Bakı Dövlət Universitetinin Qazax filialı SƏRBƏst iŞ faküLTƏ: Filologiya(Azərbaycan dili,ədəbiyyat) İXTİsas: Tarix müəllimliyi qrup: F1Q-123



Yüklə 0,53 Mb.
səhifə1/13
tarix26.11.2023
ölçüsü0,53 Mb.
#135132
  1   2   3   4   5   6   7   8   9   ...   13
Dilçiliyə giriş


Bakı Dövlət Universitetinin Qazax filialı


SƏRBƏST İŞ

FAKÜLTƏ: Filologiya(Azərbaycan dili,ədəbiyyat)
İXTİSAS: Tarix müəllimliyi
QRUP: F1Q-123
FƏNN: Dilçiliyə giriş
MÜƏLLİM: İradə
TƏLƏBƏ: Əhmədova Gülüs


1. DİL VƏ TƏFƏKKÜRÜN VAHİDLƏRİ
İstər dilin və istərsə də təfəkkürün vahidləri məsələləri son dərəcə mürəkkəb xarakterlidir. Ona görə də əvvəlcə bunların mahiyyətini, vəzifələrini, nədən ibarət olduqlarını qısa da olsa xatırlatmaq yerinə düşər.
Dil vahidi anlayışı XX əsrdə elmin diqqətini daha çox cəlb etmişdir.1 Ümumi şəkildə götürüldükdə dil tam və bütöv formada ictimai hadisədir. Bu, təbiətinə görə ünsürlərdən, hissələrdən ibarətdir ki, bunların da hər biri müəyyən quruluşa, vəzifəyə malikdir. Dilçilikdə bunlar “dil vahidi” termini ilə ifadə edilir. Dil fəaliyyətdə olarkən onun vahidləri cümlə yaradır və mənalı informasiya ifadə etməyə yönəlir. Deməli, dil vahidləri ünsiyyət vasitəsi olan dilin varlığını, onun əsasını təşkil edir. Buna görə də mövcud olan hər hansı bir dil öz vahidləri ilə təsəvvür olunur. Vahidlərdən kənarda dil yoxdur. Dil vahidləri hansılardır? Dilçilikdə dil vahidlərini müəyyənləşdirmək məqsədi ilə bir sıra prinsip və meyarlardan istifadə edilmişdir. Bunların əsasında dil vahidləri sırasına konkret vahidlərlə bərabər, bəzi dil hadisələri də aid edilmişdir. Məsələn, fonem, morfem, söz, frazeoloji birləşmə, sərbəst söz birləşməsi, cümlə, cümlə üzvü, konstruksiya, vurğu, intonasiya və s. Dil vahidlərindən bəhs edilərkən nitq vahidləri məsələsini də xatırlamaq lazım gəlir. Çünki nitq prosesi də ayrıayrı vahidlərə bölünür və ümumi ünsiyyətə xidmət edir. Dilçilikdə dil və bu barədə konkret nəticələr söylənilmiş, dəqiqləşmələr aparılmışdır. Bəzi vahidlərin həm dilə, həm də nitqə məxsus olduğu göstərilmişdir. Məsələn, söz, cümlə və sair vahidlər hər ikisinə aiddir. Lakin vurğu, fasilə, intonasiya vahidləri isə nitqə məxsusdur. Dil vahidləri müəyyənləşdirilərkən dilin sistemində onların rolu nəzərə alınmış və buna əsasən də bölgülər aparılmışdır:
1) Əsas və qeyri-əsas dil vahidləri;
2) Məna daşıyan və məna daşımayan vahidlər. İkinci bölgüyə görə, söz, cümlə və sair məna daşıyan dil vahidləri hesab edilmişdir. Dil vahidlərinin əsas və qeyri-əsas deyə iki yerə bölünməsində həmrəylik olmamış, ciddi mübahisələr yaranmışdır. Dilçilərdən Q.Qlison fonemi əsas dil vahidi kimi təsəvvür etmişdir. Onun fikrincə, fonemsiz heç bir dil vahidi yarana və fəaliyyət göstərə bilməz. A.İ.Smirnitski isə fonemi nəinki əsas, hətta adi dil vahidi hesab etmirdi. Fonemin başqa dil vahidinin yaradılmasında, onların fərqləndirilməsində vasitə olduğunu, heç bir məna ifadə etmədiyini göstərir və bununla fikrini sübuta yetirirdi. A.İ.Smirnitskiyə görə, dilin başlıca vahidi sözdür. Çünki hər bir söz dilin leksik sistemində və qrammatik quruluşunda həlledici rola malikdir. Dilçi İ.İ.Revzin başlıca dil vahidi dedikdə ancaq morfemi nəzərdə tutmuşdur. O, bu fikri irəli sürərkən morfemin kök və budaq morfemlərdən ibarət olduğuna nəzər yetirmişdir. Məlumdur ki, kök morfem söz deməkdir, lakin budaq morfem şəkilçi anlayışını ifadə edir ki, bu da əsas dil vahidi rolunda çıxış edə bilməzdi. Y.S.Stepanov əsas dil vahidləri cərgəsinə fonem, morfem və konstruksiyanı daxil etmişdir. Göründüyü kimi, dil vahidləri məsələsinin aydınlaşdırılması heç də asan yol keçməmişdir. Bu sahədə indi də mübahisələr davam etməkdədir. Dil vahidlərinin ümumi və xüsusi əlamətlərinin təhlili nəticəsində aşağıdakı vahidlər müəyyənləşdirilmişdir: söz, söz birləşməsi və cümlə. Dilin vahidləri, adətən, sadə və mürəkkəb olur. Məsələn, söz sadə dil vahididir. Lakin söz birləşməsi və cümlə sadə dil vahidlərinin kombinasiyasından əmələ gəldiyi üçün mürəkkəb dil vahidləridir. Hər bir dil vahidi düşüncə və dərketmə prosesində yaranıb formalaşır. Burada qrammatik kateqoriyalar xüsusi rol oynayır. Yaranmış hər bir dil vahidinin ifadə forması və konkret vəzifəsi vardır.
Təfəkkürün vahidlərindən bəhs edilərkən filosoflar bu anlayışı “təfəkkür kateqoriyaları”, məntiqçilər isə “təfəkkür formaları” termini ilə adlandırmışlar. Dilçilik elmində isə bu məqsədlə “təfəkkür vahidləri” termininin işləndiyinə az təsadüf olunur.1 Dilçilikdə bu termindən istifadə edilməsi tamamilə məqsədəuyğundur. Təfəkkürün başlıca vahidləri bunlardır: anlayış, mühakimə, əqli nəticə. Bu təfəkkür vahidlərinin hər biri inikasın tamlığına, bütövlüyünə və digər xüsusiyyət və əlamətlərinə görə xarakterizə olunur.
1. Anlayış. İnsan bu və ya digər əşya və ya hadisəni başqasından fərqləndirərkən onların müxtəlif əlamətini, keyfiyyətini nəzərə alır. Hər bir əşya və hadisədə xüsusi – fərdi, yaxud ümumi cəhətlər olur. Bu xüsusi – fərdi cəhət onu fərqləndirir. Məsələn, Azərbaycan ərazisində çox göl vardır. Lakin Göygölü fərqləndirən onun həcmi, coğrafi yerləşməsidir. Bu özünəməxsus əlamətlər başqa göllərə xas deyildir. İnsan düşünən və danışan varlıqdır. Belə keyfiyyət başqa canlılarda yoxdur. Əşya və hadisələrin ümumi və mühüm əlamətlərinin inikasından ibarət olan təfəkkür forması anlayış adlanır. Anlayış əşya və hadisələri mövcud əlamətləri ilə əks etdirən təfəkkür vahididir. Hər bir anlayış mücərrədləşdirmə və ümumiləşdirmə nəticəsində möhkəmləndirilmiş əlaqələr sisteminin ünsürüdür. Məsələn, müəllimlik, həkimlik, mühəndislik anlayışdır. Bunlar öz məzmununa görə sənət-peşə bildirir.
Hər bir anlayış müəyyən məzmun və həcmə malik olur. Məsələni aydınlaşdırmaq üçün dilçilik anlayışları – “fonem” və “leksem” anlayışlarını götürək. Bunların birincisi dilin səs sisteminə, digəri isə lüğət tərkibinə aiddir. Deməli, bu anlayışlar məzmunca dilin müxtəlif komponentlərinə məxsusdur. Anlayışın həcmi dedikdə, əşya və hadisənin əlamətlərinin az və ya çox əhatə olunması və onun məcmusu nəzərdə tutulur. Məsələn, “fonem” və “sait fonem” anlayışlarına nəzər