Азярбайъан Енсиклопедийасы


FİLMİN GERİ FIRLADILMASI (back oscillation/stroke/swing)



Yüklə 2,68 Mb.
səhifə199/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   195   196   197   198   199   200   201   202   ...   809
FİLMİN GERİ FIRLADILMASI (back oscillation/stroke/swing) – Filmin axırdan əvvələ hərlədilməsi prosesi; xüsusi sarıyıcıda, yaxud bilavasitə kinoproyektorda aşağıdakı kasetdən yuxarıdakına sarımaqla yerinə yetirilir. Lentin qüsurlarını aşkara çıxarmaq, zədələri təmir etmək və təmizləmək məqsədi ilə hərlədilməni montaj stolunda apararaq, eyni zamanda filmə baxmaq məsləhət görülür.

FİLMİN (LENTİN) QABARMASI (convex tape surface) – Kinoproyeksiya zamanı həddindən artıq qızma nəticəsində kinolentin burulması. F.q. nəticəsində onun emulsiya təbəqəsi ilə obyektiv arasındakı məsafə vaxtaşırı dəyişir. Bu da ekranda təsvirin fokusunun itməsinə, necə deyərlər, təsvirin «boğulmasına» gətirib çıxarır. Kiçik kəskinlik dərinliyinə malik qısafokuslu proyeksiya obyektivli, ensiz lentli kinoproyektorlarla işləyərkən, ekrandakı təsvirin kəskinliyi filmin qabarmasından və kadr pəncərəsi müstəvisində lentin obyektivin optik oxuna perpendikulyar vəziyyətinin pozulmasından asılıdır.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin