;
;
ion quruluşlu
duzlar
kovalent quruluşlu
duzlar
Adi arildiazonium duzları isə olduqca davamsızdır,onların ancaq bəzilərini çox az nəmli halda sulu məhluldan ayırmaq mümkündür.Sulu məhlulda arildiazonium duzlarının sabitliyinə anion təbiəti çox az təsir göstərir.Lakin diazonium duzlarının quruluşu anionun təbiətindən asılıdır:qeyri nukleofil və ya çox az nukleofil xassəli anionlu duzlar ion quruluşlu,kifayət qədər nukleofil xassəli anionlu duzlar isə kovalent quruluşlu olur:
Çox maraqlıdır ki,diazonium kationunda aril radikalı azot atomlarından hər hansı biri ilə deyil,bir atomdan digər atoma keçərək o,hər iki azot atomu ilə əlaqəli olur.Çox ehtimal ki, bu aralıq mərhələdə fenonium kationuna oxşar tsiklik kationun əmələ gəlməsi ilə izah oluna bilər:
Arildiazonium duzlarının əsas alınma üsulu turş mühitdə birli aromatik aminlərin nitrit turşusu ilə işlənilməsinə əsaslanır.Bu reaksiyaya diazolaşma reaksiyası deyilir.Kinetik tədqiqatlar göstərmişdir ki,diazolaşma reaksiyası üçüncü tərtib reaksiyadır ;reaksiyanın sürəti aminin,nitrit turşusunun qatılığından və mühitin pH-dan asılıdır.Reaksiyanın gedişinin sxemi aşağıdakı kimidir:
+
+
Ar NH2 N=O əmələ gəlməsində protonlaşmış nitrit turşusundan (H2 ONO) başqa sonuncunun HX vəON=O anionu ilə qarşılıqlı təsirindən alınan O=NX və N2 O3 –də iştirak edə bilər:
Arildiazonium duzları qələvi ilə işləndikdə əvvəl protonlu turşu xassəli diazohidratlar,sonra isə diazotatlar əmələ gəlir:
Turşu xassəli olmayan diazonium duzları qələvini neytrallaşdırdığına görə onlara psevdoturşular deyilir.
Diazotatlar turşu ilə işləndikdə yenidən diazonium duzları əmələ gəlir:
Diazotatların turşu ilə qarşılıqlı təsirdə olmasına görə onlara psevdo-əsaslar deyilir.
Metalın təbiətindən asılı olaraq diazotat anionu azot və ya oksigen atomu üzrə reaksiyaya daxil olmaqla ambident xassə göstərir:
Neytrala yaxın mühitdə aralıq mərhələdə nitrozoamin əmələ gəlməklə diazohidratlar bir-birinə keçən sin- və anti- izomerlərin qarışığı kimi mövcud olur:
sin-diazohidrat anti-diazohidrat
Dostları ilə paylaş: |