Azərbaycan tarixi


AZƏRBAYCAN 1946-1980-Cİ İLLƏRDƏ



Yüklə 0,62 Mb.
səhifə233/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   229   230   231   232   233   234   235   236   ...   269
Azərbaycan tarixi mühazirə

AZƏRBAYCAN 1946-1980-Cİ İLLƏRDƏ.
Plan

  1. 1946-1950-ci illərdə Azərbaycan SSR-da sosial-iqtisadi vəziyyət.

  2. Azərbaycan əhalisinin Qərbi Azər­baycan ( indiki Ermə­nistan) tor­paq­larından kütləvi depor­tasiyası

  3. 1950-ciillərin ortalarında Azər­baycan SSR-da milli oyanış, İ.D.Mus­tafayevin fəaliyyəti.

  4. Azərbaycan 1960-1980-cı illərin birinci yarısında

  5. Azərbaycan SSR 1980-ci illərin ikinci yarısı-1990-cı illərin əvvəl­lərində

  6. Cənubi Azərbaycan 1947-1980-cı illərdə.

  7. İkinci Dünya müharibəsindən sonrakı dövrdə Azərbay­can mədəniy­yəti (1945-1980-ci illər).


21.1. 1946-1950-ci illərdə Azərbaycan SSR-də sosial-iqtisadi vəziyyət.


Azərbaycanda totalitar rejimin daha da möhkəm­lən­diril­məsi.1940-cı illərin ikin­ci yarısı üçün inzibati idarəçiliyin daha da güclənməsi, Stalinin şəxsiyyətinə pərəstişin daha da geniş vüsət alması, Azərbaycan ziyalılarına qarşı repressiyaların daha da artması, repres­siyalarda DTK-nın və DİN-nin rolunun artması xarakterik idi.
Müharibədən sonrakı dövrdə SSRİ-də totalitar rejim daha da möhkəmləndi. Mərkəz­də siyasi hakimiyyət Stalinin, respublika­larda isə birinci katiblərin əlində cəmləşmişdi. Bütün təşkilatlar onlara tabe idi. Beləliklə, sovet cəmiyyətində şəxsiy­yətə pərəstiş formalaşdı. Avtoritar dövlət forması olan totali­tarizm meydana gəldi, demokratiya boğuldu, dövlətin cəmiyyət üzərində nəzarəti yarandı.Belə bir şəraitdə Stalinin şəxsiy­yətinə pərəstiş ən yüksək mərhələyə çatdı. Birinci şəxs bütləş­dirildi, kütlədə onun şəxsiyyətinə pərəstiş formalaşdırıldı. Avtoritar rejim yaradıldı - ali hakimiyyət bir nəfərin əlində cəmləşdi. Sovet siyasi sistemi ideallaşdırıldı. Ən çox tarix elminə təzyiq göstərildi. Belə ki, Azərbaycan xalqının tarixinə aid faktlar saxtalaşdırıldı, Şimali Azərbay­canın Rusiyaya könüllü birləşməsi haqqında «tarixi dəlillər» irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi təhrif olunmuş şəklə salınıb öyrədilirdi. 1949-cu ildə akademik Heydər Hüseynovun «XIX əsrdə Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən» əsərinə Stalin mükafatı verildi. Lakin bu əsərdə Şeyx Şamilin Rusiya müstəm­ləkəçilərinə qarşı mübarizəsi verildiyinə görə sonra mükafat geri alındı və bu repressiyaya tab gətirməyən istedadlı akademik 1949-cu ildə intihar etdi.
«Kitabi-Dədə Qorqud» eposu feodal, xan dastanı kimi qələmə verildi. Ölkənin daxilində Azərbaycan dilinin sıxışdırıl­masına qarşı etirazlar baş verdi. 1940-cı illərdə Sovet rejiminə qarşı həm daxildə, həm də xaricdə mübarizə aparan qüvvələr var idi. Daxildə mübarizə aparan ən fəal təşkilat hələ 1942-ci ildə Bakıda yaradılan “İldırım” gənclər təşkilatı olmuşdur.Təşkilat 8 nəfərdən ibarət idi.Onların əksəriyyəti Azərbaycanın müxtəlif ali məktəblərində oxuyan tələbələr idi. Dövlət Təhlükəsizlik orqanları təşkilatın üstünü açdılar və 9 ay izləmələrdən sonra 1946-cı ildə “ ildırımçılar” həbs edildilər. Ali Məhkəmənin qərarı ilə onlardan üçünə - İsmixan Rəhimova, Gülhüseyn Hüseynoğluna, Hacı Zeynalova güllələnmə cəzası verildi. 1947-ci ildən SSRİ-də güllələnmə hökmü müvəqqəti götürül­düyündən hökm 25 il həbslə əvəzləndi. Digərləri isə 10 il həbs cəzasına məhkum edildilər. Stalin öləndən sonra bir çox məsələlər kimi bu işə də yenidən baxmağa qərar verildi və 1955-ci ilin mayında "İldırım"çılar azad olundular.
Azərbaycan mühacirləri də Sovet rejiminə qarşı xaricdə mübarizə aparırdılar. M.Ə.Rəsulzadə xalqı bu mübarizəyə cəlb etmək, maarif­ləndirmək məqsədilə 1949-cu ildə Ankarada «Azərbaycan kültür dər­nəyi» yaratdı. Ankarada tarixçi Mirzə Balaməmmədzadə Azərbay­canın müstəqillik dövrünə dair tarixi mövzularda əsərlər çap etdirmişdir.
1945-1954-cü illərdə Münhendə «Azadlıq» radiosunun Azərbay­can şöbəsinin redaktoru Fətəlibəyli-Düdənginski idi. O, Sovet rejiminə qarşı çıxdığına görə, 1954-cü ildə sovet cəsusu tərəfindən öldürüldü.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin