İstehsal mərhələsi- XIX əsrin axırlarından başlayaraq XX əsrin 20-ci illərinə kimi olan dövr marketinq konsepsiyasının yaranması və inkişafının birinci mərhələsi hesab edilir. İqtisadi ədəbiyyatlarda bu mərhələ “istehsal mərhələsi” də adlandırılıb. Həmin mərhələdə sahibkarlar, müəssisələr arasında rəqabət yox idi. Odur ki, istehsalçılar “nə istehsal etsəm, onu sata bilərəm” nəzəriyyəsi əsasında işləməyə üstünlük verirdilər. Həmin dövrdə marketinqin konsepsiyası “istehlak konsepsiyası ” adlandırılırdı. O məhsul istehlakında xərclərin azaldılmasına və əmək məhsuldarlığının yüsəldilməsinə istiqamətləndirildi. Bunlardan bir qədər sonra isə marketinq “əmtəə konsepsiyası” formalaşdı. Həmin konsepsiyaya görə, sahibkarlar belə hesab edirlər ki, əgər onların istehsal etdikləri məhsulların keyfiyyəti yüksək və qiyməti münasibdirsə, onda istehlakçılar həmin məhsullara maraq göstərəcəklər.
Satış mərhələsi.
Bir müddət keçdikdən sonra aydın oldu ki, gəlir (qazanc) əldə etmək üçün təkcə məhsulun olması kifayət etmir. Odur ki, XX əsrin 20-30-cu illərində marketinqin 2-ci mərhələsi, “satış mərhələsi” formalaşmağa başladı. Bu mərhələdə müəssisələr arsında olan rəqabət güclənməyə başladı. Odur ki, sahibkarlar “sata biləcəyim məhsulu istehsal etməliyəm” nəzəriyyəni qəbul etmək məcburiyyətində qaldılar. Bu konsepsiyanın mahiyyəti ondan ibarətdir ki. Istehlakçı təklif olunan məhsulu o vaxt alacaqdır ki, satıcı onun reallaşdırılmasında müəyyən cəhətlər göstərmiş olsun.\