Mb.
səhifə14/105
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104266
1   ...   10   11   12   13   14   15   16   17   ...   105
11. Arxaik əvəzetmə. Artıq yuxarıda göstərilmişdir ki, nağılın əsas for­ma­la­rı ortadan getmiş dini təsəvvürlərə gedib çıxır. Bu əsasla bəzən əsas formaları tö­rəmələrdən ayırmaq olar. Bəzi hallarda əsas formanın (az və ya çox bir qayda ola­raq nağıl eposunda) dini mənbəyə gəlib çıxan, çox da qədim olmayan forma ilə əvəzlənməsi baş verir, lakin buna yalnız tək-tək, nadir hal­larda rast gəlinir. De­mək, "Cadugər və günəşin bacısı" nağı­lında ilanla döyüşün yerinə (Af. 93) biz aşağıdakını görürük: qadın ilan şahzadəyə təklif edir: "Qoy şahzadə İvan mə­­nimlə tərəziyə getsin, görək kim daha artıq gələcək". Tərəzi İvanı günəş köşk­­­lərinə atır. Burada biz psixostaziya (ruhların tərəzidə çəkilməsi) əla­mət­lə­ri­ni görürük. Bu forma haradan gəldi (o qədim Misirdə məşhurdur) və o nağılda necə mühafizə edildi, bütün bunlar tarixi tədqiqatın predmeti olmalıdır.

Arxaik əvəzetməni mövhumi əvəzetmədən ayırmaq həmişə asan olmur. On­ların hər ikisi (bəzən) daha qədimliyə gedib çıxır. Amma əgər nağılın hər han­sı ob­yekti eyni zamanda həqiqi inam obyektidirsə, onda əvəzetmə nisbətən ye­ni əvə­zet­­mə (qulyabanı) sayıla bilər. Bütpərəstlik dini iki qol verə bilirdi: biri na­ğılda, digəri inam və ya adətdə. Əsrlər boyunca onlar qarşılaşa bilərdilər və biri digərini sıxışdıra bilərdi. Əksinə, əgər nağılın obyekti həqiqi inamda (tərəzi) təs­diq edilə bilmirsə, onda əvəzetmə daha da qədimlərə gedib çıxır və arxaik sa­yı­la bilər.


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin