TELETAYP (teletype) – Yazı makinası tipli klaviaturası olan və mənbədən ötürülən mətni avtomatik çap edən teleqraf aparatı.
TELETEKST (teletext) – Yayım videoqrafiyası; məlumatın ekranda sinxron yerləşdirilmə sistemi; əhaliyə kütləvi xidmət göstərilməsi üçün mətnli-qrafik, yüksək sürətli informasiya sistemi. Telemətnin siqnalları TV kanalları ilə əsas proqramla eyni vaxtda verilir, lakin adi televizor üçün "görünməz" qalır.
TELETƏBABƏT (telemedicine) – İSM ilə əlaqə vasitəsilə tibbi arayış informasiyasının (diaqnoz, müalicə üsulları, dərmanlar, ilk yardım haqqında) alınması.
TELEVERNİSAJ (tele varnishing day) – Ekranda, adətən, verilişlərarası fasilələrdə incəsənət əsərlərinin (rəssamlıq, heykəltəraşlıq və s.) nümayişi.
TELEVİZİYA (televising)– Təsvirin elektrik və ya radiorabitə vasitəsilə uzaq məsafəyə verilməsi; hərəkət edən təsvirlərin radioelektron qurğularla uzaq məsafəyə verilişi ilə bağlı olan elm, texnika və mədəniyyət sahəsi. Kino-teatr, estrada və s. xüsusiyyətlərini özündə birləşdirən, həmçinin ədəbiyyat və musiqi ilə sıx bağlı olmaqla TV verilişinin obyektində və formasında özünü göstərən bir sıra spesifik xüsusiyyətlərə malik olan sənət növü. T.-da t ə s v i r i n e l e m e n t l ə r i n i n a r d ı c ı l v e r i l m ə s i p r i n s i p i qəbul edilmişdir. T. informasiyanın (siyasi, mədəni, elmi, tədris və s.) yayılmasında ən kütləvi vasitələrdəndir. T., həmçinin elmi idarəetmədə, texnikada, təbabətdə, istehsalatda, kosmosda və s. geniş tətbiq olunur.