AZƏrbaycan universiteti mba proqrami “menecment iQTİsadiyyati” FƏNNİ İŞÇİ TƏDRİs proqrami



Yüklə 66,29 Kb.
tarix17.01.2017
ölçüsü66,29 Kb.
#388






AZƏRBAYCAN UNİVERSİTETİ MBA PROQRAMI

MENECMENT İQTİSADİYYATI” FƏNNİ


İŞÇİ TƏDRİS PROQRAMI

(SİLLABUS)


Fənnin Adı

Kodu

Semestr

Nəzəriyyə
(saat/həftə)

Təcrübə/Labaratoriya
(saat/həftə)

Milli Krediti

ECTS

Menecment iqtisadiyyatı




Payız

4

0

4







Prerekvizitlər

Yoxdur




Fənnin dili

Azərbaycan dili

Fənnin növü

Məcburi

Fənnin səviyyəsi

MBA

Fənnin koordinatoru

Elşən BAĞIRZADƏ

Fənni tədris edən (lər)

Elşən BAĞIRZADƏ

Fənnin asissentləri

-

Fənnin məqsədi

Bu fənnin məqsədi menecerlərə qərar qəbulu prosesində iqtisadi biliklərdən istifadə edilməsi və onların təhlili məsələlərini öyrətməkdir.

Fənnin öyrənilməsinin nəticələri

Bu fənni uğurla tamamlayan tələbələr sonda aşağıdakı bacarıqlara yiyələnəcəklər:

  • Mencement iqtisadiyyatının əsas anlayışlarını şərh edə biləcəklər;

  • Firmaların fəaliyyətinin iqtisadi əsaslarını şərh edə biləcəklər;

  • Bütövlükdə tələb və təklifin təbiətini və onun qiymətqoyma, istehsal səviyyəsi kimi firma qərarlarına təsirini izah edə biləcəklər;

  • Tələb və təklif mexanizminin fəaliyyətinə hökumət siyasətlərinin əsas təsir istiqamətlərini göstərə biləcəklər;

  • İstehsalçı və istehlakçı profsitlərinin formalaşma və dəyişmə mexanizmlərini şərh edə biləcəklər;

  • İstehlakçı seçimini formalaşdıran şərtləri və amilləri izah edə biləcəklər;

  • Firmaların istehsal xərcləri və mənfəətinin müəyyənləşdirilməsi qaydalarını öyrənəcək və onların formalaşmasına təsir göstərən amilləri şərh edə biləcəklər;

  • Müxtəlif rəqabət bazarlarının struktur təhlilini apara biləcəklər;

  • İstehsal faktorları bazarlarının ayrı-ayrılıqda iqtisadi təhlilini həyata keçirə biləcəklər.

Fənnin məzmunu

Bu fənn firmaların qərar qəbulu prosesində iqtisadi biliklərdən istifadə edilməsi və onların təhlili məsələlərini əhatə edir. Tələbələr mikroiqtisadi təhlilin və mikroiqtisadiyyatın firmaların fəaliyyətindəki yerini öyrənəcək, iqtisad elminin firma problemlərini həll etmə yolundakı imkan və məhdudiyyətləri haqqında biliklərini dərinləşdirəcəklər. Fənin əsas mövzuları bunlardır: menecment iqtisadiyyatının predmeti və metodu, firmaların fəaliyyət əsasları, tələb və təklifin təhlili, istehsal və xərclərin təhlili, müxtəlif rəqabətli bazarların təhlili, istehsal faktorları bazarlarının təhlili.




HƏFTƏLİK DƏRS PLANI

Həftə

Mövzular

İlkin Hazırlıq

1

“Menecment iqtisadiyyatı”nın predmeti və metodları

-

2

Firma nəzəriyyəsi

-

3-4

Bazar gücləri: tələb və təklif

-

5-6

Tələb və təklifin elastikliyi və onun təhlili

-

7

Tələb, təklif və hökumət siyasətlərinin qarşılıqlı əlaqəsinin təhlili

-

8

İstehsalçı və istehlakçı profsitləri

-

9

İstehlakçı seçimi nəzəriyyəsi

-

10-11

İstehsal xərclərinin təhlili

-

12-13

Bazarın rəqabət təhlili: Xalis rəqabət, İnhisar, Oliqapoliya, İnhisarçı rəqabət

-

14-15

İstehsal faktorları bazarlarının təhlili

-




FƏNNİN RESURSLARI

Mühazirə qeydləri
  1. Nick Wilkinson, “Managerial Economics: A Problem-Solving Approach”, Cambridge University Press, 2005

  2. Gregory Mankiw, “Principles of Microeconomics”, Cengage Learning, 2011


Digər resurslar
  1. Luke M. Froeb, Brian McCann, “Managerial Economics: A Problem-Solving Approach”, Thomson South-Western, 2008

  2. Michael R. Baye, “Managerial Economics and Business Strategy”, McGraw-Hill/Irwin, 2010

  3. İbrahim Özer Ertuna, “Yönetim Ekonomisi”, Okan Üniversitesi Yayınları, 2009

  4. Qreqory Mənkyu, “Ekonomiksin Əsasları”, Bakı, ADİU, 2010





QİYMƏTLƏNDİRMƏ SİSTEMİ

Fəaliyyətlər

Say

Balı

Dərsə davamiyyət

15

10

Labaratoriya

-

-

Təcrübə

-

-

Ərazi tədqiqi

-

-

Fənnə məxsus olan staj

-

-

Kiçik imtahanlar

-

-

Tapşırıq

10

40

Prezentasiya

-

-

Layihələr

-

-

Seminar

-

-

Aralıq İmtahanlar

1

20

Yekun İmtahan

1

30

Cəmi

4

100




FƏNNİ TƏDRİS EDƏNİN ƏLAQƏ VASİTƏLƏRİ

Telefon

(+99450) 374 41 33


Elektron

e.bagirzade@gmail.com

http://elsenbagirzade.wordpress.com

www.facebook.com/ekoelsen/


Yüklə 66,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin