Azərbaycan


BÖLMƏ 4. ELM. MƏDƏNİYYƏT. İNCƏSƏNƏT



Yüklə 1,2 Mb.
səhifə39/59
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108109
növüУчебное пособие
1   ...   35   36   37   38   39   40   41   42   ...   59

BÖLMƏ 4. ELM. MƏDƏNİYYƏT. İNCƏSƏNƏT



TEMA 30. NƏSİRƏDDİN TUSİ

Azərbaycanda məhşur alim, dövlət xadimi kimi tanınan Nəsirəddin Tusi 1201-ci ildə anadan olmuşdur. Tus şəhərində doğulduğu üçün Tusi təxəllüsünü götürmüşdür. O, hələ uşaqlıq çağlarında elmlə maraqlanmış, istedadı, hər şeyi tez qavramaq qabiliyyəti ilə müəllimlərinin heyrətinə səbəb olmuşdur.

Nəsirəddin Tusiyə ilk dəfə atası müəllimlik etmişdir. Sonradan o, məşhur filosof Bəhmənyardan, müəllim Fəridəddin Damaddan dərs almışdır. O, hələ gənclik illerində böyük şöhrət tapmışdır. Daima yaradıcılıqda məşğul olmuşdur. N.Tusi Hülaku xanın sarayında işləyərkəm minlərlə günahsız alimi və bacarıqlı şəxsi ölümdən xilas etmişdir.

Bağdadın işğalı zamanı Nəsirəddin Tusi Marağa rəsədxanasının təsisi üçün lazımi hazırlıq görür. Alimlərin cəlb edilməsi, kitabların toplanması ilə məşğul olur. Rəsədxana üçün Marağa şəhəri seçilir.

Rəsədxananın tikintisinə Nəsirəddin Tusi özü rəhbərlik edir. Şərq ölkələrindən kitablar gətirdir və rəsədxananın nəzdində kitabxana yaradır.

N.Tusi rəsədxana ətrafına məşhur riyaziyyat, astronomiya alimlərini toplayır. Onlardan ibarət mükəmməl bir kollektiv yaradır. Bu kollektivdə azərbaycanlılarla yanaşı, farslar, ərəblər, türklər, gürcülər, çinlilər, tatarlar, monqollar və başqaları da işləyir. N.Tusi öz kollektivinə xüsusi qayğı və nəvaziş göstərir. O, bünövrəsini qoyduğu Marağa rəsədxanasına 15 il rəhbərlik edir. Bu rəsədxana bütün dünya miqyasında fizikariyaziyyat elmlərinin inkişafı tarixində mühüm rol oynayır.

N.Tusinin müxtəlif elm sahələri üzrə əsərləri dünyada geniş yayılmış və şöhrət tapmışdır. Məsələn, “Zic Elxani”, “Evklid şərhi”, “Həsablama məcmusu”, “Əxlaqi-Nasiri” va sair.

N.Tusi 1274-çi ildə vəfat etmiş, Bağdadda dəfn olunmuşdur. Onun qəbir daşının üstündə aşağıdakı sözlər həkk edilmişdir:

“Elmin köməkçisi

Elm ölkəsinin şahi,

Dövr anası belə

Oğul hələ doğmamışdır”.


Lüğət

riyaziyyat – математика

astronomiya – астрономия

fars – фарси, персид

günahsız – невинный

təsis (olunmaq) – учреждать, учреждаться

rəsədxana – обсерватория

dəfn olunmaq – похоронен, погребен

qavramaq – усваивать, воспринимать

heyrət – изумление, удивление

tikinti – стройка

nəvaziş – ласка, внимание

Çin – Китай
Tapşırıq 161. Mətni oxuyun və tərcümə edin.

Tapşırıq 162. Suallara cavab verin

- Nəsirəddin Tusi nə vaxt anadan olmuşdur?

- Kimlər N.Tusi dərs demişdir?

- N.Tusi Marağa rəsədxanasının qurulmasına necə nail olur?

- N.Tusi rəsədxanada kimlərlə işləyir?

- N.Tusi neçənci ildə vəfat edir?

- Böyük alimin qəbrinin üstündə hansı sözlər yazılmışdı?


Tapşırıq 163. Qavramaq, nəvaziş, astronomiya sözlərini fonetik təhlil edin.

Tapşırıq 164. Oxuyun, əvvəl I, sonra II növ ismi birləşmələri dəftərinizə köçürün və onları cümlələrdə işlədin.

Məşhur alim, dövlət xadimi, Tus şəhəri, uşaqlıq çağları, məşhur filosof, gənclik illəri, Şərq ölkələri, riyaziyyat alimi, Marağa rəsədxanası, elm sahələri.




Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin