14. Naməlum mənşəyin əvəzedilməsi. Belə ki, əvəzetmələr burada onların mənşəyinin əlamətinə görə yerləşdirilmişdir, bu və ya digər elementlərin mənşəyi isə həmişə sadə modifikasiya deyil, onda hələlik mənşəyin naməlum əvəzlənməsi kateqoriyasını yaratmaq lazımdır. Belə formalara, məsələn, Af. 93. Nağılından günəşin bacınsını aid etmək olar. “Bacı” bağışlayan rolunu oynayır və həmçinin ona şahzadənin inkişaf etməmiş forması kimi də baxıla bilər. O "günəş köşklərində" yaşayır. Məlum deyil ki, burada hər hansı bir günəş kultu əks edilib, söyləyicinin yaradıcılıq təxəyyülü rol oynayıb, yoxsa bu forma söyləyiciyə toplayıcı tərəfindən təlqin edilmişdir (bu söyləyicini sorğu-sual edərkən olur, belə ki, o bu və ya digər nağılları bildiyinə görə bəzən toplayıcını razı salmaq üçün hansısa uydurmalar edə bilər).
Bununla da əvəzetmələr məhdudlaşdırılır. Əlbəttə ki, onların bu və ya başqa fərdi hallara uyğunlaşmasının daha bir neçə növlərini də yaratmaq olar, ancaq indi buna ehtiyac yoxdur. Göstərilən əvəzetmələr nağıl materialının bütün mətnində məna kəsb edir, fərdi hallara uyğunlaşma isə asanlıqla göstərilən halların köməyilə tamamlana və nəticə çıxarıla bilər.
Biz dəyişikliklərin başqa bir sinifinə, məhz assimilyasiyalara yönəlirik.
Assimilyasiyalarla bir formanın başqası tərəfindən natamam şəkildə sıxışdırılıb çıxarılması nəzərdə tutulur, həm də bu zaman iki formanın bir formada birləşməsi baş verir.
Zira assimilyasiyalar əvəzetmələr kimi eyni sıra üzrə yerləşərlərsə, onda onlar çox qısa şəkildə sadalana bilərlər.
Dostları ilə paylaş: |