Bakı Dövlət Universitetinin Qazax filialı SƏRBƏst iŞ faküLTƏ: Filologiya(Azərbaycan dili,ədəbiyyat) İXTİsas: Tarix müəllimliyi qrup: F1Q-123


ƏRƏB DİLÇİLİYİ BƏSRƏ VƏ KUFƏ MƏKTƏBLƏRİ



Yüklə 0,53 Mb.
səhifə5/13
tarix26.11.2023
ölçüsü0,53 Mb.
#135132
1   2   3   4   5   6   7   8   9   ...   13
Dilçiliyə giriş

5.ƏRƏB DİLÇİLİYİ BƏSRƏ VƏ KUFƏ MƏKTƏBLƏRİ
Bu məktəb eramızın VII–VIII əsrlərində yaranmışdır. Böyük inkişaf yolu IX–X əsrlərə aiddir. Ərəb dilçiliyi də hind dilçiliyi kimi dini mənbələrin dilini ərəb dialektlərinin təsirindən qorumaq məqsədini əsas tuturdu. Ərəb dilçiliyi məktəbinin əsas nümayəndələri bunlar idi: Sibəveyhi (793-cü ildə ölüb) leksikoqraf, milliyətcə fars; Əbu-Übeyda (770–837) yunan, saqan-hindli; Xətib Təbrizi üslubiyyatçı, Azərbaycanlı.
Ərəb dilçiliyi məktəbinin nümayəndələrinin fonetikaya, leksikoqrafiyaya və qrammatikaya aid çoxlu əsərləri var idi.
Ərəblər səs və hərfi bir-birindən fərqləndirirdilər. Bu da yunan və hind dilçiliyi ilə müqayisədə üstünlük idi. Fonetikada səslərin və səsdəki mənalılığın müəyyənləşdirilməsi fonetika sahəsində irəliləyiş idi. Ərəb alimləri sait və samitləri fərqləndirir və samitlərin tələffüz yuvalarını dəqiqliklə təsvir edirdilər. Samitlərin 16 əmələgəlmə yerini göstərirdilər. Bu da təcrübi (eksperimental) fonetikanın olmadığı dövrdə böyük irəliləyiş idi. Əsas əsərlər bunlar idi: Əli ibn Sina- "Danışıq səslərinin səbəbləri", İhva- "Sosioloji fonetika", Sibəveyhi -"Əl-kitab" (qrammatika).
Daxili fleksiya və şəkilçilərin iştirakı ilə sözdüzəltmə yollarını yaxşı izah edirdilər. Söz köklərini üç samit əsasında izah edirdilər: məktəb – k-t-b, kitab – k-t-b, məktub — k-t-b, katib – k, t, b; natiq – n, t, q, nitq – n, t, q məntiq – n, t, q; hökm – h, k, m, hakim – h, k, m; təhkim – h, k, m, həkim – h, k, m.

Ərəb dilçiliyində ənənəvi qaydaya çevrilmiş bu modellərdən istifadə indi də qalır. Ərəb dilçilik məktəbinin modelləri başqa dillərə də tətbiq edilirdi. Məsələn, Mahmud Kaşğarinin "Divan- i lüğət-it-türk" adllı əsəri türk dillərinin müqayisəsinə həsr olunsa da təhlil üsulu ərəb dili modellərinə əsaslanırdı. Mahmud Kaşğarinin sintaksisə həsr olunmuş "Kitabi-cəvahürül-nəhv fillüğət- it-türk" adlı əsəri də olmuşdur ki, bu əsər indiyə qədər əldə edilməmişdir. Qədim dilçilikdə sintaksisə az yer verildiyindən, əlbəttə, bu əsərin dəyəri ölçüyəgəlməzdir.



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin