Füzuli BAYAT
Filologiya üzrə elmlər doktoru,
AMEA Folklor İnstitutu
fuzulibayat@yahoo.com
MEYDAN TEATRI – ŞƏBİH
Üçüncü Məqalə
Özət
Türk folklorunda xalq oyunları, meydan tamaşaları, köyseyirlik oyunu kimi adlarla bilinən və ritual mahiyyətli əyləndirmək, tərbiyə etmək funksiyası daşıyan bu teatr tamaşalarının nə zaman yarandığı haqqında dəqiq məlumat yoxdur. Ancaq Şəbih tamaşalarının XV-XVI yüzillərdə daha çox yayıldığı məlumdur. Hər halda mifoloji çağda ritualın bir parçası olan
oyunlar seyr edənlərə qutsal-mifoloji bilgiləri canlı şəkildə ötürmək vəzifəsini yerinə yetirmişdir. Türklərin geniş coğrafiyaya yayılmaları və müxtəlif mədəniyyətlərlə təmasları nəticəsində bu oyunlar kölgə, mərasim, festival xarakterli teatral göstərilərə dönüşdü. Meydan tamaşaları əslində səhnə, pərdə, dekordan istifadə edilmədən və yazılı mətni olmayan çox aktyorlu, çalğılı, ənənəvi türk xalq teatrıdır.
Məqalədə Şəbihin dini-mistik tərəfləri və yazılı ədəbiyyatda faciə janrının yaranmasındakı rolu açıqlanmış, bu meydan tamaşasının yaranmasında şifahi və yazılı Kərbəla dastanının rolu tədqiq edilmişdir. Digər tərəfdən Şəbih çıxarılarkən səhnə dekorasiyası, aktyor hazırlığı, tamaşanın kütləviliyi xüsusi olaraq vurğulanmışdır.
Açar sözlər: meydan teatrı, taziyə (yas mərasimi), Şəbih çıxarmaq, dini-mistik tamaşa
Dostları ilə paylaş: |