Azərbaycan



Yüklə 1,2 Mb.
səhifə42/59
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108109
növüУчебное пособие
1   ...   38   39   40   41   42   43   44   45   ...   59
2. Şəki Xan Sarayı

Şəki xanlarının sarayı XVIII əsrdə tikilən xan sarayları içərisində ən qiymətlisi Şəki xanlarının sarayıdır. Şəki Xan sarayı Şəki qalasının daxilində yerləşir. Saray XVIII əsrin ikinci yarısına aid abidədir. Binanın memarı, ehtimal ki, adı ikinci mərtəbədə yazılmış Ustad Abbasquludur. Şəki Xan sarayı ikimərtəbəlidir. Binanın hər iki mərtəbəsi eyni quruluşdadır. Mərkəzdə böyük salon və onun hər iki tərəfindəki dəhlizlərə bitişən yan otaqlar vardır. İstər birinci və istərsə də mərkəzi salonlar xüsusilə diqqəti cəlb edir. Həm mərkəzdəki, həm də kənarındakı otaqların fasada çıxan hissələrində pəncərə əvəzinə Azərbaycanın yaşayış binaları üçün səciyyəvi olan şəbəkələr işlədilmişdir. Nəticədə, binanın əsas fasadını təşkil edən cənub fasadı tamamilə naxışlarla örtülmüş olur. Eyni zamanda fasadın əsas bölgüləri də aydın nəzərə çarpır.

Şəki Xan sarayının ümumi memarlıq quruluşu ilə yanaşı, onun salonlarını bəzəyən dekorativ sənət nümunələrinin də böyük əhəmiyyəti vardır. Suvaq üzərində rəngli naxış, şəbəkə şəkilli ağac oyması, salon və otaqlardakı divar təsvirləri qiymətli sənət əsərləridir.

Bu bina saray deyil, ilmə-ilmə işlənmiş, toxunmuş bir xalıdır, Azərbaycan xalısı.

Usta ön divarda şəbəkəni elə yaradıb, elə yaraşdırıb ki, elə bil bina tikilməyib, ağac kimi bitib, gül kimi açıb. Şəbəkəni hörəndə usta nə mıxdan istifadə edib, nə də yapışqandan. Çeçələ barmaq boyda və ondan da kiçik ağac parçalarını bir-birinə elə pərçimləyib ki, yüz illərin axını onları bir-birindən ayıra bilməyib.

Lüğət

Saray дворец



quruluş построение

dəhliz коридор

suvaq штукатурка

ilmə петля

şəbəkə национальная резная решётка


Tapşırıq 166. Mətni tərcümə edin və danışın .
3. ŞİRVANŞAHLAR SARAYI

Şirvanşahlar türbəsi XV əsrin ortalarında formalaşmış Şirvanşahlar sarayı kompleksi Yaxın Şərqin görkəmli daş memarlıq abidələrindəndir. Bu memarlıq kompleksinə Şirvanşahlar sarayı (XIII–XV əsrlər), Divanxana (XV əsr), Şirvanşahlar türbəsi (1435-1436), Şah məscidi (XV əsr), Seyid Yəhyə Bakuvi məqbərəsi (XV əsr), Şərq (Murad) darvazası (1585), Qala divarları (XIX əsr) daxildir.Şirvanşahlar memarlıq kompleksinin aşağı həyətində yerləşmiş Şirvanşahlar türbəsi ilə saray məscidi birlikdə, yuxarı həyətin memarlıq kompleksindən fərqlənən, kiçik bir tikinti kompleksini yaratmışdır.

Düzbucaqlı prizma formasında olan Şirvanşahlar türbəsinin şərq fasadı portal (baştağ) kompozisiyası ilə qeyd edilmiş və dekorativ ünsürlərlə bəzədilmişdir. Bu binanın ifadəli görkəm almasına kompozisiya aydınlığı və memarlıq formalarının ciddiliyi səbəb olmuşdur. Türbə tikintisində işıq kölgə ləkələrinə, şaquli memarlıq hissələrilə üfüqi formalar arasındakı kontrastlığa və ustaların məharətlə yaratdığı daş üstündəki oyma naxışlara geniş yer verilmişdir.

Binanın daxili hissəsi çatma günbəzlə nəhayətlənib. Cənub və şimal tərəflərdə yerləşmiş xidmət otaqları tağtavanla örtülmüşdür. Şimal tərəfdəki otaqda dama aparan dolama pilləkənlər yerləşdirilmişdir.

Daxili quruluşun əsas hissəsi salona verilmişdir. Salonun divarlarında çatmatağlı, dərin taxçalar yerləşdirilmişdir. Salonun üstü itibucaqlı təpəsi olan günbəzlə örtülmüşdür. Bu günbəz kürəvi formalı yelkənlər üzərində yerləşdirilmişdir. Günbəzin daxili səthi zərif dilim hissələrə parçalanmışdır.

Salonun qərb tərəfindəki iki kiçik otaqda türbə əmlakı saxlanırmış. Salonun ciddi üslublu memarlıq görkəmində nəzərə çarpan cəhət interyerlə qamətli günbəzin düzgün nisbətdə tikilməsidir. Günbəz vaxtilə rəngli kaşı lövhələrilə örtülmüş idi.

Bu türbəni fərqləndirən əlamətdar xüsusiyyətlərdən biri onun yeraltı sərdabə hissəsinin olmasıdır. Meyitlər salonun döşəməsində yerləşdirilmiş sərdabədə dəfn edilmiş və sərdabə daş lövhələrlə örtülmüşdür.

Türbənin baştağı Azərbaycan portallarının ən gözəllərindəndir. Bu baştağın dilimli tavanı yuxarıdan çatma yarımgünbəzlə nəhayətlənmiş, aşağıdan isə stalaktitlərlə bəzədilmişdir. Yarımgünbəz dörd cərgədə yerləşmiş stalaktit kəmərinə söykənmişdir.

Baştağda, çatmatağın üstündə stilləşmiş nəbati naxışlar, sol və sağdakı medalyonda isə güzgü əksliyilə təkrar olunan “memar Əli”* sözləri verilmiş, portalın yuxarı hissəsində isə nəsx xəttilə, iki sırada Quran yazıları qabarıq formada daşlarda oyulmuşdur.

Baştağı salondan ayıran çatmatağlı giriş qapısının üstündəki ikisətirli daş kitabə abidənin tikilmə tarixindən xəbər verir: “Ən böyük sultan, əzəmətli Şirvanşah, Allahın nəbisinin adaşı, dinin köməkçisi Xəlilullah-Allah onun dövlət və hökmranlığını həmişəlik etsin, anası və oğlu üçün – Allah onların hər ikisinə də rəhmət etsin-bu nurlu türbənin tikilməsinə 939 (1435-1436)-cı ildə əmr etdi”.

Lüğət

əmlak имущество



düzbucaqlı прямоугольный

Tapşırıq 167. Mətni tərcümə edin və danışın .

Tapşırıq 168. Mətnə dair suallar tərtib edin


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin