Azərbaycan tarixi



Yüklə 0,62 Mb.
səhifə134/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   130   131   132   133   134   135   136   137   ...   269
Azərbaycan tarixi mühazirə

Xoy və Təbriz xanlıqları. Kərim xan Zənd Urmiya xan­lığını məğ­lub etdikdən sonra Azərbaycanın cənubundakı xanlıqlar müstəqil oldu. Onlardan Xoy xanlığı nisbətən güclü idi. Şahbaz xan Kərim xan Zənd tərəfindən əsir aparıldıqdan sonra Xoy xanlığında haki­miyyət Dünbuli tayfasından olan Əhməd xanın əlinə keçdi. Onun dövründə Xoy xanlığı xeyli gücləndi, onun təsiri İrəvan, Naxçıvan, Qaradağ, Sərab xanlıqlarına yayıldı. 1786-cı ildə Əhməd xan öldürüldü, bundan sonra xanlıq zəiflədi.
Nadir şahın ölümündən sonra Təbrizdə hakimiyyəti ələ keçirən Əmiraslan xan Təbriz xanlığının əsasını qoydu. Fətəli xan Əfşar Təbrizi tutanda paytaxtı bura köçürt­müşdü. Məhəm­mədhəsən xan Qacar Kərim xan Zəndlə döyüşdə məğlub olduq­dan sonra Fətəli xan Əfşar Təbrizin idarə edilməsini Nəcəfqulu xan Dünbüliyə tapşırmışdı. Təbriz xanlığı Fətəli xan Əfşarın ölümündən sonra yenidən müstəqilliyini bərpa etdi.
Qaradağ xanlığı. Qaradağ xanlığının paytaxtı Əhər şəhəri idi. XVIII əsrin birinci rübündən Qaradağ hakimi Kazım xan müstəqil oldu. Mərkəzi hakimiyyətə tabe olmadığı üçün Nadir şah onun gözlərini çıxartdırdı. Nadir şahın ölmündən sonra Kazım xan Qaradağ xanlığında hakimiyyətini bərpa etdi. Qaradağ xanlığı 1782-ci ildə Xoy və Qarabağ xanlıqlarının birləşmiş qüvvələri tərəfindən tutuldu.
Ərdəbil xanlığının əsasını Şahsevən tayfasından olan Nəzərəli xan qoymuş­dur. Onun həm zəndlərlə, həm də qacarlarla münasibətləri gərgin idi. Qaradağ və Lənkəran xanlıqları ilə dostluq münasibətində olmuşdur. 1784-cü ildə Qubalı Fətəli xan Ərdəbilə yürüş etdi və Ərdəbili ələ keçirdi. Lakin Rusiyanın narazı­lığına görə, qoşununu buradan çıxartdı. Nəsir xanın döv­ründə Ərdəbil xanlığı Qacarlar­dan asılı olmuşdu.


13.2.Azərbaycanın şimal xanlıqları, sultanlıqları və məliklikləri və onların daxili siyasəti
Şəki xanlığı. 1743-cü ildə Haçı Çələbinin başçılığı ilə Şəkidə üsyan baş verdi və müstəqil Şəki xanlığı yarandı. Nadir şahın ölü­mündən sonra Hacı Çələbi yaranmış əlverişli şəraitdən istifadə edərək Şəki xanlığının daxili vəziyyətini möhkəmlətdi. Hacı Çələbi Azərbaycanı bir­ləş­dir­mək üçün Təbriz, Gəncə, Qarabağ, Şirvan xanlıqları ilə müba­rizə aparmış və xanlığın ərazisini geniş­ləndirməyə çalışmışdı. O, əvvəlcə Təbrizə hücum etmiş, lakin müvəf­fəqiy­yət qazana bilməmişdi. Şamaxı xanı ilə birləşərək Qarabağa hücum etmiş, Bayat qalasını bir ay mühasirədə saxlasa da, onu ala bilməmişdi. Kür çayını keçərkən demiş­dir: “Pənah­əli xan bu vaxtacan bir sikkəzis gümüş idi, biz gəldik, ona sikkə vurduq və qayıtdıq”.O, Qazıqumux hakimi Məhəmmədhəsən xanın qızını böyük oğlu Ağakişiyə aldı və onu öz tərəfinə çəkdi. Hacı Çələ­binin qüvvətlənməsi digər xanları, Kartli və Kaxetiya hakimlərini narahat edirdi. Şəkiyə qarşı olan qüvvələr-Gən­cə,Qarabağ, İrəvan, Nax­çıvan, Qaradağ xanları və Gürcü hakimləri II İrakli və Teymuraz ittifaqa girdilər. Onlar hərəkət planı qurmaq üçün 1752-ci ildə Gəncə yaxın­lığında Qızılqaya adlanan yerdə görüşdülər.Bu hadi­sə tarixdə “Qızılqaya xəyanəti” adlandırılmışdır. Lakin gürcü hakimləri xanlara hü­cum edə­rək onları əsir aldılar və onlarla birlikdə Gürcüstan istiqamətində hərəkətə başladılar. Hacı Çələ­binin qoşunları bu zaman Kür çayının sağ sahilində qərarlaşmışdı. Hacı Çələbinin yaxın adamları satqın xanların layiqli cəzalarına çatdıqlarını bildirdilər. Hacı Çələbi müşavirə çağırdı və müşavirədə iştirakçılara dedi: “Nə məsləhət görürsüzsə görün, Kürü keçmək içərisində olsun”. Hacı Çələbi hücum edərək gürcüləri məğlub etdi, xanlar azad olduqdan sonra Hacı Çələbiyə sədaqət andı içdilər və sonra öz xanlıqlarına yollandılar. Tezliklə Hacı Çələbi gürcülərin idarəçiliyində olan Qazax və Borçalını azad etdi, oranın idarə edilməsini oğlu Ağakişiyə tapşıırdı. 1755-ci ildə Hacı Çələbinin son yürüşü Şamaxı xanlığına qarşı oldu. Lakin o bu yürüşdə müvəffəqiyyət qazanmadı.
1755-ci ildə Hacı Çələbi öldü və onun oğlu Ağakişi hakimiyyətə gəldi. Lakin qayı­natası Qazıqumuxlu Məhəm­məd­həsən xan onu zəhər­ləyərək öldürdü və hakimiyyəti ələ keçiridi. 40 gündən sonra Fətəli xanın köməyi ilə Məhəm­məd­həsən xan Şəkidən qovuldu və Hacı Çələ­binin nəvəsi Hüseyn xan hakimiy­yətə gətirildi. Hüseyn xan azyaşlı oldu­ğundan Fətəli xan özünü onun qəyyumu elan etdi. Hüseyn xan Müştaq 1779-cu ildə vəfat etdi və yenə Məhəmmədhəsən xan hakimiy­yəti ələ keçirdi. Məhəmmədhəsən xan və Fətəli xan arasında münasi­bətlər çox gərgin idi. 1785-ci ildə Şəki və Quba xanlıqları arasında döyüş oldu. Döyüşdə məğlub olan Məhəmmədhəsən xan Fətəli xandan asılı düşdü. Məhəmmədhəsən xan və Fətəli xan bir birinin bacısıyla evlən­məklə gər­ginliyi aradan qaldırmaq istədilər, lakin bu qohumluq ittiffaqı möh­kəm olmadı. 1788-ci ildə Şəki xanlığı Qubanın asılılığın­dan azad olmağa cəhd etdi və Şamaxıda baş verən döyüş Məhəmməd­həsən xanın məğ­lubiyyəti ilə başa çatdı. Yalnız Fətəli xanın ölümündən sonra (1789) Şəki müstəqilliyini bərpa edə bildi.1795-ci ildə Şəkidə Səlim xan haki­miyyətə gəldi. 1795- 1806-ci illərdə Şəki xanlığını Səlim xan idarə etmişdir.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin