Azərbaycan


ТЕМА 34.AZƏRBAYCAN XANƏNDƏLƏRİ



Yüklə 1,2 Mb.
səhifə45/59
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108109
növüУчебное пособие
1   ...   41   42   43   44   45   46   47   48   ...   59

ТЕМА 34.AZƏRBAYCAN XANƏNDƏLƏRİ

Xanəndəlik Azərbaycan xalq musiqisinin yaranması və inkişafında böyük rol oynamışdır. Xanəndəlik sənətinin inkişafında muğamatın rolu böyük olmuşdur. Muğam sənəti 1300 ilə qədər böyük bir tarixə malikdir. Azərbaycan xanəndələri məkahətli gözəl səsləri və sənətkarlığı ilə Yaxın və Orta Şərqdə məşhur olmuşdur. Onlar mahuddan çuxa, atlasdan arxalıq, dioqanaldan şalvar geyər, qızıl toqqalı kəmər bağlar, başlarına papaq qoyardılar. Keçən əsrdə xanəndəlik sənəti ilə bağlı musiqi-muğam məclisləri düzəldər, orada xanəndələr öz məharətlərini göstərərdi. Xanəndəni tar və kamança müşayət edərdi. Qavalı isə xanəndə özü çalardı. Əsrimizin əvvəllərində artıq xanəndəlik toy məclisləri, evlərdə təşkil olunan yığıncaqlardan çıxaraq konsert salonlarına daxil oldu.

Orta əsr Şərq musiqisində Azərbaycan musiqiçi alimləri və xanəndələr xüsusi yer tutur. Muğam sənəti ərəblərdən başlasa da, öz inkişafını Azərbaycanda tapmışdır. Orta əsr dünya musiqisinin böyük nümayəndələrindən olan Səfiəddin Urməvi muğamları sistemə salmış, Əbdülqədir Marağı isə onu daha da təkmilləşdirmişdir. Orta əsrlərdə oktavini dövrə kimi təsəvvür etdiklərindən 12 muğamın hər birinin daxil olduğu məqamı “doreye mofəssəle” (müfəssəl dövrə) adlandırmışlır ki, sonradan musiqi notlarının adları bu əsərin adı ilə adlanmışdır. Orta əsr musiqisində 12 əsas(lad) muğamı, 6 avaz, 24 şöbə olmuşdur. Beləliklə, 72 muğam, 24 şöbə alınır. Bu muğam dəstqahlarını ifa etmək hər adamın işi deyildi. Bunun üçün bəm və zil səsə malik olmaq, şağraq zəngulə vurmağı bacarmaq lazım idi. Bunu bacaranlar nadir adamlar olub, hamı tərəfindən sevilirdi. Azərbaycanda rast, şur, segah, çahargah, bayatı-şıraz, bayatı-kürd, şahnaz, humayun, mahur-hindi-rəhab kimi muğamlar geniş yayılmışdır. Bundan əlavə, heyratı, arazbarı, simayi-şəms, Qarabağ şikəstəsi, kəsmə şikəstə kimi zərb muğumları da Azərbaycanda geniş yayılmışdır. Azərbaycan muğam sənətinin inkişafında ustad xanəndələrimizdən Hacı Hüsi, Keçəçi oğlu Məhəmməd, Ə.Zülalov, Ağabala Abdullayev, İslam Abdullayev, Cabbar Qaryaqğdı oğlu, Xan Şuşinski, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Bülbül muğam ifaçısı, çalğıçılardan Sadiq Əsəd oğlu, Məşədi Gəmil Əmirov, Qurban Pirimov, Bəhram Mənsurov və onlarla başqalarının xüsusi xidməti olmuşdur.

Lüğət
xanəndə - певец

yayılma – распространение

məlahət – обаяние, красота, очарование

ifaçılıq – исполнительство

məharət – талант, умение, виртуозность

təkmilləşdirmək – усовершенствоваться

bəm – низкий тон, низкий голос

zil – высокий голос, дискант
Tapşırıq 177. Mətni oxuyun və tərcümə edin

Tapşırıq 178. Suallara cavab verin

- .Muğam sənəti kimlərdən başlayıb?

- Muğamları kim sistemə salmışdır?

- Muğam sənəti harada öz inkişafını tapmışdır?

- Musiqi notlarının adları nə ilə bağlıdır?

- Muğam ifa etmək üçün hansı bacarıq lazımdır?

- Muğam ustalarından kimlərin adını çəkə bilərsiniz?

- Azərbaycanda hansı muğamlar geniş yayılmışdır?

Tapşırıq 179. Mahir muğam ustası Alim Gasımov haqqında İnternetdən məlumat toplayıb danışın





Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin