Bazar iqtisadiyyatına keçid


İnformasiya məhsulları bazarı



Yüklə 87,48 Kb.
səhifə3/22
tarix10.01.2022
ölçüsü87,48 Kb.
#107555
1   2   3   4   5   6   7   8   9   ...   22
İnformasiya məhsulları bazarı. Bu xüsusi növ bazardır və buraya kitab,qəzet, şəkil və müxtəlif yönümlü reklamların və digər bir sıra informasiya məlumatlarının alqı-satqı daxildir.

  • Coğrafi (məkan) vəziyyətinə görə bazarlar. Buraya yerli, regional, milli, iri regionlararası və dünya bazarları daxildir.

    Bazarlar başqa əlamətlərinə görə də bir-birilərindən fərqlənirlər.Öz səviyyəsinə görə müvazinətli(yəni tələblə təklifin az çox uyğun gəldiyi, əmttə artıqlığı olan və defisitli(kəsirli) bazarlar. Yalnız müvazinətli bazarlar normal şəkildə fəaliyyət göstərirlər. Bazarlar rəqabət dərəcəsinə görə də bir-birindən fəqlənirlər. Məs., azad rəqabətli bazar, inhisarçı bazar, qarışıq və oliqapolik bazar və s. Yalnız azad rəqabətli bazarlar normal fəaliyyətli olurlar. Əmtəələrin çeşidliliyinə görə də bazarlar müxtəlif olur. məs., bir-birinə yaxın (qohum) əmtəələr bazarı, geniş çeşidli əmtəələr bazarı, qarışıq əmtəələr bazarı və s. Bazarlar satış xarakterinə görə iki yerə: topdansatış və pərakəndəsatış bazarlarına bölünür.

    Real və sərbəst bazarların əsasını bütün mülkiyyət formalarının bəhsləşməsi və bərabərliyi şəraitində onun qarşılıqlı iqtisadi münasibətdə olan subyektlərinin –müəssisələrinin və fərdlərin tam müstəqilliyi təşkil olur.

    Bazarın xarakteristikası.

    Bazar əmtəələrin istehsalı və reallaşması sferası, şərtləri və yeri ilə bağlı iqtisadi forma və mexanizmlərin üzvi məcmusu, sistemidir. Bəşəriyyətdə hələlik bazar iqtisadiyyatından səmərəli iqtisadiyyat məlum deyildir. Bazar iqtisadiyyatı özünəməxsus özünü tənzimlənmə mexanizmləri, bütün iqtisadi subyektlərin fəaliyyətinin daha yaxşı əlaqələndirilməsini, əmək, material və maliyyə ehtiyatlardan səmərəli istifadəni, iqtisadiyyatın tarazlığını təmin edir.

    Bazar iqtisadiyyatı iqtisadi sistemlərin təsiri altında formalaşır (iqtisadi sistemlər: 1.bazar; 2.inzibati-amirlik; 3.qarışıq; 4.ənənəvi). İqtisad elmi iqtisadi sistemləri belə təsnifləşdirmişdir:


    1. Bazar sistemi:

    1. azad bazar iqtisadiyyatı XVIII-XIX əsr, xüsusi mülkiyyət, makroiqtisadi fəaliyyətin tənzəmlənəsi, çoxlu sayda istehsalçı və istehlakçının olması;

    2. müasir bazar iqtisadiyyatı elastik olub, dəyişən daxili və xarici şəraitə tez uyğunlaşmaqla xarakterizə olunur.

    1. Qeyri- Bazar sistemi:

    1. ənənəvi-geri qalmış texnika və əl əməyinə əsaslanır, iqtisadiyyatın çoxsahəli olması;

    2. inzibati-amirlik, bütün resurslara ictimai mülkiyyətin hakim olması ilə xarakterizə olunur.

    Bazar iqtisadiyyatının özünəməxsus cəhətləri aşağıdakılardır:

    1. İqtisadi subyektlərin (sahibkarların, firma və müəssisələrin)maksimal sərbəstliyi;

    2. İqtisadi subyektlərin mülkiyyətin bütün növlərinin hüquq bərabərliyinə əsaslanaraq, təsərrüfat fəaliyyətinin nəticələrinə görə tam məsuliyyət daşıması;

    3. Təsərrüfat fəallığının stimullaşdırılmasının, istehlakçıların tələblərinə uyğun olaraq məhsulun rəngarəngliyinin artırılması və keyfiyyətinin yüksəldilməsinin, xərclərin azaldılması və qiymətlərin sabitləşməsinin mühüm amili kimi istehsalçılar arasında azad rəqabətin mövcudluğu;

    4. Qiymətlərin əksəriyyətinin tələb-təklifin tarazlığından yaranması;

    5. Bazar münasibətlərinin, dövlət tənzimlənməsi və digər tənzimlənmə formaları ilə müqaisədə daha çox səmərəliliyə malik ola biləcək sferada fəaliyyət göstərməsi.

    6. İqtisadiyyatın açıq olması, onun ardıcıl olaraq dünya təsərrüfat əlaqələri sisteminə inteqrasiyası. İxtiyari iqtisadi subyekt xarici-iqtisadi əməliyyatlar həyata keçirmə hüququna malikdir.

    7. Vətəndaşların yüksək dərəcədə sosial mühafizəsinin təmin olunması. Bu bir tərəfdən vətəndaşlara öz əməyi müqabilində layiqli həyat təmin etmək üçün geniş imkanlar verilməsi kimi, digər tərəfdən isə cəmiyyətin əmək qabiliyyəti olmayan və sosial cəhətdən zəif üzvlərinə dövlət tərəfindən qayğı (təqaüdçülər, tələbələr və s.) göstərilməsinin zəruriliyi kimi başa düşülür.

    8. Bütün dövlət hakimiyyət orqanlarının təsərrüfat fəaliyyətində birbaşa iştirak etməsi minimuma endirilir. Amma onu da qeyd edək ki, bazar iqtisadiyyatının dövlət tənzimlənməsinə və ictimai tənzimlənməyə ehtiyacı var.

    Bazar iqtisadiyyatının mahiyyəti və prinsipləri.
    Təkrar istehsal və bazar.

    Bazarın sosial-iqtisadi əhəmiyyəti onun ictima təkrar istehsal prosesindəki rolu ilə şərtlənir. Təkrar istehsal anlayışını ilk dəfə iqtisadiyyata fransız fiziokratlar məktəbinin banisi həkim Fransua Kene(1694-1774) gətirmişdir. F.Gene 1758-ci ildə “İqtisadi cədvəlin” ilk mətbəə çapını hazırlamışdır və burada o, müasiri olduğu cəmiyyətin sinfi strukturunu belə təsvir etmişdir: “vətəndaşların üç sinifdən ibarət olduğunu qeyd etmişdir: məhsuldar sinifdən, sahibkarlar sinifindən və bəhrə verməyən sinifdən”. O, göstərmişdir ki, bu siniflər arasında məhsul istehsalı, bölgü, mübadilə və istehlak mövcuddur. Deməli, məhsulun təkrar istehsalı prosesi vardır. F.Gene həkim olduğu üçün cəmiyyətdə məhsulun təkrar istehsalının insan bədənində qan dövranının analogiyasına uyğun olduğunu qeyd etmişdir. Karl Marks (1818-1883) təkrar istehsal nəzəriyyəsini təkminləşdirib.




    Yüklə 87,48 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   22




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin