Азярбайъан Енсиклопедийасы


TV-NİN SƏS SİQNALLARININ VERİLİŞİ KANALI (TV sound signal broadcasting channel)



Yüklə 2,68 Mb.
səhifə747/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   743   744   745   746   747   748   749   750   ...   809
TV-NİN SƏS SİQNALLARININ VERİLİŞİ KANALI (TV sound signal broadcasting channel) – Səs yayımının elektrik siqnallarını mikrofonun çıxışından və ya səsləndirmə kanalından ötürücü antenaya, yaxud naqil yayımının abonent girişinə çatdırmağa imkan verən texniki vasitələrin məcmusu. Bəzən səsli yayımın elektrik kanalı (SYEK) da adlanır.

TV NÖVLƏRİ (TV types) – TV-nin əmlaka, maliyyələşmə formasına, yayım üsulunayayımın əhatə dairəsinə görə təsnifatı. Mülkiyyət forması və maliyyələşmə üsuluna görə TV-nin d ö v l ə t, b ə l ə d i y y ə, k o m m e r s i y a (özəl) və i c t i m a i kimi növləri mövcuddur: 1) Dövlət TV-si – dövlətin mülkiyyətində olan, büdcədən maliyyələşən telequrum; 2) Bələdiyyə TV-si yerli bələdiyyələrin pulu ilə maliyyələşən qurum; 3) İctimai TV – tamaşaçıların abonent ödənişi, ictimai təşkilatların fondu, müəssisələrin və ayrı-ayrı şəxslərin könüllü ianəsi, səhmdarların payı, qismən dövlət büdcəsi hesabına maliyyələşən TV; 4) Kommersiya TV-si – ilk növbədə, təsisçinin vəsaiti və reklam hesabına öz xərclərini ödəyən telekanal; Y a y ı m (translyasiya) üsuluna görə TV-nin efir, kabel, peyk yayımı kimi növləri vardır. Fəaliyyət növünə görə isə TV-ləri yayımistehsal (prodüser, distribütor) kimi təsnif etmək olar.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   743   744   745   746   747   748   749   750   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin