Bakı Dövlət Universitetinin Qazax filialı SƏRBƏst iŞ faküLTƏ: Filologiya(Azərbaycan dili,ədəbiyyat) İXTİsas: Tarix müəllimliyi qrup: F1Q-123


DİLÇİLİYİN MƏNTİQ,FƏLSƏFƏ,PSİXOLOGİYA ELMLƏRİ İLƏ ƏLAQƏSİ



Yüklə 0,53 Mb.
səhifə3/13
tarix26.11.2023
ölçüsü0,53 Mb.
#135132
1   2   3   4   5   6   7   8   9   ...   13
Dilçiliyə giriş

3.DİLÇİLİYİN MƏNTİQ,FƏLSƏFƏ,PSİXOLOGİYA ELMLƏRİ İLƏ ƏLAQƏSİ
Elmlərarası əlaqə dedikdə, müxtəlif elmlərin bir-birinin elmi və əməli nəticələrindən istifadə etmələri təsəvvür olunur. Bütün elmlər arasında dialektik şəkildə əlaqə mövcuddur. Dünya elmləri sırasında elə bir elmə təsadüf etmək olmaz ki, o, başqa elmlərlə bu və ya digər formada əlaqəyə girməsin. Dilçilik çoxcəhətli əlaqəyə malik elmlərdəndir. Ümumi və geniş mənada bu elm bütün dünya elmləri ilə bağlıdır.
Dilçiliyin başqa elmlərlə əlaqəsi problemində, əsasən, aşağıdakı məsələlər həll edilir:
1) dilçiliyin başqa elmlərlə konkret əlaqələrini müəyyənləşdirmək və bunun dilçilik üçün əhəmiyyətini göstərmək;
2) dilçiliyin başqa elmlərlə əlaqəsi əsasında yaranan elm sahələrinin xarakteristikasını vermək.
Başqa elmlərlə dilçiliyin əlaqəsini dəqiqliyi ilə təsəvvür etmək üçün dilçiliklə əlaqəli elmləri aşağıdakı kimi qruplaşdırmaq lazım gəlir:
1) dilçiliyin ictimai elmlərlə əlaqəsi;
2) dilçiliyin qeyri-ictimai elmlərlə əlaqəsi.
Hazırda dilçilik ictimai elmlərdən, əsasən, ədəbiyyatşünaslıq, mətnşünaslıq, fəlsəfə, məntiq, psixologiya, pedaqogika, tarix, sosiologiya və estetika ilə daha sıx əlaqədardır.
Fəlsəfə – təbiət və cəmiyyət hadisələrinin ümumi inkişaf qanunauyğunluqlarını öyrənən ən qədim elmdir. Fəlsəfə1 öz-özlüyündə müəyyən dünyagörüşü yaradır, ətraf aləm haqqında insanlarda ümumi baxış əmələ gətirir, kainatda insanın yerini müəyyənləşdirir, materiya və şüurun hansının əvvəl olduğunu bizə aydınlaşdırır. Fəlsəfənin əsas məsələsi kimi məlum olan bu problem bütün elmlərin, o cümlədən dilçiliyin əsasını təşkil edir. Fəlsəfi dialektikanın qanunları bütün elmlərə, o cümlədən dilçiliyin düzgün inkişafına istiqamət verir.
Dilçiliyin müasir elmi-nəzəri zirvəyə çatmasında dilçiliklə fəlsəfi biliklərin vəhdəti çox mühüm rol oynamışdır. Dilçilikdə dilin mahiyyəti, inkişafı, ictimai rolu və s. problemlər fəlsəfəyə əsaslanılmadan düzgün şərh edilə bilməz və s.
Məntiq – düzgün təfəkkür, onun quruluşu və inkişaf qanunauyğunluqları haqqında elmdir. “Məntiq elminin mövzusu təfəkkür prosesidir. Lakin insan təfəkküründə
bəhs edən digər elmlərdən (fəlsəfə, psixologiya, kibernetika, ali əsəb fəaliyyətinin fiziologiyası və i.) fərqli olaraq, məntiq elmi təfəkkürü bizi əhatə edən obyektiv gerçəkliyi və sosial həyatı dərk etməyin mühüm vasitəsi kimi tədqiq edir. Məntiq düzgün təfəkkürün forma və qanunlarını öyrənməklə obyektiv gerçəkliyin beynimizdə 
adekvat (doğru) inikasına kömək edir”
Psixolinqvistika (psycholinguistics) – psixologiya və linqvistikanın (dilçiliyin) vəhdətindən yaranmış elm sahəsi. Linqvistika nitqin təşkilini dil qanunlarına uyğun olaraq öyrənir. Psixolinqvistika isə nitqin yaranması prosesinə, nitqin qavranmasına və doğma dillə xarici dilin necə dərk olunmasına müraciət edir. Psixolinqvistika nitqi ilk öncə psixoloji fenomen kimi öyrənən dilçilik sahəsidir. Psixolinqvistikaya görə dil danışanın və dinləyənin, yazanın və oxuyanın daxili dünyası qədər mövcud bir faktordur. Bu sahə "ölü" dilləri öyrənmir, çünki bu zaman qədim yazılarla yanaşı həmin dilləri yaradan cəmiyyətin psixi dünyası gəlib çatmayıb.

Psixolinqvistikanı qismən linqvistika və qismən də psixologiya kimi qiymətləndirmək düzgün deyil. Bu, dili, nitqi öyrəndiyinə görə linqvistikaya və dili müəyyən aspektdən – psixoloji fenomen kimi öyrəndiyinə görə psixologiyaya aid olan kompleks elmdir.




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin