14.1.7.bankın və ya xarici bankın yerli filialının biznes-planı, o cümlədən maliyyə
proqnozları adekvatdır;
14.1.8.yerli törəmə bank xarici hüquqi şəxsin (xarici bank və ya bank holdinq şirkəti istisna
olmaqla) törəmə strukturu deyildir;
14.1.9.
bank xarici bankın və ya xarici bank holdinq şirkətinin törəmə bankıdırsa, xarici
bank və ya xarici bank holdinq şirkəti törəmə bankın gələcək öhdəliklərinin ödəniləcəyinə
Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda təminat verir;
14.1.10.xarici bank yerli filialının gələcək öhdəliklərinin lazımınca və vaxtında
ödəniləcəyinə təminat verir;
14.1.11.bank xarici bankın və ya xarici bank holdinq şirkətinin törəmə bankıdırsa, təsisçi
xarici bankın və ya xarici bank holdinq şirkətinin yerləşdiyi ölkənin bank tənzimləməsi və
nəzarəti orqanı törəmə bankın təsis edilməsinə icazə vermiş və
maliyyə bazarlarına nəzarət
orqanı ilə həmin orqan arasında məsləhətləşmələrdən sonra müəyyən olunmuşdur ki, xarici
banka və ya xarici bank holdinq şirkətinə və onların törəmə banklarına (xarici və yerli) bu
orqan tərəfindən konsolidasiya əsasında lazımi nəzarət həyata keçiriləcəkdir;
14.1.12.təsisçi xarici bankın ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti
orqanı yerli filialın açılmasına icazə vermiş və bankın fəaliyyətinə lazımi nəzarəti həyata
keçirir;
14.1.13.bank şirkətlər qrupunun üzvüdürsə, bu cür üzvlük
maliyyə bazarlarına nəzarət
Dostları ilə paylaş: