FİLM ANBARI (film barn) – Film nüsxələrinin xüsusi qəfəsələrdə və müəyyən texnologiyaya uyğun şəkildə mühafizə edilməsi üçün xüsusi yer. Qəfəsələr hər biri 10 m2-lik şöbələrə bölünür. Şöbələrin hər birində 100-dən çox film nüsxəsi yerləşdirilə bilər.
FİLMDƏN KADR (frm/film frame) – Çəkiliş zamanı edilən reklam fotolarından fərqli olaraq birbaşa filmin neqativindən çıxarılan foto.
FİLMİN DEFEKTLƏRİ (film faults) – Saz vəziyyətdə olan aparatda nümayiş etdirilən zaman ekranda alınan təsvirlərin keyfiyyətini aşağı salan qüsurlar. F.d. sırasına isti aşkarlayıcı vasitəsilə qısa müddətdə aşılama nəticəsində alınan azkontrastlı pozitivlər; çox miqdarda bromidli kontrast aşkarlayıcısında aşkarlama nəticəsində alınan yüksəkkontrastlı pozitivlər; saxlanma-mühafizə qaydalarının pozulmasına, kasetin doldurulması, yaxud qaba doldurulma zamanı işıqlanmaya görə alınan həddən artıq hiss olunan pərdələr və s. daxildir.