Azərbaycan tarixi


AZƏRBAYCAN SƏFƏVİLƏR DÖVLƏTİ



Yüklə 0,62 Mb.
səhifə106/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   102   103   104   105   106   107   108   109   ...   269
Azərbaycan tarixi mühazirə

AZƏRBAYCAN SƏFƏVİLƏR DÖVLƏTİ

Plan




  1. Azərbaycan Səfəvi dövlətinin yaranması, I Şah İsmayıl.

  2. Azərbaycan Səfəvi dövləti Şah I Təhmasibin döv­ründə.

  3. Təhmasibin ölümündən sonra Səfəvi-Osmanlı mühari­bələrinin ikin­ci mərhələsi (1578-1590).

  4. Azərbaycan Səfəvi dövləti I Şah Abbasın dövründə.

  5. XVI-XVII əsrlərdə Azərbay­canın ictimai – iqtisadi həyatı

  6. XVI-XVII əsrlərdə Azərbaycan mədəniy­yəti, Azərbaycan intibah mə­dəniyyəti yüksəliş mərhələsində

11.1.Azərbaycan Səfəvi dövlətinin yaranması, I Şah İsmayıl.
Azərbaycan Səfəvi dövlətinin yaranmasının sosial-iqtisadi və siyasi şərtləri. XV əsrin ikinci yarısında Azərbaycanda yaranmış sosial-iqtisadi və siyasi şərait mərkəzləşmiş dövlətin yaranmasını tələb edirdi. Pərakəndəlik, müharibələr və feodal özbaşınalığı kənd təsərrüfatı və sənətkarlığın, ticarətin, mədəniyyətin tənəzzülünə səbəb olur, kənd və şəhər əhalisinin vəziyyətini ağırlaşdırdı. Bütün bunlar yadelli işğalçılara qarşı mübarizəni təşkil etməyi çətinləşdirir, mərkəzləşmiş dövlət yaradılmasını zəruri edirdi.
Mərkəzləşmiş dövlət yaradılmasında sənətkarlar, əkinçiliklə məşğul olan kənd əhalisi, tacirlər, orta və xırda feodallar, şəhər əhalisi maraqlı idi. Səfəvilər geniş xalq kütlələrinə arxalanaraq birləşdirmə ideyasını həyata keçirir, əhaliyə ədalətli qaydalar vəd edirdilər. Buna inanan geniş xalq kütlələri xilas yolunu şiəlik hərəkatında görür və səfəvi­lərin hakimiyyət uğrunda mübarizəsinə rəğbətlə yanaşırdılar.
Səfəvilərin Şirvana yürüşü. 1499-cu ilin avqustunda 13 yaşlı İsmayıl Lahicanı tərk edərək doğma Ərdəbilə yollandı. Onu Səfəvi sərkərdələri Hüseyn Lələ bəy Şamlı, Rüstəm bəy Qaramanlı, İlyas bəy Xunuslu, Qara Piri bəy Qacar və başqaları müşayət edirdilər. Yolda onlara çoxlu tərəfdarları qoşuldu. Lakin İsmayılı və tərəfdarlarını Ərdəbilə buraxmadılar. Onlar 1499-1500- cü ilin qışını Astaranın Ərçivan kəndində – Xəzər dənizi sahilində keçirdilər. Qızılbaş başçılarının yığıncağında Kiçik Asiyaya, Ərzincana, Suriyaya getmək qərara alındı, çünki bu yerlərin əhalisi şiələrə böyük rəğbət bəsləyirdilər. İsmayıl Göyçə gölü ətrafına gəldi və buradan Ərzincana getdi. Ərzincanda onun qoşunlarının sayı 7 minə çatdı. Onların əksəriyyəti türk (şamlı, rumlu, əfşar, varsaq, ustaclı, təkəli və s.) tayfa­larından idi. Mənbələrin məlumatına görə Ərzincanda keçirilən yığıncaqda Şirvana hücum etmək qərara alındı. Yürüşlərin əsas məqsədi qarət idi. İsmayıl başa düşürdü ki, Təbrizə yürüş etsə, üç düşmənlə - Ağqoyunlu Sultan Murad və Əlvənd Mirzə ilə və onları müdafiə edən Şirvanşah Fərrux Yasarla qarşılaşa bilər.
1500 – cü ilin payızında İsmayıl Kürü keçib Şirvan ərazisinə daxil oldu. Fərrux Yasar Şamaxını müdafiə edə bilmədi və qoşun toplamaq üçün Qəbələyə getdi. Qızılbaşlar müqavimətsiz Şamaxını ələ keçirdilər. Qızılbaşlarla Fərrux Yasar arasında döyüş 1500 – cü ilin sonunda Şamaxıdan bir qədər aralı Cabanı kəndi ətrafında baş verdi. Şirvan qoşunları məğlub oldu, Fərrux Yasar öldürüldü, Qızılbaşlar Şamaxını ələ keçirdilər. Fərrux Yasarın salamat qalmış oğlu İbrahim (Şeyxşah) Gilana qaçdı. Şirvanşah xəzinəsinin bir hissəsi qızılbaşların əlinə keçdi.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin