Азярбайъан Енсиклопедийасы


TEZLİK XARAKTERİSTİKASI (frequency response)



Yüklə 2,68 Mb.
səhifə717/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   713   714   715   716   717   718   719   720   ...   809
TEZLİK XARAKTERİSTİKASI (frequency response) – Xətti dinamik sistemin amplitud, faza, həssaslıq və ya hər hansı başqa parametrinin, onun girişinə daxil olan sinusoidal rəqslərin tezliyindən asılılığını ifadə edən xarakteristika. Amplitud-tezlik, faza-tezlik və s. xarakteristikalara ayrılır; Ölçmə qurğusunun və ya mühitin ötürmə funksiyası. Siqnalın sistemin çıxışındakı intensivliyinin girişindəki intensivliyinə nisbətinin tezlikdən asılılığını xarakterizə edir.

TEZLİK KANALI (channel frequency) – Televiziya siqnallarını ötürmək üçün istifadə edilən fəza sahəsi. T.k. dalğanın uzunluğu ilə müəyyən olunur.

TEZLİK MODULYASİYASI (frequency modulation) – Çox yüksək tezlikli qısa dalğa. Musiqi və stereo verilişlərin yayıldığı, amma əhatə dairəsinin geniş olmadığı dalğa.

TEZLİK-MODULYASİYA YAYIMI (frequency modulation broadcasting FM) – Amplituda yayımından fərqli olaraq səs siqnallarının və stereofonik effektlərin verilməsində maneəyə daha artıq davamlı və yüksək dəqiqliyə malik olan texniki yayım standartı. T-.m.y. musiqi verilişlərinin translyasiyası üçün xüsusilə vacibdir.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   713   714   715   716   717   718   719   720   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin