qoşulması
57-
7.1. Müvəqqəti inzibatçı bankın rezolyusiyası ilə bağlı tədbirlər planına uyğun olaraq
ödəmə qabiliyyətini itirmiş bankı məhkəmənin qərarı ilə təsdiq edilməklə investora satır.
57-
7.2. İnvestor maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən tələblərə
cavab verməlidir.
57-
7.3. Bankın rezolyusiyası ilə bağlı tədbirlər planında ödəmə qabiliyyətini itirmiş
bankın investora satılmasının məhkəmə qərarı ilə təsdiq edildiyi gündən başlayaraq:
57-
7.3.1. müvəqqəti inzibatçı ödəmə qabiliyyətini itirmiş bankın səhmdarları adından
səhmlər barəsində sərəncam vermək hüquqlarını əldə edir;
57-
7.3.2. ödəmə qabiliyyətini itirmiş bankın məcmu kapitalı nizamnamə kapitalından az
olduğu halda, müvəqqəti inzibatçı bankın səhmlərinin yeni nominal dəyərinin müəyyən
edilməsi və bankın nizamnamə kapitalının müvafiq həcmdə azaldılması barədə qərar qəbul
edir. Bankın kapitalı itirildiyi halda, bankın nizamnamə kapitalının dəyəri 1 (bir) manata
endirilir;
57-
7.3.3. bankın səhmdarlarına səhmlər barədə istənilən formada sərəncam verilməsi,
xüsusilə onların özgəninkiləşdirilməsi, yüklü edilməsi və ya vəkalətli idarəetməyə verilməsi
qadağan olunur. Səhmlərin bu cür yüklülüyü barədə məlumat maliyyə bazarlarına nəzarət
orqanının müraciəti əsasında qiymətli kağız mülkiyyətçilərinin reyestrində qeydə alınır.
57-
7.4. Ödəmə qabiliyyətini itirmiş bankın satış qiyməti maliyyə bazarlarına nəzarət
orqanı tərəfindən müəyyən olunmuş qaydalara uyğun olaraq keçirilən hərrac yolu ilə müəyyən
olunur. Hərracın nəticələri ödəmə qabiliyyətini itirmiş bankın daha az məsrəflə və itkilərlə
ödəmə qabiliyyətinin bərpasına imkan verməlidir. Müvəqqəti inzibatçı ödəmə qabiliyyətini
itirmiş bankı hərrac yolu ilə seçilmiş investora satır.
57-
7.5. Ödəmə qabiliyyətini itirmiş bankın investora satışı bankın səhmlərinin satın
alınması müqaviləsi əsasında həyata keçirilir.
57-
7.6. Satınalma müqaviləsi ilə aşağıdakılar təmin olunmalıdır:
57-
7.6.1. ödəmə qabiliyyətini itirmiş bankın müəyyən vaxt çərçivəsində banklar üçün
müəyyən edilmiş prudensial tələblərə uyğunlaşdırılması barədə investorun öhdəliyi;
57-
7.6.2. investorun bankın kapitallaşdırılması və (və ya) ödəmə qabiliyyətinin bərpa
edilməsi, o cümlədən bank əməliyyatlarının sabitləşdirilməsi üzrə öhdəliyini icra edə bilmədiyi
halda müqavilənin ləğv edilməsi şərtləri.
57-
7.7. Müvəqqəti inzibatçı və investor arasında bağlanılmış səhmlərin satınalma
müqaviləsi səhmlər üzrə hüquqların investorun adına qiymətli kağız mülkiyyətçilərinin
reyes
trində qeydə alınması üçün əsas sayılır.
57-
7.8. Ödəmə qabiliyyətini itirmiş bankın digər sağlam banka qoşulması bankın bu
Qanunun 57-7-
ci maddəsində nəzərdə tutulmuş qaydada investor olan banka satışı
formasında həyata keçirilir.
Maddə 57-8. Körpü bankın yaradılması və satışının həyata keçirilməsi
57-
8.1. Bankın rezolyusiyası ilə bağlı tədbirlər planına uyğun olaraq, maliyyə bazarlarına
nəzarət orqanı ödəmə qabiliyyətini itirmiş bir və ya bir neçə bankın aktiv və öhdəliklərinin tam
və ya qismən köçürülməsi və onların müvəqqəti idarə edilməsi məqsədi ilə körpü bankın
yaradılması barədə qərar qəbul edir.
57-
8.2. Maliyyə bazarlarına nəzarət orqanı körpü bankın təsisçisi və yeganə səhmdarı
hesab olunur. Körpü bankın fəaliyyəti maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul
edilən qaydalarla tənzimlənir. Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən digər banklar
üçün müəyyən edilmiş normativlər, habelə Mərkəzi Bank tərəfindən pul siyasətinin həyata
keçirilməsi aləti kimi banklara tətbiq olunan məcburi ehtiyatların saxlanılması tələbi körpü
banka şamil edilmir.
57-
8.3. Körpü bankın yaradılması, səhmlərinin buraxılışı və qeydiyyatı, körpü banka
bank lisenziyasının verilməsinin xüsusi sadələşdirilmiş proseduru maliyyə bazarlarına nəzarət
orqanı tərəfindən müəyyən edilir.
57-
8.4. Körpü bankın investora satışı maliyyə bazarlarına nəzarət orqanı tərəfindən
müəyyən edilmiş qaydalara uyğun olaraq keçirilən hərrac yolu ilə həyata keçirilir. Körpü
bankın idarəetmə orqanlarının səlahiyyətlərini müvəqqəti inzibatçı həyata keçirir və investora
satılana kimi körpü bank müvəqqəti inzibatçı tərəfindən idarə olunur.
57-
8.5. Körpü bankın satışı üçün başlanğıc qiymət maliyyə bazarlarına nəzarət
orqanının qəbul etdiyi metodologiyaya uyğun olaraq müəyyən olunur. Körpü bankın satın
alınması üçün ən yüksək qiymət təklif etmiş və körpü bankın müəyyən vaxt çərçivəsində
banklar üçün müəyyən edilmiş prudensial tələblərə uyğunlaşdırılması və ya mövcud sağlam
banklardan birinə qoşulması barədə öhdəlik götürmüş investor hərracın qalibi hesab olunur.
57-
8.6. Öhdəliklərin yerinə yetirilməsi zamanı maliyyə bazarlarına nəzarət orqanı
kreditorların bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş növbəliliyinə uyğun olaraq, bütün
kreditorlarla bərabər və vicdanla davranmalıdır.
57-8.7. Körpü bank köç
ürülmüş aktivlərlə bağlı bütün hüquqları (girov müqavilələri ilə
bağlı hüquqlar da daxil olmaqla) əldə edir və köçürülmüş öhdəliklər üzrə ödəmə qabiliyyətini
itirmiş bankın kreditorlarına münasibətdə borclunun bütün hüquq və vəzifələrini əvvəl
bağlanılmış müqavilələrə əlavə və dəyişikliklər edilmədən qəbul edir.
57-
8.8. Hərracın qalibi elan olunması barədə yazılı bildiriş investora təqdim edildiyi
gündən 7 təqvim günü ərzində maliyyə bazarlarına nəzarət orqanı ilə investor arasında körpü
bankın səhmlərinin satınalınmasına dair müqavilə bağlanılır. Bu müqavilə körpü bankın
səhmləri üzrə hüquqların investorun adına qiymətli kağız mülkiyyətçilərinin reyestrində qeydə
alınması üçün əsas sayılır.
57-
8.9. Satınalma müqaviləsində investorun körpü bankı müqavilədə müəyyən edilən,
lakin 3 aydan çox olmayan müddətdə banklar üçün müəyyən edilmiş prudensial tələblərə
uyğunlaşdırması və ya mövcud sağlam banklardan birinə qoşulması barədə öhdəliyi əks
olunmalıdır. Körpü bankın satışından əldə edilmiş vəsait ödəmə qabiliyyətini itirmiş bankın
kreditorlarının tələblərinin ödənilməsinə yönəldilir.
57-
8.10. Satınalma müqaviləsinin bütün şərtləri investor tərəfindən icra olunduğu halda,
bank körpü bank statusunu itirir. Körpü bank statusunun itirilməsindən 3 ay sonra maliyyə
baz
arlarına nəzarət orqanı banklar üçün müəyyən edilən normativlərin yerinə yetirilməsini
müəyyən etmək üçün bankda yoxlamalar aparır.
57-
8.11. Körpü bank statusunun itirildiyi gündən 3 iş günü ərzində maliyyə bazarlarına
nəzarət orqanı müvəqqəti inzibatçının fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edir.
57-
8.12. Ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin körpü banka
köçürülməsinin tamamlandığı gün maliyyə bazarlarına nəzarət orqanı ödəmə qabiliyyətini
itirmiş bankın bank lisenziyasının ləğvi barədə qərar qəbul edir və bu Qanunun 59.1-ci
maddəsində nəzərdə tutulmuş halda məhkəməyə müraciət edir.
57-
8.13. Təsis olunduğu gündən 6 ay ərzində maliyyə bazarlarına nəzarət orqanı körpü
bankın investora satışını təmin etməlidir. Bu müddət maliyyə bazarlarına nəzarət orqanının
qərarı ilə 3 aydan çox olmayan müddətə uzadıla bilər. Körpü bank statusu itirilənə qədər
maliyyə bazarlarına nəzarət orqanı körpü bankın fəaliyyətinə nəzarəti həyata keçirir.
57-8.14. Körpü bank bu Qanunun 57-8.13-
cü maddəsində nəzərdə tutulan müddətlərdə
satıla bilmədikdə, bu məqsədlə müəyyən edilən müddətin başa çatmasından ən geci sonrakı
gün maliyyə bazarlarına nəzarət orqanı körpü bankın bank lisenziyasının ləğvi və məcburi
ləğvi üçün müvafiq tədbirlər görməlidir.
Maddə 57-9. Sistem əhəmiyyətli bankların ödəmə qabiliyyətinin bərpasında
Dostları ilə paylaş: |