Azərbaycan tarixi


Azərbaycanın intibah mədəniyyəti (IX-XII əsrlər)



Yüklə 0,62 Mb.
səhifə80/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   76   77   78   79   80   81   82   83   ...   269
Azərbaycan tarixi mühazirə

Azərbaycanın intibah mədəniyyəti (IX-XII əsrlər). Xilafətin süqutu nəticəsində IX əsrin ortalarından başlayaraq Azərbaycanda müstəqil dövlətlər meydana gəldi, siyasi dirçəliş başladı, qədim dövlətçilik ənənəsi bərpa edildi. Bütün bunlar elmin, maddi və mənəvi mədəniyyətin inkişafına əlverişli şərait yaratdı və Azərbaycan mədəniy­yətində yüksəliş başladı. Xilafətdə yaranmış ümumi müsəlman mədə­niy­yətinə Azərbaycan xalqının nümayəndələri də mühüm töfhələr verirdilər. IX-XII əsrlərdə Azərbaycan dünya sivilizasiyasının mühüm mərkəzlərindən birinə çevrilmişdi.
Məktəb və mədrəsələr. Elm. Azərbaycanda müstəqil dövlətlərin yaranması iqtisadi inkişafla yanaşı, mədəniyyətdə də yüksəlişə şərait yaratdı. Dövrün əsas təhsil müəssisələri mədrəsələr idi. Onlar şəhər­lərdə, ayrı-ayrı məhəllələrdə fəaliyyət göstərirdilər. Təd­ris ərəb dilində aparılır, əsasən, Quran öyrədilir, həm də bir sıra dünyəvi elmlər haqqında məlumat verilirdi. Mədrəsələri bitirən imkanlı gənclər şərqin iri mədəniyyət mərkəzlərində öz təhsillərini davam etdirirdilər.
Azərbaycan Şərq intibahı adlanan mədəni oyanışın mərkəzlərin­dən biri idi. Azər­baycan alimləri ümummüsəlman elminin inkişafında böyük rol oynayırdılar. Onların arasında görkəmli filosoflar, filoloqlar, astronomlar, hüquqşünaslar, təbiblər və s. var idi. Məkki ibn Əhməd əl-Bərdəi, Səid əl-Əzdi, Əbdüləziz Bərdəi islam hüququnun mahir biliciləri idilər. İbn Sinanın şagirdi olmuş Bəhmənyar ibn Mərzban Azərbay­cani şərq və yunan fəlsəfəsinin dərin bilicisi idi və bir sıra fəlsəfi əsərlərin müəllifidir. Onun əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə edilmişdir. Digər Azərbaycan filosofu Eynəl­qüzzat Miyanəçi həm bir sıra fəlsəfi əsərlərin, həm də bir çox şirin rübailərin, incə lirik şerlərin müəllifidir. O, 32 yaşında ruhanilər tərəfindən qətlə yetirilmişdir.
Dövrün görkəmli şəxsiyyətlərindən biri olan Xətib Təbrizi ( 1030-1109 ) ilk təhsi­lini Təbrizdə almış, sonra Şərq ölkələrinə səyyahətə çıxmış, Bağdadın “Niza­miy­yə “ mədrəsəsində 40 il fəaliyyət göstər­mişdir. O, bir sıra elm sahəsi ilə məşğul olmuş, daha çox filoloq kimi tanınmışdı. Uzun müddət yad ölkələrdə yaşasa da, öz ana dili – Azər­baycan türk dilini unutmamışdı. XII əsrin görkəmli alim-astronomu Fazil Fəridəddin Şirvani həyatının 30 ilini astronomiyaya həsr etmişdi.
Ədəbiyyat. IX-XII əsrlərdə Azərbaycan ədəbiyyatında iki cərəyan: şifahi xalq yaradıcılığı və peşəkar ədiblərin yazdığı klassik ədəbi nümunələr mövcud idi. Şifahi xalq yaradıcılığının ən gözəl nümunəsi “Kitabi-Dədə Qorqud“ dastanıdır. Xalq içərisində yaranmış bu dastan el sənətkarları - ozanların dilində el-el, oba-oba gəzir və cila­lanırdı. Onun ilkin orta əsrlərdə konkret bir şəxs tərəfindən yazıya alın­ması Azərbaycan türk dilinin qədim yazılı ədəbiyyat ənənəsinə malik olduğuna sübutdur.
Xalq ədəbiyyatından fərqli olaraq, yazılı ədəbi nümunələr ayrı-ayrı feodal saray­larında və şəhərlərdə meydana çıxırdı. Bu dövrdə fars dili ərəb dilini üstələmişdi, fars dilində olan ədəbi nümunələr çoxluq təşkil edirdi. Bu, bir tərəfdən, Azərbaycan feodal hakimlərinin ərəb və fars dilinə üstünlük vermələrindən və sifarişlərindən, feodal saraylarında hökmranlıq edən ədəbi mühitlə bağlı idi. Digər tərəfdən, Azərbaycan şair­lərinin Şərq ölkələrinin ədəbi mühiti ilə sıx əlaqədə olub ənənəyə əməl etdiklərindən irəli gəlirdi.
Tanınmış dilçi və ədəbiyyatşünas Ömər Gəncəvi bir sıra gözəl şerlərin də müəllif­idir. Bütün ömrünü qürbətdə yaşamış şairin şerlərində vətən həsrəti əsas yer tutur.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin