Baki 2005 Bəhai Dini: Bakı, 2005. – 160 səh


V FƏSİL. BƏHAİLƏR NƏYƏ İNANİRLAR



Yüklə 1,03 Mb.
səhifə3/71
tarix01.01.2022
ölçüsü1,03 Mb.
#105880
1   2   3   4   5   6   7   8   9   ...   71
V FƏSİL. BƏHAİLƏR NƏYƏ İNANİRLAR 125
Allahın mahiyyəti 125

Yaradılış 126

İnsanın yaranması 127

İnsanın təbiəti 128

İnsanın ruhu, həyat və ölüm 129

Xeyir və Şər 131

“Zamanın sonu”, ”Qiyamət” və “Dirilmə” 132

VI FƏSİL. BƏHAİLƏRİN HƏYAT TƏRZİ 135
Davranış 135

İbadət 136

Bəşəriyyətə xidmət 138

Əmrin insanlara çatdırılması 139

Ailə 140

Bəhai məşvərəti 143

Yeni vətənpərvərlik 145

Siyasətə qarışmamaq və dövlətə itaət 146

Bəhai təqvimi 149

“Xarici” dünya ilə qarşılıqlı əlaqə 151

Bəhailərin Beynəlxalq Birliyi və Birləşmiş

Millətlər Təşkilatı 152

Uca Ədalət Evinin dövlət başçılarına və Dünyanın

dini liderlərinə müraciətləri 153


XÜLASƏ. BƏHAİ KİMDİR? 156

GİRİŞ
Həzrət Bəhaullah bəlalar içərisində çabalayan Bəşəriyyəti xilas etmək və ona yol göstərmək üçün gəlmiş İlahi Zühurdur. Bəhai dini - Həzrət Bəhaullah ardıcıllarının dinidir. “Bəhaullah” ərəb dilində “Allahın Nuru” mənasını bildirir. Ona görə də ardıcılları özlərini “bəhai” (“nur daşıyıcıları”) adlandırırlar.

XIX əsrin ikinci yarısında İranda yaranmış Bəhai dini dünya dinləri arasında ən cavanıdır. O, bu gün dünyanın 234 ölkəsində yaşayan 2100-ə qədər millət, xalq və etnik qrupa mənsub 6 milyondan çox insanı birləşdirir. Hazırda Bəhai dini ədəbiyyatı 802 dilə tərcümə edilmişdir.

Dünya bəhailəri vahid dini təşkilatda, Bəhailərin Beynəl­xalq Birliyində birləşmişlər. Bu Birlik planetimizdə sülhü, qlobal ekologiyanı və insan haqlarını qorumaq, xalqların iqtisadi, sosial və mədəni inkişafına nail olmaq yollarında BMT-nin bir sıra orqanları – EKOSOS, YUNİSEF, YUNEP ilə əməkdaşlıq edir. Birliyin BMT-nin Nyu-York və Cenevrədəki qərargah­larında, o cümlədən Nayrobidəki Ətraf mühitə dair Proqramında nümayəndəlikləri fəaliyyət göstərir.

Bəhai dininin inzibati quruluşunda Ali İnzibati və Ruhani orqan “ Allahın Uca Ədalət Evi”dir. Bu Ali orqanın iqamətgahı və mərkəzi təsisatları İsrailin Hayfa şəhərində, Kərmil dağında yerləşmişdir. Uca Ədalət Evinin 9 nəfərdən ibarət tərkibi hər 5 ildən bir keçirilən Bəhailərin Beynəlxalq Qurultayında Milli Məhfillərin (Şuraların) üzvləri tərəfindən seçilir. Uca Ədalət Evi Milli Məhfillər (2003-cü ildə dünyada 183 Milli Məhfil olmuşdur) vasitəsilə Bəhai icmalarına rəhbərlik edir, bütün planet üzrə bəhai prinsiplərinin və qanunlarının həyata keçiril­məsinə dair tövsiyyələr verir.

Bəhailərin Beynəlxalq və Milli təsisatları ilə yanaşı, onların yerli səviyyələrdə fəaliyyət göstərən və ildə bir dəfə (aprel ayında) seçkilər vasitəsilə formalaşdırılan (üzvlərinin sayı 9 nəfərlən ibarət) Yerli Məhfilləri də vardır.

Bəhai dinində ruhani təbəqənin (molla, keşiş və s.) olma­ması, yerli, milli və beynəlxalq səviyyələrdə inzibati qurumların ən mükəmməl demokratik qaydalarla seçilməsi və hər bir bəhainin bu qurumlarda iştirakı üçün imkanların açıq olması, başqa dinlərdən fərqli olaraq Bəhai dinində təriqətçilik və parçalanma imkanlarını heçə endirmişdir. Dinlərin tarixində analoqu olmayan belə monolit beynəlxalq dini ruhani-inzibati sistemin yaradılması Həzrət Bəhaullahın tarixdə ilk dəfə olaraq dini-ruhani təlim ilə forma və məzmunca yeni tipli inzibati idarəetmə və demokratik seçki sistemini birləşdirməsi hesabına mümkün olmuşdur. Bəhai ruhani-inzibati sisteminin möhkəm­liyinə təsir göstərən ən əhəmiyyətli amil isə hər bir möminin bu qurumların nüfuzuna ehtiramla yanaşması, müqəddəs sayması və danışıqsız tabe olmasıdır.

Müsəlman ölkəsi olan İranda yaranmasına baxmayaraq, Xristianlıq İudaizmdən və ya İslam Xristianlıqdan fərqləndiyi kimi, Bəhai dini də İslamdan fərqlənir. Bununla belə, Bəhai dini özündən əvvəlki dinlərin İlahi mahiyyətini təsdiq edir və bu dinlərin Peyğəmbərlərini Vahid Allahın Zühurları kimi tanıyır.

Bəhai dininin vətəni İran olsa da, dünyanın heç bir ölkəsində bəhailər bu ölkədə olduğu kimi ciddi təqiblərə məruz qalmamışlar. Son 100 ildə İranda bəhai əqidəsinə görə 20 min insan şəhid edilmiş, on minlərlə insan həbsxanalara salınmış, başqa ölkələrə mühacirət etməyə məcbur olmuşdur. Dəfələrlə, istər şah, istərsə də indiki rejim dövründə İranın müxtəlif şəhər və əyalətlərində yüzlərlə insanın ölümünə səbəb olmuş talanlar törədilmiş, bəhailərə məxsus evlər, dükanlar yandırılmış, qəbirstanlıqlar və ibadət evləri dağıdılmışdır. Ölkədən çıxmaq imkanı olmayan 350 min insan ən elementar insan haqlarından (ali təhsil almaq, dövlət idarələrində işləmək, təqaüd almaq və s.) məhrum edilmişdir.

Yarandığı ilk dövrlərdə bu din Şimali Azərbaycanda da öz ardıcıllarını tapırdı. Artıq XIX əsrin 60-70-ci illərində Bakı, Gəncə, Naxçıvan, Balaxanı, Səlyan, Bərdə, Şamaxı və digər yaşayış məntəqələrində bəhai icmaları fəaliyyət göstərirdi. Stalin rejimi dövründə, 1937-38-ci illərdə SSRİ-də, o cümlədən Azərbaycanda bəhai dini ardıcıllarına qarşı aparılan təqiblər yüzlərlə fəal üzvün öldürülməsi, minlərlə insanın həbsxanalara salınması və sürgünə göndərilməsi ilə nəticələndi. Bu təqiblər yerli icmaları zəiflətsə də, Azərbaycanda Bəhai dinini məhv edə bilmədi. Fiziki təqiblərlə yanaşı ölkədə bəhailərə qarşı iftira və böhtan kampaniyası da aparılırdı. Yerli və mərkəzi qəzetlərdə bəhai dini ardıcıllarının “beynəlxalq imperializmə qulluq etməsi” və ya “ingilis cəsusları” olması haqda məqalələr çıxır, bu haqda ayrı-ayrı “tədqiqatçıların” monoqrafiyaları nəşr olunur­du. Bəhai icmalarının fəaliyyətinə qoyulmuş qadağalar XX əsrin 90-cı illərinə, sovet dövlətinin süqutuna kimi qüvvədə qalmışdır.

Respublikamız müstəqillik əldə etdikdən sonra insan haqlarının qorunması sahəsində atılmış bir sıra ciddi addımlar, o cüm­lədən Etiqad Azadlığı haqda Qanunun qəbul olunması bəhai icma­larına açıq fəaliyyət üçün şərait yaratdı. 90-cı illərin əvvəl­lərində Bakı, Sumqayıt, Balaxanı, Gəncə, Naxçıvan və digər icmalarda Yerli Məhfillərə seçkilərin keçirilməsi, 1992-ci ildə Azərbaycan bəhailərinin I Qurultayında Milli Ruhani Məhfilin seçilməsi, həmçinin Bəhai dini ədəbiyyatının azərbaycan dilinə tərcümə edilməsi ən əlamətdar hadisələrdən hesab olunur.

Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş bu kitab Bəhai dininə giriş vəzifəsini yerinə yetirir. Yeni Dünya Dininin sistemli şərhinə az da olsa iddia etməyən bu kitabın məqsədi Bəhai dininin tarixi oçerklərini, o cümlədən, onun Azərbaycanla bağlı tarixini, prinsip və müddəalarını oxuculara çatdırmaq olmuşdur. Əlbəttə, kiçik bir kitabçada Bəhai dini ilə bağlı bütün maraq kəsb edən məsələləri geniş əhatə etmək mümkün deyil­dir. Müəllif arzu edir ki, həqiqət axtarıcısı olan oxucu kitabda verilmiş məlumatlarla kifayətlənməyəcək, Bəhai dinini tədqiq etmiş tanınmış müəlliflərin əsərlərinə müraciət edəcək­dir.
I FƏSİL


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin