Азярбайъанда фялсяфи фикрин инкишаф мярщяляляри


Qloballaşma və qlobal problemlər



Yüklə 403,48 Kb.
səhifə31/50
tarix11.01.2022
ölçüsü403,48 Kb.
#110935
1   ...   27   28   29   30   31   32   33   34   ...   50
Qloballaşma və qlobal problemlər

Plan.

  1. Müasir dünya inkişafının əsas tendensiyaları

a) İctimai həyatın informasiyalaşması

b)Sosial proseslərin qloballaşması.


  1. Qloballaşma proseslərinin mahiyyəti və meydana çıxmasının ilkin şərtləri

  2. Qloballaşma proseslərinin mahiyyətinə əsas yanaşmalar

  3. Qloballaşma çoxplanlı proses kimi


3. Qloballaşma proseslərinin ziddiyyətliliyi

a) Qloballaşma və dünya inkişafının qlobal problemləri (ekoloji, demoqrafik, iqtisadi, siyasi və s.) və onlardan çıxış yolları

b) Davamlı inkişaf imperativləri

c) Azərbaycanın qloballaşan dünyada yeri



1.

a) İctimai həyata yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi informasiya inqilabıdır. İnformasiya, bilik, ideya, təxəyyül inkişafın əsas resurslarına çevrilir. Bu, müasir dövlətlərin sosial inkişafında elm, təhsil, xüsusən də ali təhsilin strateji əhəmiyyət almasını şərtləndirir.

b) İctimai həyatın informasiyalaşması qloballaşma proseslərinə səbəb oldu. İnformasiya inqilabı, yeni kommunikasiya sistemlərinin, xüsusən də İnternetin meydana gəlməsi nəticəsində insanların, kapital, ideya və sənədlərin planet boyu hərəkətində manelər aradan qaldırılmışdı.

2.

a) Birinci yanaşmada qloballaşma dünyada iqtisadi münasibətlərin yeni keyfiyyətinin nəticəsi kimi şərh olunur (R.darendorf, F..Nuşeler, O.Lafonten və s.). Bu nöqteyi nəzərdən çıxış edənlər qloballaşmanın əsas meyarını elmi-texniki tərəqqi, demokratiyanın möhkəmlənməsi, insanoların mədəni səviyyəsinin artması kimi konstruktiv keyfiyyət dəyişikliklərində ölçürlər. Bu yanaşmada qloballaşma mədəniyyət və ənənələlərin dağılması, geniş vesternləşməyə, qərb kapitalizmi və qərb institututlarının yayılması kimi başa düşülür (M.Şumanın, N.Qleyzyer). bu yanaşmada, qloballaşma mədəniyyətlərarası və geosiyasi münasibətlərin xüsusi keyfiyyəti kimi səciyyələndirilir (S. Xantinqton). Dünya daha kiçik sistemlərin - mədəni-etik sivilizasiyaların münaqişəsi çevrilir. Bu yanaşmada qloballaşma dövlət suverenliyi və milli-mədəni inteqrasiya prinsiplərinə arxalanan mənəvi sistem - siyasi qaydaın dağılması kimi xarakterizə olunur. Siyasi hakimiyyətin ənənəvi alətlərinin durmadan zəifləməsi və hkimiyyət vaakumunun yaranması nəticəsində dünya özbaşına inkişaf etməyə başlayır, onu rasional şəkildə nizama salmaq və istiqamətləndirmək səyləri isə boşa çıxır. (U.Bek).

b) Qloballaşmanın mahiyyəti aşağıdakı tendensiya və hadisələrin müxtəlif birləşmələrindən ibarətdir:

- Dövlətlərarası sərhədlərin aradan qaldırılması prosesinin gerçəkləşməsi (biz bunu "iqtisadi vətəndaşlıq" fenomeni adlandırırıq);

- kapital, informasiya, xidmətlər və insan resurslarının transmilli, transdövlət axınlarının rəsmii, sürəti və intensivliyinin kəskin dərəcədə artması, dünyanın beynəlxalq maliyyə bazarlarının "qabı" ilə örtülməsi;

- qərb istehlak, məişət və mədəni standartlarının planetin bütün digər məsələlərinə kütləvi şəkildə yayılması;

- dünya iqtisadiyyatı və beynəlxalq münasibətlərin dövlətdənkənar, transdövlət və, nəhayət, qeyri-dövlət tənzimləyicilərinin rolunun artması siyasətin "iqtisadiləşməsi" iqtisadi proseslərin qlobal miqyas alması və nəticədə birincini ikinciyə tabe etməklə daxili və xarici siyasət arasında sərhəddin pozulması, iqtisadiyyatın real idarəetmə mexanizmlərinin əsasən beynəlxalq təşkilatların əslində cəmləşməsi;

- demokratik dövlət quruculuğunun bu və ya başqa modelinin ixracı və müxtəlif ölkələrin siyasi toxumalarına yeridilməsi;

- şəxsiyyətin sosiallaşması imkanlarını əhəmiyyətli dərəcədə artıran elektron-kommunikasiya ünsiyyətinin virtual məkanının formalaşması. Komputer texnologiyasının, internetin, multimedia və qlobal rabitə vasitələrinin müxtəlif tiplərinin ekspansiyası insan fəaliyyətinin yeni informasion iqtisadiyyat, komunikavistika , virtual coğrafiya və s. kimi yeni formaların meydana gəlməsinə səbəb olur.

3.

a) nəm qloballaşma prosesi, həm də qlobal problemlər maddi istehsalın inkişaf səviyyəsinin təsiri ilə şərtlənir, lakin bu təsir bir halda cəmiyyətlə təbiət arasındakı ziddiyyətin dərinləşməsinə, digər tərəfdən isə birliyin özünün daxilində xalqlar və dövlətlərin yaxınlaşmasına və birləşməsinə səbəb olur. Bir tərəfdən, bəşər qarşısında dayanan qlobal problemlər dünyanın qloballaşması prosesinə təsir göstərir. Digər tərəfdən isə, həm qlobal problemlər, həm də qloballaşma prosesi özünəməxsus spesifik qanunlar əsasında inkişaf edirlər.

"Qlobal problemlər" dünya müharibəsinin qarşısının alınması və bütün xalqlara təmin edilməsi; inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin arasındakı sosial-iqtisadi inkişaf səviyyəsinin fərqlərinin, aclıq, yoxsulluq və savadsızlığın aradan qaldırılması; inkişaf etməkdə olan ölkələrdə əhalinin sürətlə artımının tənzimlənməsi; ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması% bəşəriyyətin ərzaq, sənaye xammalları, enerji mənbələri kimi zəruri ehtiyyatlara təmin edilməsi; elm və texnikanın inkişafının mənfi nəticələrinin qarşısının alınması kimibütövlükdə bəşəriyyətin mövcudluğu və inkişafının müasir problemləri kimi.

Müasir qlobal problemlər sivilizasiya mənşəlidir, bəşəriyyətin sivil inkişafının nəticəsidir. Qlobal problemlərin edilməsi beynəlxalq əməkdaşlığın zərurətinin təsdiqlənməsini tələb edir.

c) Davamlı inkişaf konsepsiyası (1992-ci il) XXI əsrdə dövlətlərin beynəlxalq münasibətlərdə davranış kodeksidir. İnkişafın optimal nəticələrinə ətraf mühitə minimum zərər yetirməklə nail olma konsepsiyanın əsas vəzifəsidir. Davamlı inkişafın reallaşdırılmasında qlobal idarəetmə aspektinə xüsusi əhəmiyyət verilir.

d) Daxili problemlərin uğurla həlli Azərbaycanın qloballaşma proseslərinə qatılmasının şərtidir. Öz potensialını funksional etmək üçün Azərbaycan innovasiya inkişafına üstünlük verməlidir. Sosial yönümlü iqtisadiyyatın qurulması, mədəniyyətin simvol və kodlarında humanist prioritetlərin təsdiqlənməsi və institutionallaşdırılması Azərbaycanın daxili inkişaf problemlərinin həllində xalqın fəallığının təmin edilməsi şərtidir.



Ədəbiyyat

  1. Jəlilov M. «Qloballaşma prosеsi və müasir jəmiyyətin inkişaf problеmləri». Bakı, Az.DİU, 2004.

  2. Şükürov A. Fəlsəfə və qloballaşma. -B., 2002.

  3. Qlobalizaüiə: Çеlovеçеskoе izmеrеniе. - M., 2000.

  4. Qor Alğbеr. Zеmlə na çaşе vеsov // Novaə postindustrialğnaə volna na Zapadе. Antoloqiə. Pod rеd. A.L.İnozеmüеva. -M., 1999.

  5. Pеççеi A. Çеlovеçеskiе kaçеstva. -M., 1980.

  6. Spravеdlivaə qlobalizaüiə: Sozdaniе vozmojnostеy dlə vsех. –M., 2004.

  7. Stiqliü Dj.Ö. Qlobalizaüiə: trеvojnıе tеndеnüii / Pеr. s anql. i primеç. Q.Q.Piroqova. -M.: Mıslğ. 2003.

  8. Utkin A.İ. Qlobalizaüiə: proüеss i osmıslеniе. -M., 2001.

  9. Хantinqton S. Stolknovеniе üivilizaüiy. -M. 2003.



Yüklə 403,48 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin