SİNXRONLAŞDIRICI (synchronizator) – Kinoda və TV-də səs və təsvirin sinxronluğunu tənzimləyən, sinxronluq yaradan qurğu, cihaz.
SİNXRONLAŞDIRILMIŞ PARTLAYIŞ (sync burst) – Çox vaxt seytrafer, kinoçəkiliş zamanı işıqlandırma partlayışından istifadə etməklə alınan partlayış. Obtyuratorun açılması ilə eyni zamanda hərəkətə gətirilir. Çəkilişin başlanması ilə partlayışın sinxronlaşdırılması çox vaxt adi elektrikqoşma üsulu və vahid ötürücünün köməyi ilə həyata keçirilir.
SİNXRONLAŞDIRMA SİSTEMİ (locking system) – Təsvirin hissələrə bölünməsi və canlandırılmasının sinxronluğunu və sinfazlığını təmin edən vasitələrin məcmusu. S.s. bir sıra ümumi tələblərə cavab verməli, ilk növbədə isə təsvirin bölünməsi üçün verilən üsul və parametrləri təmin etməlidir. Azərbaycan teleməkanında yayım TV-si üçün bu tələb dövlət standartı ilə sətirlərarası bölünmə, saniyədə 25 kadr olmaqla 625 sətir müəyyənləşdirilmişdir.
SİNXRON RADİOYAYIM (sync broadcasting)– Bir neçə radioyayım stansiyasının bir tezlikdə işləməsi və eyni proqramı yayması. S.r., əsasən orta dalğa diapazonunda aparılır. Bu diapazonda ayrı-ayrı mümkün tezlik kanallarının sayı çox deyil və bir tezlik kanalında işləyən radioyayım stansiyalarının sayı onlarcadır. Bu yayım növü tezlik kanallarından daha səmərəli istifadə etməyə imkan verir, səslənmənin tələb olunan keyfiyyəti yüksək tezlik üzrə daha az müdafiə münasibətləri təqdirində təmin edilir.