Азярбайъан Енсиклопедийасы


ÜNVAN PLANLARI (address plan/narrow plan)



Yüklə 2,68 Mb.
səhifə756/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   752   753   754   755   756   757   758   759   ...   809
ÜNVAN PLANLARI (address plan/narrow plan) – Montaj prosesində tamaşaçıları hadisənin yeri və hadisə iştirakçılarının nisbi yerləşdirilməsi ilə tanış edən ekspozisiya və köklənmə planı. Ü.p.-nın köməyi ilə hadisənin yerini seyrçilərə göstərəndən sonra məntiqi olaraq ardıcıl montajın bir sıra digər üsulları ortaya çıxır.

ÜSLUB (style/manner/form) – 1) Kino, TV və radionun özünəməxsus səciyyəvi cəhətlərinin məcmusu; müəyyən edilmiş ideyanın qabarıq verilməsi üçün dil və təsvir vasitələrindən istifadə manerası; 2) Müəllifin (aktyor və aparıcının) özünəməxsus yaradıcılıq manerası, ona məxsus olan ifadə tərzi; 3) Ünsiyyət məqsədi ilə əlaqədar dil vasitələrini seçmə, seçilən vahidləri əlaqələndirib birləşdirmə baxımından səciyyələnən dil növü. Dil üslubu. Funksional üslub; 4) Dilin sintaktik qaydaları və sözişlətmə normaları əsasında yazma və ya danışma. Süni üslub. Səhv üslub (üslub səhvi). İ n c ə s ə n ə t d ə bədii ifadəliliyin obrazlı sisteminin, vasitə və üsullarının ideya-estetik və ictimai-tarixi məzmununun vəhdətindən asılı olaraq tarixən təşəkkül tapmış ümumiliyi. Bu vəhdət müəyyən yaradıcılıq metodu əsasında əldə edilir. Ü.-da cəmiyyətin istər sosial-iqtisadi həyat şəraiti və istərsə də bu və ya digər xalqın xüsusiyyətləri və ənənələri öz əksini tapır. Ü. həm də obraz sisteminin, bədii ifadə vasitələrinin və priyomlarının incəsənətin ideya məzmunu ilə şərtlənən tarixən təşəkkül tapmış nisbi, sabit ümumiliyidir.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   752   753   754   755   756   757   758   759   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin