İşin elmi nəticəsi: İndiyə kimi deyilmiş fikirlərə əsaslanmaqla buta motivləri ilə bağlı xalq düşüncəsindəki ideyanın folklorda, etnoqrafiyada, məişətimizdə gerçəkləşməsi məsələlərinə yeni elmi münasibət bildirilmişdir.
İşin elmi yeniliyi: İlk dəfə olaraq butanın müasir həyatla da yaşadığı şərhini tapmış, həmçinin buta naxışlarının düzülüşünə fərqli münasibət əks olunmuşdur.
İşin tətbiqi əhəmiyyəti: Gələcəkdə məqalədə söylənmiş fikirlər, irəli sürülmüş mülahizələr davam etdirilməli, həmçinin buta amilinin folklorumuzda, etnoqrafiyamızda, memarlıq-incəsənət sahələrində də mühüm ideya daşıması istiqamətində elmi-təcrübi işlər aparılmalıdır.
ƏDƏBİYYAT:
1. Məmmədhüseyn Təhmasib. «Seçilmiş əsərləri»; 2 cilddə. Bakı, «Mütərcim», 2010
2. Məhərrəmli S. Basqal kəlağayıları «Müasir mədəniyyətşünaslıq» elmi-metodiki-publisistik jurnal. N3 (5), 2010
3. Mirəli Seyidov. «Azərbaycan mifik təfəkkürünün qaynaqları», Bakı, «Yazıçı», 1983
Dostları ilə paylaş: |