yetirək. Dilçilikdə “fonem” dedikdə, bütün sait və samit fonemlər, onların əlamətləri, xüsusiyyətləri geniş həcmdə təsəvvür olunur. Lakin “sait fonem” dar həcmdə ancaq saitlər haqqında anlayışdır. Anlayış necə formalaşır? İnsan şüurunda hər hansı bir əşya və hadisəyə dair anlayışın formalaşması tədrici proses əsasında meydana çıxır. Bu proses bir neçə pillə üzrə keçir. Hər bir elmi anlayış müəyyən axtarışın nəticəsidir. Məsələn, “baş üzvlər” anlayışının meydana gəlməsinə fikir verək. Bu anlayışın formalaşması üçün onlarla dil vahidi – cümlə tədqiqata cəlb edilmiş, təhlil, sintez, mücərrədləşdirmə və konkretləşdirmə əsasında “baş üzv” anlayışı müəyyənləşdirilmişdir. Həqiqətən, cümlənin baş üzvləri onun ana xəttini, özəyini təşkil edir.
Bu nümunədə birinci cərgədə duran sözləri “məktəbli” sözünün, ikinci cərgədəki sözləri isə “gəldi” sözünün əvvəlində işlətmək olur. Lakin əsas məzmunu “məktəbli gəldi” sözləri ifadə edir. Elə buna görə də həmin cümlədə “məktəbli” və “gəldi” sözləri cümlənin baş üzvləri olub, birincisi onun mübtədası, ikincisi isə xəbəri vəzifəsində çıxış edir. Elmin sahələrinə dair anlayışlar formalaşır. Məsələn, ədəbiyyatşünaslıq anlayışları, fizika anlayışları, kimya anlayışları və s. Hər bir elmin anlayışlarını təsnif etmək əsasında onun anlayışlar sistemi müəyyənləşir. Dilçilik elminin də əsrlər boyu anlayışlar sistemi yaranıb formalaşmışdır. Bu sistemi yaradan anlayışlar arasında müəyyən münasibətlər və möhkəm əlaqələr vardır. Təfəkkür vahidi olan hər bir anlayışın dildə başlıca ifadə forması söz və söz birləşmələridir. 2. Mühakimə. Hər bir mühakimə anlayışla üzvi surətdə bağlıdır. Bunların biri digəri üçün zəruridir və biri olmasa, digərini təsəvvür etmək qeyri-mümkündür. Buna görə də mühakimə qurmaq üçün mütləq anlayış lazım gəlir. Lakin hər bir anlayışı meydana çıxarmaqdan ötrü də mühakimə gərəkdir. Mühakimə bu və ya başqa anlayışın əlaməti aydınlaşdırıldıqda yaranır. Məsələn, “adam” dedikdə anlayışdır, “adam düşünməyə qadirdir” dedikdə mühakimədir. Yaxud, “müharibə” dedikdə anlayışdır, “müharibə minlərlə fəlakətlərə səbəb olur” dedikdə mühakimədir. Deməli, mühakimə maddi varlıqların əlaqə, xüsusiyyət və münasibətlərini əks etdirən təfəkkür vahididir. Təfəkkür vahidlərindən anlayışa nisbətən mühakimə daha mürəkkəb prosesdir. Belə ki, mühakimə bitmiş, tamamlanmış fikirdir. Hər bir elm sahəsinin özünə aid müəyyən mühakimə sistemi olur. Dilçiliyin də öz mühakimə sistemi yaranmışdır. Bu sistem bütövlükdə dilçilik elmini təşkil edir.
3. Əqli nəticə. Təfəkkürün ən mürəkkəb vahidi əqli nəticədir. Əqli nəticə müxtəlif yollarla alınır. Məlumdur ki, insan düşüncə fəaliyyəti prosesində get-gedə varlığı, onun sirlərini dərk etdikcə yeni-yeni biliklər qazanır. Bunların çoxunu almaq üçün illərlə mənimsənilmiş biliklərə əsaslanılır. Bu proses elmi nəticələrlə davam və inkişaf etdirilir. Burada məntiqi formalarla alınan elmi nəticələr əqli nəticə adlanır. Bunların hər biri yekun və nəticədən ibarət olur.


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin