KAŞELƏNMİŞ FİLMLƏR (matted films) – Adi, anamorflaşdırılmamış təsvirə malik filmlər, amma kadrın hündürlüyü kaşe-çərçivənin köməyi ilə azaldılır (çox vaxt kadrın hündürlüyü çəkiliş zamanı məhdudlaşdırılır). Təsvirin hündürlük üzrə kaşelənmə dərəcəsindən asılı olaraq təsvirin tərəfləri ekranda 1:1,65; 1:1,75; 1:1,85 nisbətini alır.
KAŞE VASİTƏSİLƏ KİNOÇƏKİLİŞ (matting shot)– Müəyyən effekt almaq, eləcə də kadra müxtəlif siluetlər daxil etmək üçün tətbiq olunan çəkiliş üsulu. Bu vasitə ilə çəkərkən kaşenin kənarlarının kəskin, yaxud qeyri-kəskin təsvirini almaq olar. Birinci halda kaşe obyektivin 8-10, ikinci halda 3-4 fokus məsafəsindən yaxında qurulmalıdır.