Azərbaycan tarixi


XIX əsrin ikinci yarısında Cənubi Azərbaycan mədəniyyəti



Yüklə 0,62 Mb.
səhifə179/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   175   176   177   178   179   180   181   182   ...   269
Azərbaycan tarixi mühazirə

XIX əsrin ikinci yarısında Cənubi Azərbaycan mədəniyyəti. Bütun İranda olduğu kimi, Cənubi Azərbaycanda da əsas təhsil müəssisələri məktəb və mədrəsələri idi. Lakin bunlar təhsilin müasir tələblərinə cavab vermirdilər. Bununla yanaşı, təhsil sisitemində bəzi irəliləyişlər baş verirdi.Təbrizdə 1869 - cu ildə “Mədrəseyi-Nasiri”adlı məktəb, 1877-ci ildə Dövlət Mədrəseyi açıldı. Bu yeni tipli məktəblərdə tibb, həndəsə, hərbi dərslər də tədris edilirdi. 1878-ci ildə Urmiyada Ali Tibb məktəbi açıldı.
Cənubi Azərbaycanda maarifin inkişafında Mirzə Həsən Rüşdiy­yənin xüsusi xidmətləri olmuşdur.O,dövrün mütərəqqi təlim-tərbiyə üsullarını öyrənmək üçün Cənubi Qafqaza gəlmişdir.1883-cü ildə İrəvanda yaşayan qardaşı Mirzə Əlinin köməyilə yеrli azərbaycanlılar üçün müasir tipli dünyəvi məktəb – özünün ilk üsuli-cədid məktəbini açmışdı.1888-ci ildə artıq təcrübəli müəllim olaraq yеnidən doğma Təbrizə qayıdır və burada еlə həmin il "Dəbirеstani-Rüşdiyyə" və "Mədrəsеyi-Rüşdiyyə" adlı İranın ilk müa­sir təhsil müəs­sisələrini təsis еdir. Lakin Rüşdiyyənin təlim mеtodlarının İslami prinsiplərə uyğun gəlmədiyini iddia еdən din хadimləri məktəbi bağlamaq əmrini vеrirlər. 1893-cü ildə məktəbi şəhərin Şеşgilan məhəlləsinə köçürür və adını o dövrdə Nəsirəddin şah Qacarın oğlu, Azər­baycan vilayətinin hakimi (valisi) olan Müzəffərəddinin şərəfinə "Rüşdiyyəyi-Müzəffəriyyə" qo­yur. Rüşdiyyə məktəbləri XIX əsrin sonu- XX əsrin əvvəl­lərində İranda yеni tədris üsulunun yayılmasında mühüm rol oynamışdır. Bu məktəblərin Azərbaycan üçün ən əhəmiyyətli məqamı isə Səfəvilər dövründən sonra Cənubi Azərbaycanda ana dilimizdə açılan ilk milli məktəb idi. Bəlkə еlə buna görə bu təhsil ocaqlarına "Rüşdiyyеyi-Milli" məktəbi də dеyilirdi.
Mirzə Həsən Rüşdiyyə Cənubi Azərbaycanda ilk dəfə olaraq əlifbanı Azər­baycan dili əsasında tədris etməyə başlamış və ”Vətən dili”, ”Ana dili”, dərslik­lərini yazmışdır. “İran maarifinin atası” kimi tanınan M. H. Rüşdiyyə 1943-cü ildə, 93 yaşında Qumda vəfat etmişdir.
Cənubi Azərbaycanda mətbuatın əsası XIX əsrin ikinci yarısında qoyulmuş­dur. Burada ilk qəzet “Azərbaycan” 1858-ci ildə fars dilində nəşr olunmuş­dur.1880-ci ildə “Təbriz”,1884-ci ildə “Mədəniyyət “ adlı xüsusi qəzetlər çap olunmuşdur. İranda söz və mətbuat azadlığı olmadığı üçün bir sıra şəxslər xaricdə qəzet nəşr edirdilər. Bunlardan “Əxtər” və “Şahsevən” İstanbulda nəşr edilirdi. XIX əsrin ikinci yarısında Cənubi Azərbaycanda maarifçi ədəbiyyat yaranırdı. Hacı Mehdi Şükuri, Məhəm­mədbağır Xalxali, Mirzə Əli xan Ləli real həyatı əks etdirən əsərlər yazırdılar.Məhəmmədbağır Xalxali cəmiyyətdə olan haqsızlığı və ədalətsizliyi kəskin tənqid edirdi.Hacı Mehdi Şükuri mövcud quruluşun eyblərini şah, bəy və din xadimlərinin fırıldaqlarını açıb gostərirdi. Mirzə Əli xan Ləli mövhümatı və cəhaləti ifşa edirdi.
Cənubi Azərbaycanın ən gorkəmli simalarından biri Mirzə Əbdürrəhim Talıbov 1837-ci ildə Cənubi Azərbaycanda Təbriz şəhə­rinin, Sərxab məhəllə­sində dülgər ailəsində anadan olmuşdur. Molla­xanada, sonra mədrəsədə təhsil almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Tiflisdə təhsilini davam etdirmiş, rus, ingilis və fransız dillərinə bələd olmuşdur. Mirzə Əbdürrəhim Talıbov maarifçi, alim və yazıçı kimi şöhrət qazan­mışdir. O,”Kitab yüklü eşşək”, ”Talıbinin gəmisi, yaxud Əhmədin kitabı” və başqa əsərlərində İrandakı geriliyi, cəhaləti, şah istibdadını cəsarətlə tənqid edirdi.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin