Banklar haqqında



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə20/60
tarix31.12.2021
ölçüsü0,88 Mb.
#113181
1   ...   16   17   18   19   20   21   22   23   ...   60
Banklar haqqında qanun

orqanının və Mərkəzi Bankın nəzarət funksiyalarını həyata keçirməsinə mane olmayacaqdır; 
14.1.14.təsisçilərin və ya yerli filial açan xarici bankın müvafiq sənədlərlə təsdiq olunmuş 
maliyyə vəziyyəti qənaətbəxşdir; 
14.1.15.bankın və ya xarici bankın yerli filialının lisenziyalaşdırılması üçün təqdim etdiyi 
sənədlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğundur. 
14.2. Yerli bankların yerli və xarici filiallarının, xarici nümayəndəliklərinin və xarici bankların 
yerli nümayəndəliklərinin etibarlı və prudensial idarə olunmasını təmin etmək zərurəti nəzərə 
alınmaqla, onların açılmasına maliyyə bazarlarına nəzarət orqanı tərəfindən icazə bu Qanuna 
uyğun olaraq yalnız aşağıdakı şərtlər gözlənilməklə verilir:  
14.2.1.bankın müvafiq sənədlərlə təsdiq olunmuş maliyyə vəziyyəti qənaətbəxşdir; 
14.2.2.filialın və ya nümayəndəliyin inzibatçıları bu Qanunun 10-cu maddəsinin tələblərinə 
cavab verir; 
14.2.3.filial üçün təklif edilən daxili idarəetmə və nəzarət prosedurları adekvatdır; 
14.2.4.filialın biznes-planı, o cümlədən maliyyə proqnozları adekvatdır; 


14.2.5.yerli bankın xarici filialının, nümayəndəliyinin yerləşdiyi ölkənin bank tənzimləməsi 
və  nəzarəti  orqanı maliyyə  bazarlarına  nəzarət  orqanı  ilə qarşılıqlı  əməkdaşlıq  əsasında 
həmin filiala, nümayəndəliyə lazımi nəzarəti həyata keçirəcəkdir
14.2.6.təsisçi olan xarici bankın yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı 
yerli nümayəndəliyin açılmasına icazə vermişdir və bankın fəaliyyətinə lazımi nəzarəti həyata 
keçirəcəkdir; 
14.2.7.bankın  yerli  filialının  fəaliyyət  göstərəcəyi  yer maliyyə  bazarlarına  nəzarət 
orqanının bank  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  müəyyən  etdiyi  texniki-təchizat 
tələblərinə cavab verir; 
14.2.8.filial  tərəfindən  bank  hesabları  üzrə  aparılan  əməlliyyatlar  təsisçi  bankın 
hesabatlarında maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş vaxt rejimində 
həyata keçirilir; 
14.2.9.filialın və ya nümayəndəliyin açılmasına icazə almaq üçün təqdim edilən sənədlər 
Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğundur. 
14.3.  Bank  lisenziyası  və  ya  icazə  alınması  üçün  ərizə  rədd  edildikdə  müraciət 
edənlər maliyyə  bazarlarına  nəzarət  orqanının qərarını  aldıqdan  sonra Azərbaycan 
Respublikasının  İnzibati-Prosessual  Məcəlləsində nəzərdə  tutulmuş  qaydada  məhkəməyə 
müraciət edə bilərlər.  
M a d d ə   15. Bank lisenziyalarının və icazələrin reyestri 
15.1.
Maliyyə 
bazarlarına 
nəzarət 
orqanı bankların, 
filialların, 
şöbələrin 
və 
nümayəndəliklərin  ictimaiyyət  üçün  açıq  olan  mərkəzi  reyestrini  tərtib  edir.  Reyestrə 
bankların,  filialların,  şöbələrin  və  nümayəndəliklərin  adları,  ünvanları,  inzibatçıları  barədə 
məlumatlar, onlara verilmiş və ləğv edilmiş lisenziyaların və icazələrin qeydiyyat nömrələri və 
tarixi,  f
əaliyyətinə  xitam  verilmiş  banklar,  filiallar,  şöbələr  və  nümayəndəliklər  haqqında 
məlumatlar daxil edilir. 
15.2.Banklar  reyestrə  daxil  edilmiş  məlumatlarda  dəyişikliklər  barəsində maliyyə 
bazarlarına nəzarət orqanına beş təqvim günü müddətində yazılı bildiriş göndərirlər. 
M a d d ə   16. Bank lisenziyasının və ya icazənin ləğvi 
16.1. Bankın və ya xarici bankın yerli filialının bank lisenziyası yalnız maliyyə bazarlarına 
nəzarət orqanı tərəfindən aşağıdakı əsaslardan biri olduqda ləğv edilməsi məsələsinə baxılır
16.1.1.bankın təsisçilərinin (səhmdarlarının) müraciəti (qərarı) əsasında; 


16.1.2.xarici bank yerli filialını bağlamaq haqqında qərar qəbul etdikdə
16.1.3.bank müflis elan edildikdə
16.1.4.lisenziya alınması üçün ərizə verilərkən təqdim edilmiş məlumatların yanlış olduğu 
müəyyən edildikdə; 
16.1.5.bank və ya xarici bankın yerli filialı bank lisenziyasının qüvvəyə mindiyi gündən on 
iki ay müddətində bank lisenziyasına müvafiq olaraq fəaliyyətə başlamadıqda və ya maliyyə 

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin