Bazar iqtisadiyyatına keçid



Yüklə 87,48 Kb.
səhifə5/22
tarix10.01.2022
ölçüsü87,48 Kb.
#107555
1   2   3   4   5   6   7   8   9   ...   22
Sadə təkrar istehsal

  • Geniş təkrar istehsal

  • Məhdud (dar) təkrar istehsal- (müharibə və ya digər təbii fəlakətlərlə əlaqədar olaraq əhalinin həyat səviyyəsinin aşağı düşməsi)

    Sadə təkrar istehsal maddi nemətlər istehsalının və xidmətlərin, işçi qüvvəsinin sosial-iqtisadi münasibətlərin dəyişməz səviyyəsi ilə səciyyələnir. Geniş təkrar istehsalda isə bu parametirlərin iqtisadi artması və dəyişməsi nəzərdə tutulur. Sadə təkrar istehsalda izafi dəyər sahibkarlar tərəfindən tam istehlak olunursa, geniş təkrar istehsalda onun bir hissəsi yığıma ayrılaraq, istehsalın miqyasının genişləndirilməsinə sərf olunur.

    Bazar, plan, tənzim.

    . Planlaşdırma idarəetmənin əsası, onun iqtisadi metodudur. Planlı iqtisadiyyat bəşəriyyətin böyük naliyyətidir. İqtisadi təcrübə göstərir ki, bazarın bütövlükdə planlaşdırılması qeyri mümkün olduğu halda, onun subyektlərinin fəaliyyətlərinin planlaşdırması obyektiv zəruriliyi təşkil edir. Söhbət istehsalçı və istehlakçı firmaların, asosiasiaların, səhimdar cəmiyyətlərin təsərrüfat fəaliyyətinin planlaşdırılmasından gedir. Real bazara çıxmaq çox mürəkkəb və uzun prosesdir. Beləki, müasir dövürdə bazarların xarakterinin kəskin dəyişməsi ilə əlaqədar olaraq müəssisələrin bazara çıxışının planlaşdırılmasının əhəmiyyəti xeyli dərəcə artmışdır. Odur ki, bu prosesə daim diqqət artırılmalı, planlaşdırılma daim yeni metodoloji əsaslarla bazar iqtisadiyyatının tələb etdiyi qanunlar əsasında fəaliyyət göstərməlidir. Planlaşdırma planların işlənib hazırlanması prosesi olmaqla, daim dəyişən bazar münasibətləri şəraitində müəssisənin (firmanın, şirkətin) fəaliyyətinin təkmilləşdirilməsinin yeni yollarının və üsullarının müntəzəm axtarılması və istifadə edilməsidir. Planlaşdırma demokratik cəhətlərə üstünlük verməklə demokratik-mərkəziyyət prinsiplərinə əsaslanmalıdır. Bu prinsip mexanizmi fərdlərin və kollektivlərin maddi maraqları əsas götürülməklə, onların öz imkan və təşəbbüskarlığın inkişafına təsir göstərməli, əsasən tənzimetmə yolu ilə tarazlığın təmin edilməsi rolunu oynamalıdır. Plan mexanizminin tədbiqi hər şeydən əvvəl müəssə daxili və ya ayrı-ayrı təssərrüfat vahidlərinin plana uyğun fəaliyyətini, həmçinin makrosəviyyədə dövlətin tənzimlənmə funksiyalarını əhatə edir. Bazar iqtisadiyyatı üçün bazarların öz-özünü tənzimlənmə və müəyyən bazar qanunları əsasında dövlət tənzimlənməsi xarakterikdir. Özünü tənzimləmə mexanizmi ilk növbədə tələb və təklif əsasında fəaliyyət göstərən azad bazar qiymətləri və istehsalçılar və ya istehlakçılar arasında rəqabətin olması ilə formalaşır bunu Adam Simit “görünməz əllər”konsepsiyası ilə izzah edir. Bazar təbii seçmə üzərində qurulur və müntəzəm olaraq zəiflərin və azad rəqabətə davam gətirməyən gücsüzlərin yeniləri daha güclüləri ilə əvəz edilməsi əsasında dövr edir. Bu isə elmi-texniki tərəqqini stimullaşdırmaqla ən yaxşı istehsalçıların seçilməsini təmin edir. Özünü tənzimlənmənin xarakterik cəhətlərindən biri də müəssisələrin yaranmasıdır. Bu isə iqtisadi sərbəstlik prinsiplərinin reallaşmasının mühüm istiqaməti olub, birbaşa iqtisadiyatın inkişafını stimullaşdırır. .

    Bazar iqtisadiyyatı şəraitində tənzimlənmənin aşağıdakı metodlarından istifadə olunur.

    1. Dövlət sifarişləri.

    2. İndiqativ planlaşdirma;

    3. Strateji planlaşdirma;


      1. Strateji Proqramlaşdırma;

      2. Strateji Proqnozlaşdırma;

    Dövlət sifarişləri : Bazar münasibətlərinə keçid dövrü üçün dövlət tənzimlənməsinin mühüm formalarından bir dövlət sifarişidir. Dövlət sifarişlərini Nazirlər Kabinetinin tapşırığı əsasında İqtisadi İnkişaf Nazirliyi müəyyən edir və ona nəzarət edir. Dövlət sifarişi ehtiyyatların çoxunun qıt olduğu şəraitdə ixtiyari müəssisə üçün, ikincisi müasir tələblərə cavab verməyən texniki bazaya, texnologiyaya malik olan, məhsulunu reallaşdırarkən çətinliklərlə qarşılaşan müəssisələr üçün sərfəli olur. Dövlət sifarişi müəssisələr arasında müqavilə yolu ilə razılsşdırılarkən, məhsulun qiymətinə dövlət müdaxilə edir ki, məhsul qıtlığı zamanı qiymət həddi yüksək olmasın.

    İndiqativ planlaşdirma: Bazar münasibətləri şəraitində mərkəzləşmiş-direktiv planlaşdırma olmasa da indikativ planlaşdırma mövcuddur. Indikativ planlaşdırma bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın gələcək inkişafının meyillərini müəyyən etmək vasitəsidir. Indikativ planlaşdırma həm də dölətin tənzimlənmə funksiyasının həyata keçirilməsinə xidmət edir. Burada ən vacib və çətin problemlərdən biri plan və bazar mexanizminin əlaqələndirilməsidir. İndiqativ planlaşdırmanın başlıca vəzifəsi ilk əvvəl dövlət resurslarının istifadəsini nəzərdə tutur. Konkret olaraq indiqativ planlaşdırmanın məqsədlərini belə göstərmək olar:

      1. Dövət investiyası, büdcə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri tədbirləri və konyuktur məlumatların sistemləşdirilməsini yaxşılaşdırmaq.

      2. İqtisadi göstəricilər sistemini hazırlamaq. Bu sistemlər bir tərəfdən dövlətin məqsədini ifadə etməli, digər tərəfdən isə sahibkara tam fəaliyyət azadlığı verməlidir.

    Indikativ planlaşdırma sahibkara iqtisadiyyatın inkişaf təmayülləri, texniki tərəqqinin, texnologiyanın inkişafı haqqında istiqamətverici rolu ifadə edir.

    Strateji planlaşdirma; proqramlaşdırma; proqnozlaşdırma:

    Strateji planlaşdirmanın birinci sturuktur elementinin əsasında nəzəri dərk etmə, dialektika-inkişaf və bazar iqtisadiyyatının fəaliyyət nəzəriyyəsi durur. Ölkənin sosial-iqtisadi inkişafının planlaşdırılmasının və tənzimlənməsinin effektivlitinin əsas şərti onların fəaliyyətini həyata keçirən dəqiq orqanlar sisteminin olmasıdır. Strateji planlaşdirma üzrə İqtisadi İnkişaf Nazirliyi fəaliyyət göstərir və bu fəaliyyət Milli Məclisin qərarları ilə tənzimlənir.


    Bazar iqtisadiyyatına keçid prosesi davam edir.
    Ölkədə real bazarın formalaşması nəticə etibarı ilə onun yaranması zəruri ilkin şərtlər tələb edir. Istehsal münasibətləri təkrar istehsalın bütün sahələrinin qarşılıqlı əlaqələrinin həyata keçirilməsi proseslərində insanlar arasındakı münasibətlərin məcmusudur. Istehsal münasibətləri sağlam olduqda o cəmiyyət hadisələrinə bütövlükdə cəmiyyətin özünə sosial keyfiyyət verir.

    Bazar və sosial mühafizə.



    Müasir bazar iqtisadiyyatına xas olan başlıca əlamətlərdən biri əhalinin hər cür gözlənilməz və pis vəziyyətdən müdafiə vasitələrinin olmasıdır. Sosial mühafizə dedikdə, insanların yerindən, milliyyətindən, cinsindən, yaşından və digər cəhətlərdən asıllı olmayaraq, onların sosial-iqtisadi hüquq və zəmanətlərinin yəni əhalinin, əsasəndə ağır vəziyyətdə olan təbəqlərinin infilyasiyadan, işsizlikdən mühafizəsinə yönəldilən dövlət siyasətidir. Zəhmətkeşlərin vəziyyətləri ağırlaşdıqda onların sosial mühafizəsi üçün dövlət xüsusi tədbirlər işləyib hazırlayır və həyata keçirir. Dövlət tərəfindən tədbiq olunan tədbirlər kompleksinin xüsusiyyəti əhalinin həyat və əmək fəaliyyətinin ağırlaşmasının “işsizliyin və yoxsulluğun”güclənməsinin qarşısının alınması ilə bağlıdır. Buna görə də əhalinin sosial mühafizəsinin problemlərindən biri də yoxsulluğun qarşısının alınmasıdır. Bazar iqtisadiyyatına keçid şəraitində qiymətlərin sərbəstləşməsi, infilyasiyanın artması əhalinin əksər təbəqələrinin yaşayış səviyəsinin aşağı düşməsinə səbəb olur. Əhalinin bütün təbəqələri və qruplarının pulsuz təhsil alması, səhiyyə xidmətindən istifadə edilməsi çətinləşir. Beləliklə, bazara keçid ərəfəsində sosial mühafiə əhalinin nəinki yoxsul təbəqələri, eyniylə digər təbəqələrinin də ehtiyacı artır.

    Dövlətin sosial müdafiə resursları aşağıdakı mənbələrdən formalaşır:

      1. dövlət büdcəsi;

      2. məcburi sosial sığorta ödəmələri;

      3. xüsusi vəsaitlər- müəssisələrin öz işçilərinin sosial ehtiyacları üçün yığılan vəsaitləri.

    Sosial müdafiənin aşağıdakı istiqamətləri vardır.


    1. Yüklə 87,48 Kb.

      Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   22




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin