Azərbaycan tarixi



Yüklə 0,62 Mb.
səhifə65/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   61   62   63   64   65   66   67   68   ...   269
Azərbaycan tarixi mühazirə

Tiflis əmirliyi.Tiflis qədim Albaniyanın 29 şəhərindən biri olmuş­dur. II əsrin antik müəllifi Ptolemey “Coğrafiya” əsərində qədim alban şəhərlərinin yerləşdiyi əraziləri coğrafi koordinat­larla göstərmişdir və buradan aydın olur ki, 840 15 – 460 50 koordinatda Tilbis şəhəri yerləşmişdir ki, bu da coğrafi cəhətdən bu günkü Tiflis şəhərinin yerləş­diyi ərazidir. Ərəb işğallarına qədərki dövrdəTiflis Albaniyanın Kam­bisena vilayətinin mərkəzi olmuşdur.
Tiflis əmirliyi VIII əsrin sonu – IX əsrin əvvəllərində yaranmışdır və onu idarə edən ilk sülalə Şuaybilər sülaləsi olmuş­dur. Əmirliyin qurucusu İsmayil ibn Şuaybi sayılır. 809-cu ildə Xəlifə Harun ər-Rəşidin ölümündən sonra Xilafətdə qarışıqlıq düşür və fürsətdən istifadə edən İsmayıl ibn Şuayb Tiflis əmirliyinin əsasını qoyur. Harun ər-Rəşidi əvəz edən xəlifə Əmin (809-813) İsmayıl ibn Şuaybı əmir kimi tanıyır. 813-cü ildə xəlifə Əmini Məmun əvəz edir (813-833). Xəlifə Məmun İsmayıl ibn Şuaybı Tiflis əmiri titulundan məhrum etdi, əvəzinə Məhəmməd ibn Attabı (813-829) Tiflisə əmir təyin etdi.
830-cu illərdə İshaq ibn İsmayıl yenidən Şuaybıların hakimiy­yətini bərpa etdi və 853-cü ilədək Tiflis əmirliyini idarə etdi. 853-cü ildən sonra Məzyədilər sülaləsinin nümayəndəsi Məhəmməd ibn Yəzid tərəfindən işğal olundu və Tiflisi Şeyba­nilər nəslinin nümayəndələri idarə etməyə başladılar.
880-ci illərdən Tiflis əmiri Cəfər ibn Əli təyin edilir. Tiflis əmir­liyində cəfərilər sülaləsinin hakimiyyəti başlayır. Bu dövrdən başlayaraq Tiflis əmirliyində hakimiyyət irsi xarakter alır və əmirliyin ləğvinə qədər, yəni 1122-ci ilədək onu cəfərilər sülaləsi idarə etmişdir. Təqribən 400 ilə yaxın mövcud olmuş bu müsəlman əmirliyi Avropa xaçlılarının dəstəyi ilə gürcü çarı IV David tərəfindən 1122-ci ildə işğal edilmiş və tədricən xristian­laşdırılmışdır.
Dərbənd əmirliyi.Dərbənd Azərbaycanın ən qədim şəhər­lərindən biridir. Dərbənd şəhəri və onunla qonşu olan ərazi­lər Azər­baycan Albaniyasında ən qədim yaşayış məskənlərindən biri hesab olunur. Bunu çoxsaylı ilk mənbələr və tədqiqat əsərləri birmənalı şəkildə təsdiq edir.
VII əsrin ortalarında Dərbənd ərəblər tərəfindən işğal olun­du.Xilafətin Şimal ölkələri ilə ticarət mübadiləsində əhəmiy­yətli mövqe tutan «Qapılar qapısı» Bab əl-Əbvab-Dərbənd Albaniyanın ikinci böyük şəhəri idi. Ərəb xəlifələri Dərbəndin strateji və ticarət-ötürücü məntəqə kimi xüsusi əhəmiyyətini nəzərə alaraq, onun azad şəhər statusunu saxladılar. Şəhəri əmir­lər və ya rəislər şurası idarə etməyə başladı. Hələ 736-cı ildə xəlifə Hişamın dövründə Əsəd Zafir başda olmaqla Dərbəndə göndərilmiş 400 dövlət məmuru bu idarəçiliyin əsasını qoydu. Şəhərin idarəçiliyinə rəhbərlik edən rəislər rəisi nizamnamə çərçivəsində onun mühafizəsini təşkil etməli, qanun-qayda və təmizliyi gözləməli idi. Dərbənd qalasında, eləcə də digər sərhəd qalalarında yerləşdirilmiş hərbi hissələr xidmət müqa­bilində, xəzinədən maaş almır, yerli ehtiyatlar hesabına saxlanılırdılar. Xəlifənin sərəncamı ilə sərhədyanı bölgənin «kafir» düşmənlə üz-üzə qalan döyüşçü-qazi əhalisinə vəqf payı kimi bütöv vilayətlərlə yanaşı, Abşeronun neft və duz yataq­larından əldə olunan gəlirlər verilirdi. Xəlifə Harun ər-Rəşidin dövründə şəhərlilərin rifahını yaxşılaşdırmaq üçün Dərbəndə Rubas çayından bir neçə kanal çəkildi, burada bağ və bostanlar salındı, dəyirmanlar tikildi.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin