Azərbaycan şifahi xalq ədəbiyyatına


Mövhumat assimilyasiyasına



Yüklə 1,12 Mb.
səhifə20/105
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104266
1   ...   16   17   18   19   20   21   22   23   ...   105
18. Mövhumat assimilyasiyasına nadir hallarda rast gəlinir. Buna toyuq ayaq­larındakı komada yaşayan qulyabanı nümunə ola bilər.

19 — 20. Ədəbi və arxaik assimilyasiyalar daha nadir rast gəlinirlər. Rus na­ğılı üçün dastanla və əfsanə ilə assimilyasiyalar müəyyən məna kəsb edir, amma burada daha çox assimilyasiya deyil, belələrinin nağılvari tərkib his­sə­lə­ri­nin saxlanılması vaxtı bir formanın digəri tərəfindən sıxışdırılıb çıxardılması özü­nü göstərir. Arxaik assimilyasiyalara gəlincə, onlar hər dəfə xüsusi müzakirə tə­ləb edirlər. Onlar mümkündür, amma onları yalnız xüsusi tədqiqatların kö­mə­yilə göstərmək mümkün olar.

Bununla da transformasiyaların növlərinin icmalı başa çatdırılmış ola bi­lər. Tamamilə bütün nağıl formalarının bir şkalada yığılmasını iddia etmək ol­maz, amma, hər halda, onların kifayət qədər xeyli miqdarını belə yerləşdirirlər. Trans­for­ma­si­ya­ların spesifikasiya ümumiləşdirmə kimi növlərini də tətbiq et­mək mümkün idi. Birinci halda ümumi təsir xüsusiyə çevrilir (otu­zun­cu ça­r­lı­ğın yerinə — Xvalınsk şəhəri), ikincidə isə əksi­nə (otu­zuncu çarlığın “başqa, di­gər” çarlığa çevrilməsi və b.). Amma spesifikasiyaların demək olar ki, bütün növ­lərinə əvəzet­mələr kimi, ümumiləşdirmələrə isə reduksiyalar kimi də baxıla bi­lər. Bu isə təkmilləşdirməyə (hava atı > at), lətifəyə çevrilmələrə və s. aiddir. Trans­for­masiyaların bu növlərinin düz­gün və ardıcıl tətbiqi nağılın öyrənilməsi üçün onun irəliləməsi prosesində daha möhkəm bünövrə qoymağa icazə ve­rə­cək­dir.

Nağılın ayrı-ayrı elementlərinə aid olanlar, bütövlükdə nağıla da aiddir. Əgər artıq element əlavə edilirsə, bizim qarşı­mızda amplifikasiya, əks halda re­duk­siya və s. olacaqdır. Bu metodların bütöv nağıla tətbiqi nağılın süjetlərarası təd­qiqi üçün əhəmiyyətlidir.

Bizə daha bir mühüm məsələni işıqlandırmaq qalır. Əgər bir elementin bü­tün hallarını (və ya lap çox hallarını) yazsaq, onda bir elementin bütün formaları təx­minən bir əsasla qurula bilmir. Fərz edək ki, biz küpəgirən qarını hədiyyə ve­rə­nin əsas forması kimi qəbul edirik. Cadugər, künc-bucaqda qalmış nənə, dul qa­dın, qarı, qoca, çoban, qulyabanı, mələk, şeytan, üç qız, çar qızı və s. kimi for­ma­lar Küpəgirən qarının əvəz edilməsi və digər transformasiyaları kimi kifayət də­rəcədə izah edilmiş ola bilərlər. Amma budur, biz qulac saqqallı, dırnaqlı kişi də müşahidə edirik. Hədiyyə verənin belə forması Küpəgirən qarıdan gəlmir. Əgər belə forma dinlərdə də rast gəlinirsə, onda qarşımızda Küpəgirən qarı ilə əla­qələndirilmiş forma var, əgər yoxdursa, onda bu qarşımızdakı naməlum mən­şə­yin əvəzlənmə­sidir. Hər elementin bir neçə əsas forması ola bilər, hərçənd ki, belə paralel, əlaqələndirilmiş formaların miqdarı adətən cüzidir.
V

Əgər biz təxminən daha əyani materialda bir sıra çevrilmələri, mü­şa­hi­də­lə­ri­mizin tətbiqi nümunəsini göstərmə­səydik, bizim xülasəmiz natamam olardı. Aşağı­dakı formaları götürək:



ilan çarın qızını oğurlayır,

ilan çarın qızına əzab verir,

ilan çarın qızını tələb edir.

Nağılın morfologiyası baxımından biz burada ilkin ziyankarlıq müşahidə edi­rik. Belə ziyankarlıq adətən başlan­ğıcdır. Yuxarıda izah edilmiş prinsiplərə əsa­sən biz yalnız oğru­luqla oğruluğu və s. deyil, nağılın tərkib hissələrindən biri kimi ilkin ziyankarlığın müxtəlif növlərini müqayisə etməliyik.

Ehtiyatlılıq tələb edir ki, hər üç forma bir-biri ilə əlaqələndirilmiş şəkildə göz­dən keçirilsin. Amma təxmin etmək olar ki, birinci yenə də əsas formadır. Mi­sirdə ruhun ilanlar tərəfindən oğurlanması kimi ölümlər haqqında təsəvvürlər mə­­lumdur. Ancaq xəstəliyin iblisin bədəndə yaşaması kimi başa düşülməsindən son­ra bu təsəvvürlər unudulmuşdur. Nəhayət, ilan tərəfindən şahzadənin xərac kimi tələb olunması arxaik məişət çaları daşıyır. O, qoşunun meydana çıxması, şə­hərə vergi qoyulması və müharibə təhlükəsi ilə müşayiət olunur. Ancaq bunun müs­bət olduğunu iddia etmək olmaz. Hər halda, hər üç forma çox qədimdir və hər biri bir sıra transformasiyalara imkan verir.

Birinci formanı götürək:




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin