FASİLƏSİZ QİDA MƏNBƏYİ (unit power system – UPS) – Elektrik şəbəkəsinin dayanıqlı işləməsini artıran və elektrik şəbəkəsi açıldıqda (işıq söndükdə) serverdə olan materialların itməməsini təmin edən sistem. Dövrədə kompüteri qidalandıran gərginlik açılarsa, o zaman F.q.m. (UPS) vasitəsilə kompüter işinə davam edəcək, əməli yaddaşa yüklənmiş proqramlar itməyəcək. F.q.m.-ni seçərkən elə etmək lazımdır ki, onun gücü serverlərin gücündən az olmasın.
FAYL (file) – Kompüterin proqram təminatının əsas elementi. F. dedikdə informasiya daşıyıcısının adlandırılmış hissəsi başa düşülür. F.-larda proqramlar, mətnlər, sənədlər, qrafiklər, cədvəllər və s. informasiya saxlanılır. F.-lar iki cür olur: icra oluna bilən və icra oluna bilməyən F.-lar. Hər bir kitabın adı olduğu kimi, F.-ların da mütləq adı olmalıdır. F.-ın adı iki hissədən ibarət olur: xüsusi adı və tipi. Ad və tip bir-birindən nöqtə ilə ayrılır.